Son illər ərzində energetika sahəsində çox böyük işlər görülüb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 11-də Bakı şəhərinin Xətai rayonunda "Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin 110/35/10 kilovoltluq "Əhmədli” yarımstansiyasının açılışında iştirak edib.
AZƏRTAC xəbər verir ki, "Əhmədli” yarımstansiyası tamamilə yenidən qurulub, buradakı transformatorlar yeniləri ilə əvəzlənib, yarımstansiyanın bütün qurğuları müasir səviyyəyə çatdırılıb. Yenidənqurma işləri zamanı yarımstansiyanın idarəetmə binası da inşa olunub. Yarımstansiya Suraxanı, Xətai və Nizami rayonlarında əhalini, sosial, iqtisadi və sənaye müəssisələrini fasiləsiz elektrik enerjisi ilə təmin edəcək.
Prezident İlham Əliyev "Əhmədli” yarımstansiyasını işə saldı.
"Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayev dövlətimizin başçısına yarımstansiyada görülən işlər barədə məlumat verdi.
Bildirildi ki, müasir avadanlıq və qurğuların quraşdırılması yarımstansiyanın səmərəliliyini və gücünü artırıb. Burada 3 köhnə transformatorun daha yeni transformatorlarla əvəzlənməsi yarımstansiyanın ümumi gücünü 166 mVA-dan 240 mVA-ya çatdırıb. Yarımstansiyada aparılan yenidənqurma işləri istehlakçıların enerji təchizatında fasilə yaranmaması üçün xüsusi rejimdə - onun fəaliyyəti dayandırılmadan həyata keçirilib.
Ümumilikdə, son iki ildə Prezident İlham Əliyevin tapşırığı ilə elektrik stansiyaları ilə yanaşı, ötürücü şəbəkədə də geniş yenidənqurma, təmir və bərpa işləri həyata keçirilir. Hazırlanan Reabilitasiya Proqramı çərçivəsində bu dövrdə 1 ədəd 500, 2 ədəd 330, 2 ədəd 220 və 10 ədəd 110 kV-luq yarımstansiya yenidən qurulub, 12 yarımstansiyada təmir-bərpa işləri həyata keçirilib.
Prezident İlham Əliyev: Burada böyük yaşayış massivləri yerləşir, bəs bu köhnə yarımstansiya bütün bu obyektləri necə qidalandırırdı?
Baba Rzayev: Bu, qidalandırmırdı.
Prezident İlham Əliyev: Yəni, fasilələrlə verilirdi?
Baba Rzayev: Bəli, çox pis idi, həmişə fasilə buradan olurdu. "Əhmədli” bir nömrəli qəza mənbəyi idi.
Prezident İlham Əliyev: Əhmədlidə, Günəşlidə qəzalar tez-tez olurdu. İndi qəzalar olmamalıdır.
Baba Rzayev: İnşallah, heç bir qəza olmayacaq.
Prezident İlham Əliyev: İstifadəyə verilən bu yarımstansiya 300 min əhalini əhatə edəcək. Həmçinin burada bir çox sənaye müəssisələri, ictimai binalar var. Ona görə bu yarımstansiyanın çox böyük əhəmiyyəti var.
Baba Rzayev: Cənab Prezident, "Ağ Şəhər” böyük bir layihədir. Orada 110 kilovoltluq 3 böyük yarımstansiya var, onlardan ikisi buradan qidalanır.
Prezident İlham Əliyev: Son illər ərzində energetika sahəsində çox böyük işlər görülüb, həm generasiya gücləri artıb, eyni zamanda, siz itirilmiş gücləri bərpa edirsiniz. Yaxın zamanlarda Mingəçevirdəki İstilik Elektrik Stansiyasının da yenidənqurmadan sonra açılışını edəcəyik. Əslində, bu, yenidən tikilmiş 2400 meqavat gücündə elektrik stansiyasıdır və yarımstansiyaların tikintisi. Məhz buna görə bu gün enerji təminatı ilə dayanıqlılıq əmsalına görə Azərbaycan dünya miqyasında ikinci yerdədir. Özü də bunu biz demirik, Davos Ümumdünya İqtisadi Forumu deyir. Yəni, biz bir çox inkişaf etmiş ölkələri də qabaqlamışıq və işlər davam edir. Mənim rayonlara səfərlərim çərçivəsində də yeni yarımstansiyalar açılır. Bu yaxınlarda Tərtərdə, Ağcabədidə iki yarımstansiya açılıbdır. İndi "Əhmədli” yarımstansiyası, "8-ci Kilometr”, "Xırdalan”, "Buzovna”, "Ağ şəhər”.
Baba Rzayev: Cənab Prezident, Sizin birbaşa tapşırığınızla son bir ildə ancaq Abşeron regionunda 12 yarımstansiya, o cümlədən "Görədil” işə salınıb.
Prezident İlham Əliyev: Bizim bütün elektrik təsərrüfatımız tamamilə yenilənməli və ən yüksək müasir standartlara cavab verməlidir. Bir sıra layihələr başa çatıb, ancaq hələ görüləsi işlər çoxdur, onları da ardıcıllıqla icra edəcəyik.
Baba Rzayev: Çox sağ olun, cənab Prezident. Sizi əmin edirəm ki, energetika sahəsinin inkişafı ilə bağlı müəyyənləşdirdiyiniz strategiyanı, qarşıya qoyduğunuz vəzifələri energetiklərimiz uğurla yerinə yetirəcəklər. Sizə təşəkkür edirik.
Cənab Prezident, harada ki, ərazi imkan verir, 110, 220, 330 kilovoltluq yarımstansiyaları ən müasir texnologiyalar əsasında bu cür açıq paylayıcı qurğularla təmin edirik. Ancaq "Böyükşor” yarımstansiyasını qapalı "GİS”lə inşa etmişik. Özü də bu yarımstansiyaların gücü 80 və 240 meqavoltamperdir.
X X X
Qeyd edək ki, son illərdə Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən ölkəmizdə elektrik enerjisi təsərrüfatının yenidən qurulması, bu sahədə ən son innovativ həllərin tətbiqi və nəticə etibarilə əhalinin fasiləsiz elektrik enerjisi ilə təminatı istiqamətində böyük işlər görülüb. Həyata keçirilən işlərin tərkib hissəsi kimi çox sayda mövcud yarımstansiya müasir səviyyədə yenidən qurulub. Onlardan biri də 110/35/10 kV-luq "Əhmədli” yarımstansiyasıdır.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar...
04 May
Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb...
04 May
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub...
04 May
Bütün dünyada jurnalistlərin işi daha təhlükəli olur
04 May
“Qızıl əlcək” sahibini tapdı
04 May
“Philips”in yeni oyun monitoru təqdim edilib
04 May
Əfsanəvi avtomobil elektromobil kimi geri dönür
04 May
ABŞ dövlət katibi: Fələstin və İsrailin birgə yaşayışını mümkün hesab edirik
04 May
--Sürü halında uçan robot arılar istehsal edilib
04 May
UEFA həftənin ən yaxşılarını açıqlayıb
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!