07 Sentyabr 2023 16:35
907
İQTİSADİYYAT
A- A+
TAIEX aləti çərçivəsində İKTA əməkdaşları üçün təlim keçirilir  

TAIEX aləti çərçivəsində İKTA əməkdaşları üçün təlim keçirilir  

 

Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) əməkdaşlarının bilik və bacarıqlarının artırılması məqsədilə Avropa İttifaqının (Aİ) TAIEX texniki yardım aləti çərçivəsində Bakıda üçgünlük təlim başlayıb.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, məqsəd mütəxəssislərə qurumun institusional çərçivəsinin müəyyənləşdirilməsi istiqamətində Aİ-yə üzv dövlətlərin ekspertlərinin texniki və sahəvi biliklər aşılamasıdır.

Təlimin əsas mövzuları telekommunikasiya xidmətləri bazarının təhlili, infrastruktura giriş və infrastrukturun paylaşılması modelləri, tənzimləyici öhdəliklərin icrası, internet provayderlərin bazara girişi üçün icazələrin verilməsi mexanizmi, istehlakçı hüquqlarının qorunması və müştəri məmnuniyyətidir.

Təlimdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İKTA ilə yanaşı, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndələri də iştirak edirlər.

Əvvəlcə İKTA-nın ictimaiyyətlə əlaqələr üzrə meneceri Günel Əhmədova qurumun qısa müddət ərzində gördüyü işlər, layihə və gələcək planları barədə təqdimatla çıxış edib.

Daha sonra Rumıniyanın İKT üzrə milli tənzimləyici qurumu olan ANCOM-un İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Katalina Draqomir uğurlu tənzimləyici qurum modeli, onun rolunun müəyyən edilməsi, məsuliyyət və hesabatlılığı, iş axınının planlaşdırılması, yerli və beynəlxalq təşkilatlarla əməkdaşlıq, eləcə də ictimaiyyətlə məsləhətləşmə prosesi barədə çıxış edib. Təşkilatın İnformasiya və müraciətlər şöbəsinin eksperti Katalina Stan isə telekommunikasiya istehlakçılarının hüquqlarının qorunması və məlumatlandırılması ilə bağlı təcrübəsini videokonfrans vasitəsilə təlim iştirakçıları ilə bölüşüb.

Macarıstanın Milli Media və İnformasiya Kommunikasiyaları Qurumunun Beynəlxalq əlaqələr və strategiya üzrə direktoru Ervin Kajzinger telekommunikasiya bazarında fəaliyyətə başlamaq üçün ümumi icazənin tətbiqi və elektron kommunikasiya üzrə Avropa tənzimləyicilərinin vahid qurumu sayılan BEREC-in məlumat bazası haqqında məlumat verib. Macarıstanın tənzimləyici orqanının baş eksperti Balaş Sekeli isə Azərbaycanda aydın və hərtərəfli 5G Strategiyasının işlənib hazırlanması üçün faydalı olan qabaqcıl Avropa təcrübəsini bölüşüb.

Növbəti günlərdə Estoniyanın İstehlakçı Hüquqları və Texniki Tənzimləmə Qurumunun nümayəndəsi Oliver Qailan müştəri təcrübəsi, ümumi icazələr və 5G Strategiyası, Sloveniyanın Kommunikasiya Şəbəkələri və Xidmətləri Agentliyinin (AKOS) eksperti Stanko Tasko infrastruktura giriş və infrastrukturun paylaşılması üzrə modellər, Rumıniyanın tənzimləyici qurumunun ekspertləri isə genişzolaqlı şəbəkə üzrə xəritələnmə və mobil əhatə dairəsi üzrə monitorinq sistemi ilə bağlı təqdimatlarla çıxış edəcəklər. Onlar ən yaxşı təcrübə nümunələrinin Azərbaycanın müvafiq sahədə hazırki və gələcəkdə qəbul ediləcək qanunverciliyə uyğunlaşdırılmasına dair tövsiyələr verəcək, Aİ-nin tənzimləyici çərçivəsinin tətbiqi sahəsində Azərbaycan üçün perspektivdə olan addımlar haqqında müzakirələr aparacaqlar.

TAIEX Avropa Komissiyasının Texniki Yardım və İnformasiya Mübadiləsi layihəsidir. TAIEX Aİ qanunvericiliyinin yerli qanunverciliyə uyğunlaşdırılması, tətbiqi və icrası, həmçinin Aİ-nin ən yaxşı təcrübələrinin paylaşılmasını asanlaşdırmaq məqsədilə dövlət qurumlarını dəstəkləyir. TAIEX çərçivəsində təşkil edilən təlimlərin keçirilməsi üçün Aİ-yə üzv dövlətlərin tənzimləyici qurumlarının ekspertləri cəlb olunur.

Qeyd edək ki, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin Nizamnaməsi Azərbaycan Respublikası Prezidentinin 21 oktyabr 2022-ci il tarixli 1861 nömrəli Fərmanı ilə təsdiqlənib. Agentlik ölkədə informasiya kommunikasiya texnologiyaları (İKT) və rabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə və nəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Üç şəxsiyyət, üç tale

09:00
04 Fevral

Oyun, yoxsa təhlükə

08:55
04 Fevral

Ana dili xalqın əmanətidir

08:50
04 Fevral

Terminologiya: ideoloji mübarizənin əsas cəbhələrindən biri

08:45
04 Fevral

Dünya elminin azərbaycanlı ulduzu

08:40
04 Fevral

Leyla Əliyeva missiyasını davam etdirir

08:35
04 Fevral

Azərbaycan-BƏƏ enerji əməkdaşlığı şaxələnir

08:30
04 Fevral

Münasibətlərin yeni mərhələsi

08:25
04 Fevral

Ermənistanda siyasi qütbləşmə dərinləşir

08:20
04 Fevral

Sülh missiyası və artan beynəlxalq nüfuz

08:15
04 Fevral

Aİ-nin ikili standartları Cənubi Qafqazda sülhə risk yaradır

08:10
04 Fevral

Prezident İlham Əliyevə beynəlxalq etimadın nümunəsi

08:05
04 Fevral

Azərbaycanın sülh diplomatiyası

08:00
04 Fevral

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 24 noyabr tarixli 481 nömrəli Qərarı ilə təsdiq edilmiş “Verildiyi, dayandırıldığı, bərpa və ya ləğv edildiyi barədə vergi orqanlarına məlumat göndərilməli olan icazələrin Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:43
04 Fevral

“İcra məmurları haqqında”, “İcra haqqında” və “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 24 iyun tarixli 223-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

01:42
04 Fevral

Azərbaycanla Serbiya arasında siyasi məsləhətləşmələr keçirilib  

00:24
04 Fevral

Leyla Əliyeva Əbu-Dabidə "İnsan Qardaşlığı Məclisi" tədbirində iştirak edib

23:41
03 Fevral

Ağ Ev: Prezidentin masasında həmişə bir sıra seçimləri var və bura hərbi gücdən istifadə də daxildir  

23:12
03 Fevral

ABŞ ordusu Ərəbistan dənizində İranın pilotsuz uçuş aparatını vurub  

22:58
03 Fevral

Ali Məclisin İntizam komissiyasının tərkibi təsdiq edilib  

21:24
03 Fevral

Qazaxıstanın Mangistau vilayətinin nümayəndə heyəti TÜRKPA Beynəlxalq Katibliyini ziyarət edib  

21:03
03 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!