21 May 2025 08:40
801
Mədəniyyət
A- A+
Sənət yolunda atılan inamlı addımlar

Sənət yolunda atılan inamlı addımlar


Dövlətimizin iqtisadi, siyasi, mədəni həyatında, bütövlükdə inkişafında gənclərimizin rolu əvəzsizdir. Bütün sahələrdə hər addımda onlara dövlət tərəfindən yüksək qayğı göstərilir, fəaliyyətləri diqqət mərkəzində saxlanılır. Tarixi inkişaf yolumuzun bütün mərhələlərində uğurlar qazanan gənclərimiz ölkəmizin işıqlı gələcəyi naminə həmişə inamla ön sıralarda addımlayıblar. Onlar geniş, hərtərəfli fəaliyyətləri, istedadları, bacarıqları, əzmkarlıqları ilə dövlətimizin tərəqqisinə və inkişafına bir-birindən dəyərli töhfələr veriblər. 

Bu gün gənclərimiz dövlətçiliyimizin çiçəklənməsi, güclənməsi və qüdrətlənməsi naminə fəallıq göstərirlər. Onlar iştirakçısı olduqları yarışlarda ölkəmizi layiqincə təmsil edir, oxuduqları ali təhsil ocaqlarında biliklərə yiyələnə-yiyələnə Azərbaycanın layiqli vətəndaşı olmağa çalışırlar. 

Gündən-günə gücünü, qüdrətini artıran dövlətimizin gənclərə hərtərəfli diqqət və qayğı göstərməsi onlarda özlərinə, istedadlarına, potensiallarına inam hissini daha da gücləndirir. Dövlət onlara oxumaq, işləmək və cəmiyyətin müxtəlif sahələrində fəaliyyət göstərmək, uğur qazanmaq üçün geniş imkanlar yaradır. Yaşamağa, oxumağa, işləməyə, yeni-yeni zirvələri fəth etməyə, dövlətimizə, dövlətçiliyimizə və xalqımıza xidmət göstərməyə həvəsləndirir. 

Gənclərimiz bacarıq və istedadları, təhsildə qazandıqları uğurları ilə ölkəmizin inkişaf, tərəqqi tarixinə yeni səhifələr yazırlar, Azərbaycanımızın işıqlı gələcəyi naminə yorulmaq bilmədən çalışırlar. Belə gənclərimizdən biri də Əliulla Aydın oğlu Vəliyevdir. Əliulla çox gəncdir, iyirmi yaşın içindədir. Ürəyi, qəlbi arzu və istəklərlə doludur. Ömrünün ən gözəl, ən təravətli çağlarını yaşayır.  Yaşı az olsa da, artıq Ə.Vəliyev xeyli uğur qazanıb, gələcək həyatının bünövrəsini etibarlı şəkildə qurub. Dostları, yoldaşları arasında az-çox tanınıb, müəllimləri tərəfindən sevilib. Arzularının ardınca gedən Əliulla 2022-ci ildə sınaqlardan uğurla keçərək Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatr və kino aktyorluğu fakültəsinə qəbul olub. 

Söhbət zamanı Əliulla Vəliyevin ömür yoluna qısaca nəzər yetirdik. Öyrəndik ki, o,    2005-ci il sentyabrın 1-də Bakı şəhərində dünyaya göz açıb. Kiçik yaşlarından incəsənət sahəsinə böyük maraq göstərib. Orta təhsilini Azərbaycan Milli Konservatoriyasının nəzdindəki İncəsənət Gimnaziyasında alıb. Aldığı təhsil onun bu sahəyə olan maraq və həvəsini daha da artırıb.

Əliulla hələ kiçik yaşlarından həm ölkə daxilində, həm də xarici dövlətlərdə keçirilən bir-birindən maraqlı tədbirlərdə iştirak edib. 2018-ci ildə Türkiyənin Bursa şəhərində təşkil edilmiş Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasının 100 illik yubileyinə həsr olunmuş tədbir onun üçün çox yaddaqalan olub. 2019-cu ildə Türkiyənin Kayseri şəhərində İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş tədbirdə isə Əliulla əsərlərini, çox sevdiyi dahi şairimizin obrazını canlandırıb. Böyük sevgi və məhəbbətlə dünyada sevilən, oxunan və daim ehtiramla yad edilən görkəmli Azərbaycan şairi Nəsiminin şeirlərini səsləndirib. Bütün bunlarla yanaşı, Əliulla Vəliyev əlamətdar günlərlə bağlı müntəzəm olaraq Yeni Azərbaycan Partiyası, Bakı Şəhər İcra Hakimiyyəti və başqa təşkilatlar tərəfindən keçirilən tədbirlərdə də fəal iştirak edib. Üzərinə düşən vəzifələri layiqincə yerinə yetirib. İştirakçısı olduğu bu tədbirlər Əliullanın dünyagörüşünün formalaşmasında mühüm rol oynayıb, onu sənət aləminə daha da həvəsləndirib. 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə qəbul olandan sonra da Əliulla bir çox mühüm tədbirdə iştirak edib. 2023-cü il iyun ayı onun üçün çox əlamətdar olub. Həmin il Ə.Vəliyev Rusiya Dövlət Teatr Sənəti İnstitutunun təşkilatçılığı ilə Qırğızıstan Respublikasında keçirilən ustad dərslərində iştirak edib. İştirakçısı olduğu ustad dərsləri ona xeyli təcrübə qazandırıb. 

