Sülhə, mehribanlığa çağıran bayram
Gecə-gündüzün bərabərləşdiyi, yaz fəslinin başlandığı gün ölkəmizdə ta qədim zamanlardan el şənlikləri ilə qeyd olunub. Novruz bayramı baharın ilk gününün, təzə ilin qarşılanmasıdır.
Bu bayramın mahiyyəti, tarixi barədə müxtəlif fikirlər, mülahizələr irəli sürülüb. Tədqiqatçı Azad Nəbiyev qeyd edib ki, Azərbaycan xalqının çox qədim zamanlarda yaratdığı, milli yaddaşa yüksək mənəvi-əxlaqi dəyərlər toplumu kimi daxil olan böyük bayramlardan biri Novruzdur: “Əcdadlarımız ulu qaynaqlardan süzülüb gələn, yaddaşlara yoldaş olan bu bayramı bir-birindən oynaq, lətafətli nəğmələr, insanın ilkin törəniş atributları olan su, od, yel və torpaq görüşləri ilə bağlı silsilə ayin, etiqad, ənənə və mərasimlərlə zaman-zaman bəzəmişlər. Qərinələr və yüzilliklər dolabında bu nəğmə və mərasimlərin nəqşi pozulanı, bəzən unudulanı da, yeni-yeni ənənə və etiqadlarla cilalanıb ritmi səhv düşəni, yenidən düzülüb qoşulanı da olub. Ancaq xalq bayram təntənəsinin ahənginin pozulmasına yol verməmiş, onu özünün qüdrətli dünyasını əks etdirən yallılar, coşqun rəqslər, rəngarəng xalq oyunları, ibrətamiz meydan tamaşaları ilə bəzəmişdir”.
Tədqiqatçıların araşdırmaları bu bayramın tarixinin çox qədim olduğunu təsdiq edir. Novruz bayramının mənşəyi, onunla bağlı əsatirlər, miflər qədimdir. Araşdırıcılar Novruz bayramının məhz Yaxın Şərqin qədim əkinçiliklə məşğul olan xalqları arasında meydana gəldiyini bildirirlər.
Folklorşünas alim Azad Nəbiyev qeyd edib ki, Azərbaycan mifologiyasının bizə gəlib çatan əsatirlərindən birində Novruzun bayram edilməsi daha erkən təsəvvürlərin mirası kimi yaddaşlara həkk edilib. Əsatirdə deyilir: “Oğuz oğlu zağada yaşayanda qışdan yaman qorxardı. Ona görə də ilin üç fəslində qışa tədarük görər, dünyanın naz-nemətini zağaya yığıb gətirərdi. Bir il qış uzun çəkdi. Oğuz oğlunun azuqəsi qurtardı. Çarəsiz qalan Oğuz oğlu Böyük çillənin otuzuncu günü zağadan bayıra çıxdı ki, yeməyə bir şey tapıb gətirsin. Nə qədər gəzdi, dolandı, əli-ayağı dondu - kor-peşman evə qayıdanda yolda bir qurd balasına rast gəldi.
- Oğuz oğlu, bu qarda-boranda haradan gəlirsən, - deyə qurd balası soruşdu. Oğuz oğlu başına gələn əhvalatı danışdı. İlin aylarından gileyləndi. Dedi ki, elə ay var yaxşı dolanırıq, elə ay var, acından qırılırıq. Ayları təriflədi, ayları yamanladı.
Qurd balası dedi:
- Ey Oğuz oğlu, qabaqdakı yolayrıcında sən bir sürü qoyun, bir qucaq sünbül, bir cəhrə, bir də əl dəyirmanı görəcəksən. Onları alıb zağana apararsan. Qoyunun birini kəsib ətini yeyərsən, yunundan cəhrəndə ip əyirər, özünə paltar tikərsən, dərisini əyninə geyərsən. Sünbülün dənini də əl dəyirmanında çəkər, unundan çörək bişirərsən. Yaza çıxarsan. Ancaq sənə verdiyim əmanətlərdən gərək muğayat olasan. Sünbülü və qoyunu gərək özün artırasan. Quzuları əlinin üstündə saxlayıb böyüdərsən. Sünbülün dənini torpağa səpib onu alnının təri ilə suvararsan. Dediklərimə əməl edə bilməsən, yaşamaq sənin üçün çətin olacaq.
