02 Fevral 2026 15:01
407
İQTİSADİYYAT
A- A+
“SOCAR İstiqrazları”nın 17-ci kupon ödənişi edilib

“SOCAR İstiqrazları”nın 17-ci kupon ödənişi edilib


SOCAR-ın 2021-ci ildə daxili kapital bazarları üçün emissiya etdiyi ikinci “SOCAR İstiqrazları”nın 1 milyon 125 min dollarlıq növbəti kupon ödənişi 2 fevral tarixində istiqraz sahiblərinin hesablarına köçürülüb (Emissiya Prospektinə əsasən, qeyri-iş gününə təsadüf edərsə, kupon ödənişi növbəti ilk iş günü icra olunur).

SOCAR-dan AZƏRTAC-a bildirilib ki, 17-ci kupon ödənişi nəticəsində ikinci “SOCAR İstiqrazları”nın investorlarına qazandırdığı gəlir ümumilikdə 19 milyon 125 min dollara yüksəlib (tədavül müddətinin sonunda toplam gəlir 22,5 milyon dollar təşkil edəcək).

SOCAR-ın hazırda tədavüldə olan istiqrazları ilə Bakı Fond Birjasında 97,3 milyon dollar məbləğində ticarət aparılıb və 1612 əqd bağlanıb. Ümumilikdə, “SOCAR İstiqrazları” buraxılandan (2016) indiyədək SOCAR tərəfindən vətəndaşlara və investorlara 53 milyon 125 min dollar məbləğində faiz ödənişi edilib.

“SOCAR Capital” şirkətindən verilən məlumatda bildirilir ki, ikinci “SOCAR İstiqrazları”nın növbəti kupon ödənişi tarixi 1 may 2026-cı ildir.

10 ilə yaxındır Bakı Fond Birjasında ən çox ticarət olunan korporativ istiqraz statusuna sahib “SOCAR İstiqrazları”nı 1 və 5 saylı “ASAN xidmət” mərkəzlərindəki “SOCAR İstiqrazları” köşklərindən və Azərbaycanda rəsmi fəaliyyət göstərən investisiya şirkətlərindən əldə etmək mümkündür.

Əlavə məlumat üçün *1999 çağrı nömrəsi ilə əlaqə saxlaya və ya socaristiqraz.az, socarcapital.az veb-saytlarına müraciət edə bilərsiniz.

Qeyd etmək istərdik ki, “SOCAR İstiqrazları” ilə bağlı rəsmi məlumatlar yalnız 1–5 saylı “ASAN xidmət” mərkəzləri, ölkəmizdə qeydiyyatdan keçmiş investisiya şirkətləri, yuxarıda qeyd olunan çağrı nömrəsi və veb–saytlardan əldə edilə bilər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanla İƏT arasında qadın hüquqları sahəsində əməkdaşlıq müzakirə olunub  

22:31
02 Fevral

Sorğu: Ukraynalılar Donbas məsələsində bölünüb – 52 faiz güzəştə qarşı, 40 faiz razı  

22:13
02 Fevral

Hindistan ABŞ-a Rusiya neftini almağı dayandırmağa razılıq verib

21:29
02 Fevral

İstanbulda “Azərbaycan diaspor gəncləri: Birlik və İnkişaf” forumu keçirilib  

20:59
02 Fevral

2 fevral – Gənclər Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər təşkil olunub

20:49
02 Fevral

Prezident İlham Əliyevin Əbu-Dabidə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti ilə görüşü olub  

20:30
02 Fevral

Ali Məclisin 2026-cı il yaz sessiyasının ilk plenar iclası keçirilib  

19:37
02 Fevral

SOCAR ilə “Yokogawa Europe B.V.” arasında Anlaşma Memorandumu imzalanıb  

19:36
02 Fevral

Azərbaycanlı alim Qahirədə qadın hüquqlarına həsr olunmuş beynəlxalq konfransda məruzə edib  

19:35
02 Fevral

Media: Trampın rüsumları ABŞ-a 287 milyard dollar qazandırıb  

19:34
02 Fevral

Sulu qar, qar yağacaq, temperatur 5-10 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ  

19:33
02 Fevral

Türkiyə jandarma qüvvələri çoxməqsədli helikopterlərlə təchiz olunur  

19:32
02 Fevral

Sorğu: Ukraynalıların əksəriyyəti müharibəyə dözməyə hazırdır  

19:31
02 Fevral

“Bu günün rəssamı” layihəsinin təqdimatı olub  

19:30
02 Fevral

İstanbulda “Azərbaycan Diaspor Gəncləri: Birlik və İnkişaf Forumu” keçirilir  

19:28
02 Fevral

Viktor Orban Macarıstanda sosial paketin genişləndiyini açıqlayıb  

19:26
02 Fevral

Azərbaycan–Türkiyə münasibətləri regional sabitliyin və strateji inteqrasiyanın əsas dayağıdır  

19:25
02 Fevral

Pakistanın aparıcı beyin mərkəzində “Türkiyə və Azərbaycan” proqramına başlanılıb  

19:24
02 Fevral

Ermənistan və Hindistan hərbi sahədə əməkdaşlığı gücləndimək niyyətindədir  

17:43
02 Fevral

Ombudsman Aparatında Azərbaycan Gəncləri Günü münasibətilə tədbir təşkil olunub

17:38
02 Fevral

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

17:26
02 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!