23 İyun 2026 18:15
141
DÜNYA
A- A+
Seul Ukraynada əsir götürülmüş şimali koreyalıları qəbul etməyə hazırdır

Seul Ukraynada əsir götürülmüş şimali koreyalıları qəbul etməyə hazırdır


“Rusiya tərəfindən Ukraynaya döyüşmək üçün göndərilən və orada əsir götürülən Şimali Koreya əsgərləri istəsələr azad edildikdən sonra Cənubi Koreya tərəfindən qəbul ediləcəklər”. Seuldakı Xarici İşlər Nazirliyi bu açıqlamanı  23 iyun tarixində verib. Bəyanatda bildirilir ki, Cənubi Koreya Şimali Koreya hərbi əsirlərinin KXDR-ə qaytarılmasına və Rusiyaya təhvil verilməsinə qarşıdır.

İyunun 22-də Cənubi Koreyanın Yonhap xəbər agentliyi Ukraynanın xarici işlər naziri Andriy Sibiqanın gələn həftə Cənubi Koreyaya səfər edərək ikitərəfli münasibətləri və "Şimali Koreyanın hərbi əsirləri məsələsini" Cənubi Koreyanın xarici işlər naziri Ço Hyonla müzakirə etməyi planlaşdırdığını bildirib: "Ço iyunun 30-da Seulda Sibiqa ilə danışıqlar aparacaq. Ukrayna ilə Rusiya arasında davam edən müharibə, eləcə də Ukraynadakı Şimali Koreya hərbi əsirləri məsələsi müzakirə oluna bilər".

2025-ci ilin əvvəllərində Moskvaya dəstək vermək üçün Rusiyanın Kursk bölgəsinə böyük bir Şimali Koreya hərbi kontingentinin tərkibində  göndərilən iki Şimali Koreya əsgəri Ukrayna Silahlı Qüvvələri tərəfindən əsir götürülüb. Həmin əsgərlər Cənubi Koreyaya köçmək istədiklərini bildiriblər.

Cənubi Koreya hökuməti öz növbəsində vurğulayıb ki, konstitusiyaya görə, Şimali Koreya əsgərləri Cənubi Koreya vətəndaşları hesab olunur və Seul Cənubi Koreyaya köçmək istəyən bütün hərbi əsirləri qəbul edəcək, onlara tətbiq edilən qanun və qaydalar çərçivəsində lazım olan mühafizə və dəstək verəcək.

 Seulun yüksək vəzifəli rəsmisi Yonhap agentliyinə bildirib ki, hökumətin onların azad iradələrinə əsaslanaraq Cənubi Koreyaya tezliklə köçməsini asanlaşdırmaq kimi fundamental mövqeyi dəyişməz olaraq qalır. O əlavə edib ki, Cənubi Koreya hakimiyyəti Sibiqanın Seula səfəri nəticəsində bu məsələdə irəliləyiş gözləyir.

Cənubi koreyalı fəallar və Şimali Koreyadan qaçanlar bildiriblər ki, Pxenyanın hərbi doktrinası əsgərlərinin təslim olmasını açıq şəkildə qadağan edir. 1990-cı illərdə yeniyetmə olarkən Şimali Koreyadan qaçan Kim Eu-jin xarici jurnalistlərə verdiyi açıqlamada bildirib ki, əsgərlərə ukraynalılar tərəfindən əsir götürülmək təhlükəsi ilə üzləşdikləri halda intihar etmək əmri verilib.

Cənubi Koreya Konstitusiyasının 3-cü maddəsinə əsasən, KXDR-in bütün sakinləri hələ də bu ölkənin vətəndaşı hesab olunurlar və istənilən vaxt Cənuba daxil olmaq və yaşamaq üçün tam hüquqa malikdirlər.

Ukraynadakı müharibə artıq beşinci ilindədir. Şimali Koreya Rusiyaya hərbi dəstək verir: Cənubi Koreya kəşfiyyat agentliyi NIS-in hesablamalarına görə, Rusiyanın tərəfində döyüşmək üçün 15 mindən çox Şimali Koreya əsgəri göndərilib. Onlardan təxminən 6 mini öldürülüb, daha 4 mini isə yaralanıb.


Rizvan CƏFƏROV,

"Azərbaycan"


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Çin günəş paneli sektorunda liderdir

19:39
23 İyun

Enerji böhranında dövlət yardımları iqlimə zərər verir

19:27
23 İyun

Türk dövlətləri arasında rəqəmsal ticarətdə yeni dövr başlayır

19:08
23 İyun

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti yük göndərilib

18:52
23 İyun

Süni intellektə keçid edən texnologiya nəhəngi “Oracle” 21 min işçisini ixtisar edib

18:51
23 İyun

Milli Məclisin komitələri geniş qanunvericilik paketini nəzərdən keçirib

18:50
23 İyun

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclasında insan hüquqları üzrə müvəkkilin sorğusuna baxılıb  

18:49
23 İyun

Azərbaycan nümayəndə heyəti Özbəkistanda beynəlxalq mədəniyyət tədbirlərində iştirak edəcək

18:47
23 İyun

“Aqroservis” ASC-nin rəhbəri Naxçıvanda vətəndaşların müraciətlərini dinləyib, təsərrüfatlara baş çəkib  

18:47
23 İyun

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026-cı ilin iyul ayında vətəndaşların qəbulu CƏDVƏLİ

18:45
23 İyun

Avropa isti hava dalğası ilə mübarizə aparır

18:37
23 İyun

ADY Çindən yeni sərnişin lokomotivləri alır

18:23
23 İyun

Donald Tramp finala qədər Dünya Kuboku oyunlarını izləməyəcək 

18:20
23 İyun

Seul Ukraynada əsir götürülmüş şimali koreyalıları qəbul etməyə hazırdır

18:15
23 İyun

AMB uçot dərəcəsi ilə bağlı növbəti qərarını açıqlayacaq

18:06
23 İyun

Nazirlər Kabineti “Qaz təchizatı sisteminə dair Qaydalar”da dəyişiklik edib

18:03
23 İyun

İslamabadda İran Prezidentinin səfəri ilə bağlı təhlükəsizlik tədbirləri gücləndirilib

17:55
23 İyun

Son 5 gündə Hörmüz boğazından 172 gəmi keçib

17:47
23 İyun

Bu gün Vaşinqtonda Livan-İsrail danışıqlarının növbəti mərhələsi təşkil olunacaq

17:47
23 İyun

Beynəlxalq Enerji Agentliyi: Mayda bazara gündəlik 2,5 milyon barel əlavə neft çıxarılıb

17:31
23 İyun

Azərbaycandan Türkmənistana ixracın dəyəri 37 faizədək artıb

17:23
23 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!