06 Oktyabr 2026 16:31
242
SİYASƏT
A- A+
Suverenlik missiyası  

Suverenlik missiyası  


Ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası ilə yeni tarixi mərhələnin əsası qoyuldu. Bu strateji uğurun arxasında siyasi iradə, xalq-lider birliyi, güclü iqtisadiyyat və qüdrətli ordu dayanır. Ölkəmizin keçdiyi şərəfli yol illər əvvəl əsası qoyulmuş məqsədyönlü siyasi kursun və dövlətçilik ideologiyasının məntiqi nəticəsidir. Tarixi zəfərə gedən yolun fəlsəfəsini, inkişaf dinamikasını və gələcək hədəflərini təhlil edərkən aydın görünür ki, Azərbaycan yalnız işğala son qoymayıb, eyni zamanda Cənubi Qafqazda və daha geniş məkanda yeni milli təhlükəsizlik konsepsiyası və ideoloji doktrina formalaşdırıb. 

    Zəfər yürüşünün siyasi-ideoloji təməli ötən əsrin sonlarında, ölkənin parçalanmaq və dövlətçiliyin itirilməsi təhlükəsi ilə üzləşdiyi mürəkkəb bir dövrdə qoyulub. Prezident İlham Əliyevin vurğuladığı “Bizim qələbələrimizin başlanğıc tarixi Yeni Azərbaycan Partiyasının təsis qurultayında baş verdi” fikri ölkənin xilası ilə böyük qələbə arasındakı tarixi və siyasi varisliyi ifadə edir. 1992-ci ilin noyabrında Naxçıvanda Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının təsis edilməsi faktiki olaraq xalqın sosial sifarişi idi. Məhz həmin dövrdən etibarən formalaşan siyasi xətt, iqtisadi müstəqilliyin təmin edilməsi, güclü ordu quruculuğu və beynəlxalq müstəvidə atılan addımlar sonrakı tarixi uğurlara zəmin yaratdı. Onilliklər ərzində geosiyasi şərait dəyişsə də, dövlət siyasətinin ana xətti dəyişməz olaraq qaldı. Bu xətt xalqımızın müstəqillik, imkanlardan maksimum istifadə və taleyini özü müəyyən etmək iradəsi idi. 

    Ardıcıl siyasi xəttin praktiki müstəvidə reallaşması Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpası ilə nəticələnən mərhələli planın icrası oldu. Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında mövcud siyasi mənzərəni qiymətləndirərkən bildirdi ki, budəfəki qurultay yeni ictimai-siyasi vəziyyətdə keçirilir: “İlk dəfədir ki, qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir. VII qurultayımız da o vaxt üçün yeni mühitdə keçirilmişdir. Çünki o şanlı Zəfərimizdən cəmi bir neçə ay keçmişdir və bütün dünya bizim Zəfərimizdən danışırdı. Azərbaycan özü təkbaşına həm işğala son qoymuşdur, eyni zamanda, bölgədə yeni reallıqlar yaratmışdır. O vaxtdan - İkinci Qarabağ müharibəsindəki Zəfərimizdən bu günə qədər bu reallıqlar bütün dünya tərəfindən qəbul edilir”. 

     Milli konsepsiyanın birincisi mərhələsi 2020-ci ilin 44 günlük Vətən müharibəsi ilə reallaşdı. Noyabrın 10-da imzalanan üçtərəfli Bəyanatla hərbi üstünlük siyasi-hüquqi sənədlə təsbit olundu. Şuşanın azad edilməsi və ardınca Ağdam, Kəlbəcər ilə Laçının qaytarılması ilə işğalın əsas hərbi-siyasi dayaqları çökdürüldü. Xarici təzyiqlərə baxmayaraq, Azərbaycan haqq yolundan dönmədi və sonadək qətiyyət nümayiş etdirdi. Lakin qələbə son hədəf deyildi və tam suverenliyə gedən yolun təməli idi. Dövlətimizin başçısının vurğuladığı kimi şanlı zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi: “Biz bir gün belə ara vermədik, bu şərəfli missiyamızın həyata keçirilməsində biz bir gün də istirahət etmədik. Nəticə etibarilə İkinci Qarabağ müharibəsindən antiterror əməliyyatına qədər olan dövr ərzində biz bir neçə cəbhədə fəaliyyət göstərmişik”. 

     Həmin müddət ərzində həyata keçirilən lokal xarakterli əməliyyatlar gələcək addımlar üçün mövqelərimizi daha da gücləndirdi. 2022-ci ilin oktyabrında Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması Qarabağdakı qanunsuz silahlı birləşmələrin zərərsizləşdirilməsinə şərait yaratdı. Prezident İlham Əliyevin vurğuladığı kimi məhz bundan sonra bölgəni tam nəzarətə götürmək, qanunsuz silahlı birləşmələri zərərsizləşdirmək və tərk-silah etmək üçün hüquqi zəmin daha da möhkəmləndi.

