07 Dekabr 2021 11:52
638
İQTİSADİYYAT
A- A+
Şamaxıda “İşğaldan azad olunmuş ərazilərin innovativ inkişaf imkanları” mövzusunda elmi-praktik konfrans keçirilib

Şamaxıda “İşğaldan azad olunmuş ərazilərin innovativ inkişaf imkanları” mövzusunda elmi-praktik konfrans keçirilib

 

Dekabrın 6-da Şamaxıda İqtisadiyyat Nazirliyinin, ADA Universitetinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İqtisadiyyat İnstitutunun birgə təşkilatçılığı ilə “İşğaldan azad olunmuş ərazilərin innovativ inkişaf imkanları” mövzusunda elmi-praktik konfrans keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzində keçirilən tədbirin məqsədi işğaldan azad olunmuş ərazilərimizdə görülən bərpa-quruculuq işlərinə elmi cəhətdən əsaslandırılmış təkliflərin işlənib hazırlanması ilə bağlı müzakirələrin aparılması idi.

Konfransda İqtisadiyyat, Rəqəmsal İnkişaf və Nəqliyyat, Kənd Təsərrüfatı nazirliklərinin, Dövlət Statistika Komitəsi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (“ASAN xidmət”), AMEA, UNEC, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan İqtisadçılar İttifaqı və digər qurumların nümayəndələri iştirak ediblər. Bir sıra qurumların təmsilçiləri isə tədbirə onlayn qoşulublar.

AMEA İqtisadiyyat İnstitutunun baş direktoru Nazim Müzəffərli tədbirin əhəmiyyətini vurğulayaraq, müzakirə olunan məsələlərin Qarabağda görülən işlərə töhfə olacağına əminliyini ifadə edib.

İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, hərbi və siyasi müstəvidə atdığı düşünülmüş addımlar, Ordumuzun şücaəti nəticəsində qazanılan böyük Zəfəri, igid oğullarımızın döyüş məharətini vurğulayıb. Qeyd edilib ki, dövlət başçısı tərəfindən Qarabağın “Yaşıl zona” elan edilməsi, müasir sənaye parkları və aqroparkların yaradılması, həmçinin bu ərazilərdə fəaliyyət göstərəcək sahibkarlar üçün nəzərdə tututlan güzəştlər regionun dirçəldilməsinə böyük imkanlar deməkdir. İşğaldan azad olunmuş ərazilərdə innovativ kənd təsərrüfatı modellərinin tətbiq olunması, dağ-mədən sənayesinin yeni texnologiyalar əsasında inkişaf etdirilməsi, müasir texnologiyalara əsaslanan nəqliyyat-logistika sisteminin qurulması, bərpa olunan enerjidən istifadə etməklə ekoloji tarazlığın təmin edilməsi, müasir tələblərə cavab verən mütəxəssislərin hazırlanması innovativ iqtisadi inkişafın əsas istiqamətlərindəndir. Dövlət başçısının müvafiq fərmanları ilə Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarının yaradılmasının əhəmiyyətini vurğulayan nazir müavini bu ərazilərdə logistika və ticarət fəaliyyətinin həyata keçirilməsi, xidmətlərin göstərilməsi, sənaye istehsalının dəstəklənməsi, əhalinin dayanıqlı məşğulluğunun təmin edilməsi üçün yeni imkanlar yaradacağını diqqətə çatdırıb. Qeyd edilib ki, işğaldan azad edilmiş ərazilərdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı İqtisadiyyat Nazirliyinə çoxsaylı müraciətlər daxil olur. İnvestisiya layihələrinin prioritetliyi təhlil olunur, potensial layihələr müəyyənləşdirilir və informasiya bazasına daxil edilir.

Hazırda innovasiya fəallığının artırılması və iqtisadi canlanmanın təşkili, bu sahədə çalışacaq sahibkarlar üçün stimullaşdırıcı mexanizmlər, biznesə daha əlverişli şəraitin yaradılması məqsədilə təkliflər hazırlanır. Təkliflərdə vergi, gömrük və kommunal xidmətlər üzrə güzəştlərin tətbiqi, maliyyə mənbələrinə çıxışın asanlaşması kimi dəstək tədbirləri əksini tapacaqdır.

Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov Şamaxıda həyata keçirilən layihələr barədə məlumat verib innovativ layihələrdən – Elektron Müraciət Portalı, Şamaxı Geoanalitik İnformasiya Sistemi, sərnişindaşımada yeni ödəmə sistemindən bəhs edib.

Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonu üzrə xüsusi nümayəndəsi Emin Hüseynov Qarabağda görülən işlər və nəzərdə tutulan tədbirlər barədə məlumat verərək, qeyd edib ki, bütün aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanları birgə fəaliyyət göstərərək, əlaqələndirilmiş şəkildə bu ərazilərdə müvafiq bərpa-quruculuq işləri həyata keçirir. Emin Hüseynov Qarabağ bölgəsinin müasir infrastrukura malik regiona çevriləcəyinə əminliyini vurğulayıb.

Konfransda çıxış edən AMEA-nın birinci vitse-prezidenti, akademik Arif Həşimov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov, Milli Məclisin deputatı, akademik Ziyad Səmədzadə, Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Rəşad Həsənov, Dövlət Statistika Komitəsinin sədr müavini Yusif Yusifov, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin direktoru Mirəli Kazımov və digərləri çıxış ediblər. Natiqlər postkonflikt dövrdə innovativ texnologiyaların yenidənqurma və inkişafda rolu, Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında rəqabətə davamlı sənaye potensialının yaradılması, potensial repatriantların “ağıllı şəhər”, “ağıllı kənd”, “ağıllı iqtisadiyyat” mühitində yaşayışa hazırlanması ilə bağlı fikirlərini bölüşüblər.

Tədbirdə ADA Universiteti və AMEA-nın nümayəndələri işğaldan azad edilmiş ərazilərimizin bərpasının maliyyələşdirilmə mexanizmləri və sosial bzinesin idarə edilməsi mövzularında məruzələri dinlənilib, müzakirələr aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?  

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

Dünya Türk Dili Ailəsi Gününün qeyd olunması Türk dünyasının beynəlxalq miqyasda artan gücünün və nüfuzunun ifadəsidir 

16:36
15 Dekabr

Azərbaycan Prezidenti “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan olunması təşəbbüsünü irəli sürüb  

16:34
15 Dekabr

Avstraliya İttifaqının Baş naziri Zati-aliləri cənab Entoni Albanizə  

16:33
15 Dekabr

Azərbaycan nümayəndə heyəti BMT-nin Ətraf Mühit Assambleyasının 7-ci sessiyasında iştirak edib VİDEO  

16:31
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan ilə Qazaxıstan arasında energetika sahəsində strateji tərəfdaşlıqla bağlı Sazişi təsdiqləyib  

16:17
15 Dekabr

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib  

16:16
15 Dekabr

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!