Sahibi “tapılmayan” “İsgəndər”
Onun ixrac modifikasiyası olmaması suallar doğurur
Vətən müharibəsində Ordumuzun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində darmadağın edilən, canlı qüvvə və texnika sarıdan böyük itkilər verərək geri çəkilən işğalçı Ermənistan növbəti hərbi cinayətlərini törətmişdi.
Məğlubiyyətin əvəzini çıxmaq, xof yaratmaq üçün Tərtər, Bərdə, Goranboy, Beyləqan, Ağdam, Ağcabədi rayonları hər gün artilleriya və raket atəşinə tutulmuşdu. Düşmən bu zaman qadağan olunmuş kasetli bombalardan istifadə etməkdən də çəkinməmişdi. Cəbhə xəttindən uzaqda yerləşən Gəncəyə ballistik zərbə endirilməsi bir daha Ermənistanın terrorçu mahiyyətini ortaya qoymuşdu.
Son günlər Azərbaycanda gündəmi zəbt edən başqa bir məsələ isə Şuşa şəhərinin ətrafında “İsgəndər” Operativ-Taktiki Raket Kompleksinin qalıqlarının tapılmasıdır. Qalıqlar Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi tərəfindən mart ayının 15-də ərazilərin minalardan təmizlənməsi zamanı aşkar edilib. Bu məsələ bəlkə də Azərbaycan ictimaiyyətində geniş əks-səda doğurmaya da bilərdi. Məlum olduğu kimi, ilk dəfə hələ ötən ilin noyabrında Ermənistan silahlı qüvvələrinin baş qərargahının keçmiş rəisi Movses Akopyan müharibənin son günlərində “İsgəndər” raketlərindən istifadə edildiyini bildirmişdi.
Ermənistanda bu tip raketlərin olduğuna görə həmin vaxt Akopyanın açıqlaması geniş rezonans doğurmamışdı.
Amma Şuşa ətrafında tapılan “İsgəndər” tamamilə başqa fərqli vəziyyəti ortaya çıxardı. Belə ki, raketin qalıqlarında aşkar edilən “9M723” indeks kodu araşdırmalarla yoxlanılıb və məlum olub ki, Şuşa istiqamətində həqiqətən “İsgəndər” raketi atılıb. Lakin bu qalıqlar Ermənistanda olan “İsgəndər E” modifikasiyasına deyil, ixrac üçün nəzərdə tutulmayan “İsgəndər-M” versiyasına aiddir. Bu modifikasiyasanın Ermənistana verilməsi rəsmi olaraq heç bir mənbədə əksini tapmayıb. Heç bir hərbi hesabatda “İsgəndər-M” versiyasının Ermənistana verilməsi barədə məlumat yoxdur.
Akopyanın açıqlamasına baxmayaraq, hələ fevral ayında Ermənistanda “İsgəndər” raketinin partlamaması ilə bağlı mübahisələr qızışanda Rusiya Müdafiə Nazirliyinin rəsmisi İqor Konaşenkov bildirmişdi ki, Qarabağda hərbi əməliyyatlar zamanı “İsgəndər” raketləri, ümumiyyətlə, tətbiq edilməyib və komplekslərin bütün döyüş sursatı-raketlər hamısı Ermənistan ordusunun anbarlarındadır.
Tapılan qalıqlar raketin istifadə edildiyini tam təsdiq etsə də, onun Ermənistana verilən modifikasiya ilə eyniyyət təşkil etməməsi suallar doğurur. Azərbaycanda bir qrup media nümayəndəsi və blogerlər Rusiya Federasiyasının ölkəmizdəki səfirliyinə bununla bağlı müraciət ünvanlayıblar. “Şuşada məhz “İskəndər-M” Operativ-Taktiki Raket Kompleksin raketinin qalıqlarının aşkar edilməsi hələ aprelin 2-də elan olunub. Bu xəbər həm Azərbaycan, həm də xarici KİV tərəfindən geniş işıqlandırılıb. Lakin indiyə qədər Rusiya tərəfinin dəqiq və birmənalı rəsmi cavabı eşidilməyib. Biz təəccüblənirik ki, Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin, Müdafiə Nazirliyinin, digər əlaqədar strukturların şəxsində Şuşa şəhərinə “İsgəndər-M” Operativ-Taktiki Raket Kompleksindən necə atəş açıla bilməsinə aydınlıq gətirməyə tələsmir. Əlbəttə, bu faktın tam və hərtərəfli təhqiqatı vaxt tələb edir. Lakin, hətta, təhqiqatın başlanması barədə rəsmi bəyanatın da olmaması Azərbaycan ictimaiyyətində ciddi anlaşılmazlıq və narahatlıq doğurur”, - deyə müraciətdə bildirilir.
Düzdür, məsələ ilə bağlı KİV-də belə məlumatlar da yayıldı ki, “İsgəndər-M” raketləri Ermənistana qanunsuz ötürülüb və Rusiyanın müvafiq qurumları bununla bağlı təhqiqat başladıb. Məlumatda qeyd olunur ki, raketlər qanunsuz əldə edilib, Livan və Rusiya bankları üzərindən ödəniş həyata keçirilməklə qeyri-leqal olaraq Ermənistana ötürülüb. Bu barədə də hələlik rəsmi açıqlamalar olmasa da, ümid edirik ki, Şuşada tapılan “İsgəndər M” raketinin kimə məxsus olmasına tezliklə aydınlıq gətiriləcək.
Rəşad CƏFƏRLİ,
“Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında
05 May
"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əmə...
05 May
"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilər...
05 May
“Elektrik gücü çatmadıqda, sistemin dayanıqlılığını təmin etmək üçün elektrik enerjisinin təminatına...
05 May
“Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyasının tərkibi haqqı...
05 May
`"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti balansında olan gəmilər üçün müxtəlif...
05 May
Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb
04 May
IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb...
04 May
İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb ...
04 May
“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!