     Strategiyanın yekun mərhələsi 2023-cü il sentyabrın 19-20-də keçirilən lokal xarakterli antiterror tədbirləri ilə tamamlandı. Separatçılığın kökü kəsildi, qanunsuz hərbi birləşmələr tərksilah edildi və Azərbaycanın bütün ərazisində dövlət suverenliyi tam bərpa olundu. Sonrakı dövrdə, 2024-cü ilin iyununda Rusiya sülhməramlı kontingentinin ölkə ərazisini tərk etməsi suverenliyin məntiqi davamı kimi tarixə düşdü.

Yeni dönəmin təhlükəsizlik fəlsəfəsi “Biz güclü olmalıyıq” prinsipinə dayanır. Beynəlxalq hüquq mexanizmlərinin zəiflədiyi, Yaxın Şərqdən Avropayadək münaqişə ocaqlarının alovlandığı dünyada çəkindirmə gücü yeganə etibarlı zəmanətdir. Məhz bu geosiyasi zərurətdən irəli gələrək müdafiə qabiliyyətinin, hərbi potensialın artırılması təhlükəsizliyin əsas şərtlərindəndir. 

     Eyni zamanda, yeni konsepsiyanın tərkib hissəsi kimi ideoloji təhlükəsizlik məsələsi də ön plana çıxır. İnternet, süni intellekt, sosial şəbəkələr və sürətli informasiya mübarizəsi dövründə ideoloji risklər coğrafi sərhəd tanımır. Bu baxımdan, ideoloji müstəvidə köhnə şablonlardan imtina edilməsi və milli həqiqətlərin müasir informasiya texnologiyalarının imkanları ilə geniş auditoriyaya çatdırılması dövrün əsas tələbidir. 

     Nəticə etibarilə, Yeni Azərbaycan Partiyasının təsis qurultayından başlayan və 2023-cü ilin sentyabrında suverenliyin tam bərpası ilə zirvəyə çatan bu yol göstərir ki, dünənin siyasi hədəfləri bu gün Azərbaycanın reallığına çevrilir. Ərazi bütövlüyünü öz imkanları, hərbi-siyasi iradəsi ilə təmin etmiş Azərbaycan “orta güc” kimi gələcək hədəflərini müəyyən edir, milli təhlükəsizliyini və ideoloji doktrinasını yeni dövrün tələblərinə uyğun daha da möhkəmləndirir.


İsmayıl QOCAYEV, 

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Hazır ol, İstanbul! Formula 1-in möhtəşəm dönüş tarixi bəlli oldu

17:33
06 Oktyabr

Başımızın çəkisi necə artır ?

17:07
06 Oktyabr

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB

16:48
06 Oktyabr

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb  

16:47
06 Oktyabr

İdeoloji hədəflər

16:46
06 Oktyabr

“ChatGPT” yazdığı mətnlərə görünməz su nişanı əlavə edəcək  

16:43
06 Oktyabr

Suverenlik missiyası  

16:31
06 Oktyabr

ABŞ və Avstraliya “HACM” yeni hipersəsli raketini sınaqdan keçirib  

16:25
06 Oktyabr

Cənubi Koreyadan süni intellektlə kibertəhdidlərə qarşı addım  

16:23
06 Oktyabr

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB

16:20
06 Oktyabr

Biləcəri–Yalama xəttində sürət artacaq

16:14
06 Oktyabr

Sentyabrda 110 aptek yoxlanılıb - 26-da nöqsan aşkarlanıb

16:09
06 Oktyabr

Prezident İlham Əliyev: İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik  

16:05
06 Oktyabr

Ürək-damar xəstəlikləri dünyada əsas ölüm səbəbi olaraq qalır

15:58
06 Oktyabr

Azərbaycan Prezidenti: Biz COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik  

15:51
06 Oktyabr

2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına  

15:50
06 Oktyabr

Korrupsiya ilə əlaqədar məlumat verən şəxslərə maddi mükafat veriləcək

15:47
06 Oktyabr

Ceyhun Bayramov ABŞ rəsmisini regional məsələlər barədə məlumatlandırıb

15:44
06 Oktyabr

Azərbaycanın yeni inkişaf mərhələsinin strateji hədəfləri

15:34
06 Oktyabr

Korrupsiya ilə bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında yeni qanun layihəsi müzakirə olunur  

15:16
06 Oktyabr

Nazir: bp ilə əməkdaşlığımız yeni layihələrlə inkişaf edir  

15:13
06 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!