2024-cü ilin noyabr ayı da Əliulla üçün əlamətdar olub. Həmin ay o, iki müsabiqədə iştirak edib. Gözlənildiyi kimi ikisində də uğur qazanıb. Mədəniyyət Nazirliyi Azərbaycan Teatr Xadimləri İttifaqı tətəfindən keçirilmiş "Zəfərimiz - Şərəfimiz" bədii qiraət musabiqəsinə həvəslə qatılan Ə.Vəliyev bacarığı və istedadı ilə fərqlənərək diploma layiq görülüb. 20-25 noyabr 2024-cü ildə isə Əliulla Belarus Respublikasının paytaxtı Minsk şəhərində görkəmli rus şairi A.S.Puşkinın 225 illiyinə həsr olunmuş "Dobrıy skaz" adlı bədii qiraət müsabiqəsində də iştirak edib. Bu müsabiqədə də nümayiş etdirdiyi bacarığına görə "Qran-pri" mükafatına layiq görülüb.

Söhbət zamanı öyrəndik ki, gələcəyin aktyoru olacaq Əliulla Vəliyevin atası Əməkdar müəllim Ənvər Vəliyev bir zamanlar bu ali təhsil ocağında müəllim işləyib,  dərs deyib, gələcəyin sənət adamlarına elm və biliklər öyrədib. İndi oğlu atasının yolunu davam etdirir, onun açdığı cığırla incəsənət aləminin dərinliklərinə doğru inamla addımlayır. Əliullanın sənət yolunda atdığı bu inamlı addımlar onu bütün arzularına qovuşduracaq. 

Gələcəyin istedadlı aktyoru olacaq Əliulla öz üzərində yorulmadan çalışır. Həm nəzəri, həm də praktiki dərslərdə fəal iştirak edir. Təcrübə və peşəkarlığını daha da artırmaq üçün Gənc Tamaşaçılar Teatrında məşqlərə gedir. Məqsədi aktyorluq sənətini dərindən öyrənmək və bu sahənin peşəkarı olmaq, bir-birindən maraqlı obrazlar yaratmaqdır. 

Söhbət zamanı Əliulla sevdiyi, rəğbət bəslədiyi aktyorların adlarını da çəkdi. Dedi ki, teatr və kinolarda oynadıqları rollarını bəyəndiyim aktyorlarımız çoxdur. Biz onlardan çox şey öyrənirik. Ən böyük hörmət və rəğbət bəslədiyim aktyorlar isə Hamlet Xanızadə və Rasim Balayevdir. Onlar bacarıq və peşəkarlıqları ilə səhnəmizdə, kinomuzda dərin izlər qoyublar. Biz gənclər də çalışacağıq ki, bu sənətkarların yaradıcılıq yolunu uğurla davam etdirək. Onları təkrar etmədən incəsənət aləmində yeni yollar və cığırlar açaq.  

Hansı sahə olursa-olsun, istedad, bacarıq, işgüzarlıq və peşəkarlıq gec-tez özünü qabarıq şəkildə göstərir. Elə uğurun, zəfərin, qələbənin düsturu da istedad, bacarıq və peşəkarlıqdır. Biz söhbət zamanı gələcəyin tanınmış aktyoru olacaq Əliullada bütün bu müsbət keyfiyyətləri gördük. İnanırıq ki, bu gün dərslərində fərqlənən, müsabiqələrdə  müxtəlif mükafatlar qazanan, yorulmadan həvəslə məşqlərə gedən, ürəyi arzu və istəklərlə dolu olan Əliulla Vəliyev sabah səhnəmizin ən sevilən aktyorlarından biri olacaq. Filmlərdə və teatr tamaşalarında yaradacağı obrazları ilə yaddaşlarda dərin iz qoyacaq.

  

Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Yazarlarımızın qələmində əbədiləşən 20 Yanvar

09:10
20 Yanvar

Azadlığın qanla yazılmış manifesti

09:05
20 Yanvar

Qanla yazılan tarix heç vaxt unudulmur

09:00
20 Yanvar

20 Yanvarın şahidi və şəhidi - qanla suvarılan qərənfil

08:55
20 Yanvar

Şəhid ailələrinə və əlillərə dövlət qayğısı daimidir

08:50
20 Yanvar

Arzusu həkim olmaq idi

08:45
20 Yanvar

Şəhidlər xiyabanından Zəfər meydanına

08:40
20 Yanvar

Azərbaycan xalqının milli yaddaşı və qəhrəmanlıq salnaməsi

08:35
20 Yanvar

Müstəqil yaşamaq istəyinin təcəssümü

08:30
20 Yanvar

Yarımçıq qalan arzular...

08:25
20 Yanvar

Qanla yazılmış şərəfli səhifə

08:20
20 Yanvar

İmperiya xalqımızın iradəsini sındıra bilmədi

08:15
20 Yanvar

İlham Əliyevin sülh modeli 

08:13
20 Yanvar

Qrenlandiya böyük güclərin "şahmat taxtası"na çevrilir

08:10
20 Yanvar

Duqinin sayıqlamaları nəyə xidmət edir?

08:05
20 Yanvar

Qürur tariximiz

08:00
20 Yanvar

“Xüsusi icra məmurlarının fəaliyyətinə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən nəzarətin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

02:56
20 Yanvar

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Valyuta tənzimi haqqında”, “Kommersiya sirri haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 175-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 15 may tarixli 392 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

02:55
20 Yanvar

“Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyul tarixli 262 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

02:54
20 Yanvar

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti ASCO-nun struktur idarələrinə tələb olunan yumşaq inventarların (yaylı döşəklər) satın alınması məqsədilə açıq tender elan edir

02:50
20 Yanvar

Türkiyə Prezidenti Administrasiyası Suriyada baş verən hadisələrlə bağlı açıqlama verib  

00:57
20 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!