20 Yanvar 2016 01:01
554
SİYASƏT
A- A+
Şəhidlər xiyabanı 26 ildir ki, müqəddəs ziyarətgaha çevrilib

Şəhidlər xiyabanı 26 ildir ki, müqəddəs ziyarətgaha çevrilib

 

Müqəddəs and yerinə çevrilən Şəhidlər xiyabanına 26 ildir ki, yaşından, dini mənsubiyyətindən, sosial mənşəyindən asılı olmayaraq nəinki Azərbaycan vətəndaşları gəlir, ümumiyyətlə, paytaxtın əcnəbi qonaqları, yaxın-uzaq ellərdə yaşayan soydaşlarımız da ailəliklə burada Vətənin azadlığı, müstəqilliyi uğrunda canından keçənləri doğmaları kimi yad edir, ruhlarına dualar oxuyurlar. Yeni ailə quran gənclərimizin də and yerinə çevrilib bu müqəddəs məkan.

Köhnə Dağüstü parkın yerində öz əzəməti ilə ucalan memorial abidə bu dəfə də uşaqlı-böyüklü hər kəsin baş əydiyi məbədə çevrilib. Buradan müstəqillik illərində gözəlləşən, yeniləşən, məşhurlaşan, iyirmi birinci yüzilliyin ən inkişaf eləmiş paytaxtı kimi tanınan, bir çox beynəlxalq tədbirlərin keçirildiyi, tolerantlıq nümunəsi Bakımız bir az da geniş panoramda görünür.

Ayrı-ayrı əmək kollektivlərinin xiyabana ziyarəti, əlbəttə, vəzifə borcu deyil, ilk növbədə Vətənin azadlığı uğrunda  şəhid olanların heç zaman unudulmayacağını sonrakı nəsillərə göstərmək məqsədi daşıyır. Şəhidlər xiyabanına gələnlərin arasında ağsaqqal da var, ağbirçək də, uşaq da, böyük də, sağlam da,  əlil də... Elə xiyaban yaşıdlılar da burada az deyil. 26 yaş gəncliyin odlu-alovlu, hisslərin və duyğuların baş alıb getdiyi dövrdür. Nə yaxşı ki, bu yaşda olanlarda vətənpərvərlik daha çox hiss olunur.  Onları bu müqəddəs məkana gətirən  bir gecədə torpaq üzərinə qanları ilə “Azadlıq” yazan şəhidlərin məzarlarını ziyarət etmək və amallarına sadiq qalacaqlarını dönə-dönə təsdiqləməkdir. Ötən müddət ərzində xiyabanda şəhidlərimizin müqəddəs məzarlarını ziyarət edənlərin sayı ildən-ilə artmaqdadır ki, bu da xalqımızın  övladlarının vətənpərvər hisslərlə yaşaması  deməkdir.

Öncədən deyək ki, ziyarətə adəti üzrə ilk olaraq bağçadan, məktəbdən və gənclər təşkilatlarından gəlirlər. Ənənə bu il də davam edir. Şəhidlər xiyabanının girişində ən çox qarşılaşdığımız da məktəblilərdir. Yaşlarının az olmasına baxmayaraq, Şəhidlər xiyabanı haqqında zəngin təəssürata malik olan bu balacalar sabahın yetkin gəncləri təsiri bağışlayırlar.

Bakı şəhəri Binəqədi rayonundakı 248 nömrəli məktəbin 6-cı, Səbail rayonunun 236 nömrəli məktəbinin 5-ci, Füzuli rayonunun 47  nömrəli məktəbinin 2-ci və 5-ci sinif şagirdləri əllərində bir cüt qərənfillə, qəlblərində Vətən şəhidlərinə dərin məhəbbətlə xiyabanı ehtiramla ziyarətə gəliblər. Məcburi köçkün həyatı yaşayan Füzuli məktəblilərinin Yasamal rayonundakı 2 nömrəli Tibb Kollecinin yataqxanasında məskunlaşdığını deyən Sitarə Səmədova ilə Əfsanə Zeynalova da valideyn kimi onlarla birlkdə  xiyabanı ziyarət etməyi özlərinə borc biliblər. Əfsanə Zeynalova deyir ki, 20 Yanvar  şəhidlərinin uyuduğu xiyaban uşaqdan-böyüyə hər birimiz üçün müqəddəs məkandır: “Ona görə də  illər keçdikcə bu xiyaban nəsillərimizin ziyarətgahına çevriləcək. O dəhşətli gecədən 26 il keçdikdən sonra xalqımızın Şəhidlər xiyabanını mütəşəkkil qaydada ziyarət etməsi də bunu təsdiqləyir. Şagirdlərimizə  Şəhidlər xiyabanı haqqında məlumat verməliyik. Onların nə üçün şəhid olduqlarını, Vətəni necə sevdiklərini, vətənpərvərliyi aşılamalıyıq”.

Xiyabana tələsən hər kəsin baxışlarında qəm-kədərlə yanaşı, bir mübarizlik, əzmkarlıq ifadəsi də hiss olunur. Dünyagörmüş ağsaqqalla ağbirçək də xiyabanı ziyarət edənlərin arasındadır. Öyrənirik ki, təqaüdçü müəllim Baba Babayevlə həyat yoldaşı Durna Həsənova  Naxçıvanın Ordubad rayonunun Bist kəndindən gəliblər. Baba müəllim fikirlərini  yığcam şəkildə belə ifadə etdi: “20 Yanvar  miqyasına görə ağrı-acılı faciədirsə, mahiyyəti mübarizlikdir  və tariximizin şanlı səhifəsidir. O dəhşətli gün bir  daha təsdiqlədi ki, xalqımızın milli azadlıq duyğularını, qətiyyətini hər hansı imperiyanın nə tankı, nə topu, nə də digər ağır  hərbi texnikası ilə sındırmaq olmaz!”

