18 Yanvar 2021 21:46
785
CƏMİYYƏT
A- A+
Şəhid Rahib Babayevin həyat yoldaşı: Vaxt gələcək övladlarım böyüyəcək, öz ataları ilə qürur duyacaqlar

Şəhid Rahib Babayevin həyat yoldaşı: Vaxt gələcək övladlarım böyüyəcək, öz ataları ilə qürur duyacaqlar

İllərdir qor bağlayan yaramız olan Qarabağ münaqişəsi ordumuzun uğurlu əməliyyatları nəticəsində ölkəmizin qələbəsi ilə yekunlaşdı. Silahı dosta qürur, düşmənə ölüm gətirən ordumuz xalqımıza tarixin ən şanlı Qələbə gününü yaşatdı. Qəhrəman oğullarımız öz həyatını xalqımızın azadlığı, ərazi bütövlüyü uğrunda qurban verdilər.

Naxçıvanın nər igidləri də 44 günlük Vətən müharibəsində zəfər dastanı yazıblar. Onlardan biri də Şahbuz rayonunun Külüs kəndində dünyaya gələn şəhid mayor Rahib Babayevdir.

Hərbi liseyi bitirəndən sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini 2006-cı ildə uğurla başa vuran Rahib Babayev xidmətinin ilk beş ilini Sumqayıtda, sonra Şəmkirdə və Murovdağda davam etdirib, növbəti səkkiz ilini isə Murov zirvəsində keçirib. Qəlbi Vətən eşqi ilə döyünən Rahib də illərdir ürəyində intiqam hissi bəsləyib, düşmənə layiqli cavab verməyə can atıb, torpaqlarımızı düşməndən azad etmək üçün Ali Baş Komandanın əmrini gözləyib. Əks-hücum əmrinin gəldiyi gün o da digər igidlər kimi döyüşə, qələbəyə köklənib. Öz taboru ilə əks-hücum əmrini yerinə yetirən komandir düşmənin bir neçə postunu dağıdıb. Üç gün müdafiədə dayanan tabor düşmənə aid bir sıra texnikanı və canlı qüvvəni məhv edib. Rahib iki dəfə yaralanmasına baxmayaraq, döyüş mövqeyini tərk etməyib. Yaralanan əsgərlərini ölümdən xilas edib, özü isə sentyabrın 30-da, növbəti hücumda şəhidlik zirvəsinə ucalıb. Ondan yadigar qalan isə üç övladı və qəhrəman zabit kimi nümunəvi həyatıdır.

Rahib Babayevin həyat yoldaşı Aygün xanım deyir ki, o, xidmətinin çoxunu keçilməz dağ zirvələrində etdiyi üçün evə çox gec-gec gəlirdi. Rahib üçün Vətənə xidmət hər amalın ən alisi idi. Vaxt gələcək övladlarım böyüyəcək, onlar öz ataları ilə qürur duyacaqlar.

“Rahibin Sumqayıtda və Şəmkirdə xidmət etdiyi vaxtlarda komandiri general Polad Həşimov olub. Generalın şəhid olması Rahibi elə təsirləndirmişdi ki, o, hər gün qisas almağı arzulayırdı”, – deyən Aygün xanım vurğulayır ki, Rahib və onun kimi qəhrəman Vətən övladları qisası qiyamətə qoymadılar. Vətən yolunda dünyanın ən şirin neməti olan canlarından da keçdilər. Çünki həmin igidlərimiz Vətəni müqəddəs bilir, onu hər şeydən çox sevirdilər.

Şəhidimizin həyat yoldaşı deyir: “Rahibin ən böyük arzusu Murovu aşıb Kəlbəcərə getmək idi. Bu gün onun arzusu reallığa çevrilib. Təkcə Kəlbəcər yox, Şuşa, Laçın, bütöv Qarabağ azadlığa qovuşub. Onlar illərdir, düşmən tapdağında qalan yurdlarımıza öz canları ilə can verdilər.

Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 90, 95 və 100 illik yubiley medalları, qüsursuz xidmətə görə ikinci və üçüncü dərəcəli medallara sahib olan mayor Rahib Babayev Vətən müharibəsində göstərdiyi şücaətə görə Ali Baş Komandan tərəfindən “Azərbaycan Bayrağı” ordeni və “Vətənə xidmətə görə” medalı ilə də təltif edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan sülhə, təhlükəsizliyə və əməkdaşlığa mühüm töhfələr verir

15:04
14 Mart

İkili standartlar qlobal nizam üçün ciddi təhlükədir

15:01
14 Mart

“Rəqəmsal gələcək: süni intellekt, idarəetmə və innovasiyanın etikası” mövzusunda panel iclas YENİLƏNİB

13:39
14 Mart

Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü Jelka Tsviyanoviçin Azərbaycana səfəri başa çatıb  

13:19
14 Mart

Sabah hava yağmursuz keçəcək, cənub-şərq küləyi əsəcək  

13:14
14 Mart

Süni intellekt müdafiə sisteminin vacib hissəsinə çevrilir 

12:48
14 Mart

Parlamentlərarası İttifaqın prezidenti: Süni intellektin insan hüquqlarına mənfi təsiri nəzərə alınmalıdır

12:41
14 Mart

Bakıda Novruz bayramı ərəfəsində geniş təmizlik işləri aparılıb  

12:36
14 Mart

Təxliyə davam edir: 16 hindistanlı tələbə və digər xarici vətəndaşlar Azərbaycana daxil olub

12:24
14 Mart

Nazir: Azərbaycanda “sandbox” modeli ilə innovasiyaların tətbiqi sürətlənir  

12:17
14 Mart

Rəşad Nəbiyev: Azərbaycan süni intellekt və innovasiyada çevik idarəetmə modelini tətbiq edir 

12:01
14 Mart

Milli koordinator: WUF13 çərçivəsində iştirakçılar üçün Qarabağa tanışlıq səfərləri təşkil ediləcək

11:57
14 Mart

Xocavəndin Xanoba kəndinə ilk köç yola salınıb

11:52
14 Mart

Bakı Qlobal Forumu: “Mənzil məsələləri üzrə qlobal əməkdaşlıq: WUF13 üçün perspektivlər” - YENİLƏNİB  

11:51
14 Mart

Komitə sədri: Şəhərləşmə və mənzil problemləri qlobal dinamika ilə sıx bağlıdır  

11:49
14 Mart

Misli Premyer Liqasında XXIV tura iki oyunla start verilib

11:18
14 Mart

BMT-nin Baş Assambleyasının 73-cü Sessiyasının prezidenti: Əminəm ki, WUF13 böyük uğurla keçiriləcək  

11:11
14 Mart

“Qərbi Azərbaycan geosiyasi faktor kimi: ideyanın intibahı” kitabının təqdimatı olub  

11:07
14 Mart

Baş prokuror tələbələrə rəqəmsallaşma şəraitində sübut anlayışının transformasiyasından danışıb  

10:48
14 Mart

Bakıda keçirilən NATO-nun kursunda müxtəlif nəzəri və praktiki çalışmalar icra olunub  

10:36
14 Mart

Anar Quliyev: WUF13 mənzil və şəhərsalma məsələlərinin qlobal müzakirəsinə yeni imkanlar yaradacaq

10:28
14 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!