02 Fevral 2026 13:51
321
İQTİSADİYYAT
A- A+
Körfəzdəki gərginlik və bazarın reaksiyası: OPEC hasilatı olduğu kimi saxladı  

Körfəzdəki gərginlik və bazarın reaksiyası: OPEC hasilatı olduğu kimi saxladı  


Yanvar ayının əvvəlindən başlayaraq dünya bazarında neftin qiymətində artım müşahidə edilib. Ay ərzində “Brent” markalı neftin bir barelinin qiyməti 14, WTI markalı neftin qiyməti isə 12 faiz artıb.

AZƏRTAC xəbər verir ki, ABŞ ilə İran arasında münasibətlərin gərginləşməsi fonunda bazarda qeyri-müəyyənlik davam edir. Londonun “ICE Futures” birjasında aprel sifarişləri üçün bir barel “Brent” markalı neftin qiyməti 69,59, WTI isə 65,14 dollara kimi artıb. Bu gün isə “Brent” 65,23, WTI isə 61,16 dollaradək azalıb.

OPEC-in Vyanada keçirilən növbəti iclasında qərara alınıb ki, OPEC+ ölkələri hasilatı əvvəlki kimi saxlasınlar. Yalnız Qazaxıstan Trans-Xəzər Boru Kəmərinin Rusiya-Ukrayna müharibəsi səbəbindən nəqli müvəqqəti dayandığından və elektrik enerjisi kəsintisinə görə "Tenqiz" yatağından 10 gün müddətində hasilatın dayanmasına görə hasilatı qismən artıra bilər. Digər OPEC+ ölkələri üçün sutkada 1,65 milyon barel hasilat qüvvədə qalır.

OPEC-in fevralın 1-də keçirdiyi iclas dünya bazarında neftin qiymətinə heç bir təsir göstərmədi. “Bloomberg”in məlumatına görə, iclasın məqsədi də elə ondan ibarət idi ki, bazardakı qiymətlər toxunulmaz olaraq qalsın. OPEC-in növbəti iclası martın 1-də keçiriləcək.

“JP Morgan” investisiya bankının analitikləri bildiriblər ki, qiymət artımı müvəqqəti xarakter daşıyır. ABŞ hərbi əməliyyatlara başlasa bu uzun zaman davam etməyəcək. Rəsmi Vaşinqton bir neçə dəqiq zərbə endirərək İranın nüvə obyektlərini məhv edəcək ki, bu da bazarın fəaliyyətinə təsirsiz ötüşəcək. Neft nəqliyyatı infrastrukturuna da zərər dəyməyəcək.

“Citi” bankının ekspertləri hesab edirlər ki, rəsmi Tehran məcburiyyət qarşısında qalaraq ABŞ tərəfindən irəli sürülən bütün şərtləri qəbul edəcək və hərbi əməliyyatlardan yayınacaq. Lakin Körfəz ölkələri İranın Hörmüz boğazını bağlayacağından ehtiyat edirlər. Körfəzdən Hörmüz boğazı ilə dünya bazarının neft tələbatının 20 faizi daşınır. ABŞ-ın ikisi təyyarə daşıyan olmaqla, Körfəzə 6 hərbi gəmi göndərməsi də boğazın bağlanmasının qarşısını almaq üçündür. İran İslam İnqilabı Keşikçiləri Korpusunun “İran dənizin altını da, üstünü də nəzarətdə saxlayır” - bəyanatından və ABŞ-ın hərbi gəmilərini dronlarla izlədiyini televiziya ilə nümayiş etdirdikdən sonra Amerika gəmiləri Körfəzə daxil olmadan yaxın ərazidə dayandılar.

“Barclays” bankının proqnozuna görə, hərbi əməliyyatlar başlayarsa neftin qiyməti 80 dollara kimi yüksələ bilər. Lakin bu qiymət artımı uzun müddət davam etməyəcək. Bank 2026-cı ildə neftin dünya bazarında qiymətinin 60 dollar ətrafında olacağını bildirib. İran neftinin bazara daxil olmasının qarşısı alınarsa onu Venesuela nefti əvəzləyəcək və qiymətlərdə kəskin artım müşahidə edilməyəcək.

Bunlarla yanaşı, beynəlxalq bazarlarda təbii qazın qiymətində də artım müşahidə edilir. Ötən həftə qazın qiyməti Böyük Britaniyada 10, Niderlanda 10, Almaniyada 8,1 faiz artıb.

“Gas-Union” treyding qrupunun mütəxəssisi Tobis Meyer “Bloomberg”ə bildirib ki, Körfəzdə baş verənlərin fonunda qazın qiymətinin artması təəccüblü deyil. Qiymət artımı bazarın geosiyasi vəziyyətə reaksiyasının nəticəsidir. Hazırda Avropada təbii qazın 1000 kubmetrinin qiyməti 413 dollara satılır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanla İƏT arasında qadın hüquqları sahəsində əməkdaşlıq müzakirə olunub  

22:31
02 Fevral

Sorğu: Ukraynalılar Donbas məsələsində bölünüb – 52 faiz güzəştə qarşı, 40 faiz razı  

22:13
02 Fevral

Hindistan ABŞ-a Rusiya neftini almağı dayandırmağa razılıq verib

21:29
02 Fevral

İstanbulda “Azərbaycan diaspor gəncləri: Birlik və İnkişaf” forumu keçirilib  

20:59
02 Fevral

2 fevral – Gənclər Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər təşkil olunub

20:49
02 Fevral

Prezident İlham Əliyevin Əbu-Dabidə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti ilə görüşü olub  

20:30
02 Fevral

Ali Məclisin 2026-cı il yaz sessiyasının ilk plenar iclası keçirilib  

19:37
02 Fevral

SOCAR ilə “Yokogawa Europe B.V.” arasında Anlaşma Memorandumu imzalanıb  

19:36
02 Fevral

Azərbaycanlı alim Qahirədə qadın hüquqlarına həsr olunmuş beynəlxalq konfransda məruzə edib  

19:35
02 Fevral

Media: Trampın rüsumları ABŞ-a 287 milyard dollar qazandırıb  

19:34
02 Fevral

Sulu qar, qar yağacaq, temperatur 5-10 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ  

19:33
02 Fevral

Türkiyə jandarma qüvvələri çoxməqsədli helikopterlərlə təchiz olunur  

19:32
02 Fevral

Sorğu: Ukraynalıların əksəriyyəti müharibəyə dözməyə hazırdır  

19:31
02 Fevral

“Bu günün rəssamı” layihəsinin təqdimatı olub  

19:30
02 Fevral

İstanbulda “Azərbaycan Diaspor Gəncləri: Birlik və İnkişaf Forumu” keçirilir  

19:28
02 Fevral

Viktor Orban Macarıstanda sosial paketin genişləndiyini açıqlayıb  

19:26
02 Fevral

Azərbaycan–Türkiyə münasibətləri regional sabitliyin və strateji inteqrasiyanın əsas dayağıdır  

19:25
02 Fevral

Pakistanın aparıcı beyin mərkəzində “Türkiyə və Azərbaycan” proqramına başlanılıb  

19:24
02 Fevral

Ermənistan və Hindistan hərbi sahədə əməkdaşlığı gücləndimək niyyətindədir  

17:43
02 Fevral

Ombudsman Aparatında Azərbaycan Gəncləri Günü münasibətilə tədbir təşkil olunub

17:38
02 Fevral

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

17:26
02 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!