Ələmdar Cabbarlı BDU-nun dosentidir. Onun da fikirləri diqqət çəkir: “20 Yanvar xalqımızın tarixində ən şərəfli səhifələrdən biridir. Əliyalın xalqımız məhz o gün topların, tankların qabağına çıxmaqla öz mərdliyini, cəsarətini, imperiyaya qarşı mübarizliyini bir daha sübut etdi. 20 Yanvar xalqımızın müstəqillik savaşında böyük əhəmiyyətə mailk bir gündür. Azadlıq aşiqləri o zaman sübut etdilər ki, xalqı  müstəqillik yolundan heç bir imperiya, hər hansı qüvvə döndərə bilməz. Bugünkü müstəqilliyimizə görə biz 20 Yanvar şəhidlərinə borcluyuq. Hesab edirəm ki, onların xatirəsi daha da əbədiləşdirilməlidir. Əlbəttə, dövlətimiz burada üzərinə düşən hər şeyi edir: xiyabanın  abadlığı, şəhidlərimizin adlarının əbədiləşdirilməsi, ailələrinə qayğı, onların sosial müdafiəsinin gücləndirilməsi kimi mühüm tədbirlər görülüb. Amma ictimaiyyətimiz də öz üzərinə düşən vəzifələri yerinə yetirməlidir. Məsələn, ədəbiyyatımızda bu insanların obrazları yaradılmalı, bədii əsərlərdə də onlar nümunə, örnək kimi gənclərimizə təqdim edilməlidir”.

Təbii  ki, 20 Yanvar öz dəhşətləri ilə yaddaşımıza yazılıb. Çürüməkdə olan, müvazinətini  itirmiş  sovet imperiyasının cəlladları o müdhiş gecədə daşnaklarla birləşərək Bakını qan çanağına döndərmişdilər.  Keçmiş SSRİ-nin başçısı M.Qorbaçov nəinki milli azadlıq mübarizlərinin qətlinə, əslində, insanlığa və azadlığa qarşı fərman vermişdi. Lakin o dəhşətli gecədən  qan içində  çıxan xalqımızın mərd, qorxmaz, mübariz övladları  öz  şəhidlikləri ilə imperiya xislətli, erməni qiyafəli ölümə qalib gəldilər.

 

Məhəmməd NƏRİMANOĞLU,

Ağaəli MƏMMƏDOV (foto),

“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxış edib YENİLƏNİB 

14:47
04 May

İran gəmilərdən Hörmüz boğazında Tehranın tranzit protokollarına əməl olunmasını tələb edib

14:45
04 May

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana 10 vaqon gübrə göndərilib

14:44
04 May

Ukrayna tanınmamış Dnestryanı bölgəsi ilə sərhəddə müdafiəni gücləndirir

14:43
04 May

Sözün qüdrəti: Lətifə Orucun Qırğızıstanda ədəbi uğuru  

14:41
04 May

Apreldə orta aylıq temperatur iqlim normasından 1 dərəcə yuxarı olub

14:37
04 May

İnformasiya Texnologiyaları İnstitutu və Azərbaycan Texniki Universiteti birgə qrant layihələrində iştirak edir  

14:32
04 May

DSMF-nin nümayəndə heyəti əməyin mühafizəsi və sənaye təhlükəsizliyi üzrə beynəlxalq konfransda iştirak edib  

14:28
04 May

Putinin fərmanı ilə Fyodor Şukin Dağıstan rəhbərinin vəzifələrini icra edəcək

14:21
04 May

Qəbələ şəhərində WUF13 Festivalına start verilib

14:17
04 May

“Bakı Gəmiqayırma Zavodu” MMC və “KTZ Express Shipping” arasında əməkdaşlıq üzrə müqavilə imzalanıb  

14:11
04 May

Kanadanın Baş naziri: Ermənistan və Azərbaycan arasında sülh yolunda əldə olunan tərəqqini alqışlayıram  

14:08
04 May

Koşta: Ermənistan və Azərbaycan arasındakı sülh razılaşması eskalasiya və müharibənin hökm sürdüyü bir dünyada qeyd edilməli olan sülh hekayəsidir  

14:04
04 May

Azərbaycan Prezidenti: Təəssüf ki, ikili standartlar bu gün AŞPA üçün bir növ iş üsuludur

14:01
04 May

"Əczaçılıqda rəqəmsallaşma və süni intellekt transformasiyasının yerli əczaçılıq istehsalına təsiri" - Panel müzakirə  

13:52
04 May

Prezident İlham Əliyev: Həm Azərbaycan, həm də Ermənistan artıq sülhün praktik faydalarını görürlər  

13:49
04 May

Sabaha olan hava proqnozu açıqlanıb

13:43
04 May

Volodimir Zelenski: Biz Azərbaycan və Ermənistana dayanıqlı, hərtərəfli və uzunmüddətli sülh arzulayırıq  

13:41
04 May

Prezident: Azərbaycan ərazisindən Ermənistana 28 min ton yük çatdırılıb

13:36
04 May

Prezident İlham Əliyev: Biz cəmi doqquz aydır ki, sülh şəraitində yaşayırıq

13:28
04 May

bp Qarabağ layihəsi çərçivəsində boru dəstlərinin istehsalı obyektinin tikintisinə aid tədqiqat proqramına dair məlumat yayıb 

13:24
04 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!