Oğuz oğlu yol ayrıcına gəldi, qurd balasının dediklərini götürüb zağaya gətirdi. Qışı kefnən dolandı. Yazda sürünü dağlara yaydı, sünbülün dənini torpağa səpib gecə-gündüz sürülərin, sarı sünbülün qulluğunda dayandı. Oğuz oğluna bir bolluq üz verdi ki, gəl görəsən. O gündən Oğuz oğlu bütün ili işlədi. Qurd balasına rast gəldiyi günü bayram kimi keçirmək üçün hazırlığa başladı”.
Novruzu oğuzlar yaşadığı geniş ərazilərdə bayram etməyə başladılar. Bu bayram təntənəsi yaxın-uzaq ellərə yayıldı. İlk yazılı mənbədə Novruz bayramının eramızdan əvvəl 505-ci ildə yarandığı qeyd olunub. Mənbələrdə Qədim Vavilonada bu bayramın nisanın (mart, aprel) 21-ci günü qeyd olunduğu və 12 gün davam etdiyi bildirilib. Bayram günlərinin hər birinin öz mərasim və ayini var idi.
Novruz bayramını islam dini ilə əlaqələndirməyə çalışanlar da olub. Ancaq islam xadimlərinin bu bayramı dini mahiyyətdə təqdim etmək cəhdlərini tarixi mənbələr boşa çıxarıb. Folklorşünas alim Azad Nəbiyev yazıb ki, “Avesta”da Novruzun zərdüştlükdən çox-çox əvvəllərdə Muğanda geniş şəkildə bayram edildiyi qeyd olunur, bolluğa, qüdsiyyətə sitayiş bayramı hesab olunur.
Novruzun islamdan əvvəl də qeyd olunmasını Nizami Gəncəvi, Sədi Şirazi, Hafiz Şirazi, Ömər Xəyyam, Firdovsi, Rudəki, Əbu Əli ibn Sina və başqaları da təsdiq ediblər. Novruz bayramının yaranması tarixinə həsr olunmuş yazılardan bəhs edərkən tədqiqatçılar Nizamülmülkün “Siyasətnamə”, Ömər Xəyyamın “Novruznamə” və başqa əsərləri xüsusi diqqətə çatdırırlar. Nizami Gəncəvinin “İsgəndərnamə” əsərində İsgəndər Bərdə hökmdarı Nüşabəyə Novruz bayramı qonaq gəlir. Əlişir Nəvainin “Səddi-İsgəndəri” əsərində bizim eradan 350 il əvvəl Novruzun xalq arasında böyük şənliklərlə keçirildiyi qeyd olunub.
Orta əsr müəllifləri Şərq ölkələrində islam dini yayıldıqdan sonra da Novruz bayramında yaz ənənələrinin, əkinçilik təqvimi etiqadlarının möhkəm yer tutduğunu nəzərə çatdırıblar. XI əsrdə Əbu Reyhan əl-Biruni Novruz bayramı haqqında müxtəlif rəvayətlərdən, onun yaranması səbəblərindən, bu bayram münasibətilə xalq arasında yayılmış adət-ənənələrdən bəhs edib. O vurğulayıb ki, Novruz bayramı təbiətin oyanması, əkinçilik təsərrüfatının başlanması ilə bağlı əsl dünyəvi bayramdır.
Yazın gəlişi ilə əlaqədar keçirilən kütləvi xalq bayramı kimi bəhs edilən əsərlərdən biri də Nizamülmülkün “Siyasətnamə”sidir. Novruzun gəlişi klassik Şərq, həmçinin Azərbaycan poeziyasında geniş yayılmış “Bahariyyə” adlı lirik şeirlərdə də tərənnüm edilib.
Bu bayramın mahiyyətində sülhə, mehribanlığa çağırış var. Novruz bayramında əcdadların ən ülvi, humanist dəyərləri, adət-ənənələri yenidən və daha dərindən xatırlanır, dünyasını dəyişmiş doğmaların ruhu yad edilir. Böyüklərin, doğmaların ziyarətinə gedilir. Novruz etiqadları insanları bəd əməllərdən, yamanlıqdan, ədalətsizlikdən uzaq qaçmağa, təbiətlə birlikdə mənən təmizlənməyə səsləyir.
Zöhrə FƏRƏCOVA,
“Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb
04 May
IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb...
04 May
İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb ...
04 May
“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub
04 May
Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb
04 May
Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq ...
04 May
Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub
04 May
Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb
04 May
NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər
04 May
Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!