20 Aprel 2024 08:35
234
SİYASƏT
A- A+

Rusiyadakı erməni təbliğatçılarının iflası

 

Onlar özlərini diri-diri dəfn edirlər

 

Rusiyada qəfildən diksinərək ayılıblar ki, sən demə, ölkənin aparıcı təbliğatçı  jurnalistlərinin az qala 90 faizi ermənilərmiş. Rus jurnalistlər bir-birilərinə sual verirlər ki, onların erməniəsilli həmkarlarının at belinə çıxması təsadüfdür, yoxsa  düşünülmüş plan? Bu sualın cavabını hələlik bilən yoxdur.
Erməniəsilli Rusiya jurnalistlərinin uzun siyahısına məşhur təbliğatçı Marqarita Simonyan başçılıq edir. Onun arxasınca əri Keosayan, Qabrelyanov, Baqdasarov, Babayan, Kurqinyan, Mardanyan və başqaları sıralanıb. Nə qədər acınacaqlı da olsa, reallıq belədir ki, adlarını sadaladığımız və sadalamadığımız erməni təbliğatçıları böyük rus mədəniyyətinin "təəssübkeş"ləri kimi, kimin üstünə desən diş qıcayırlar, təki pullu sifariş olsun. Çünki Puşkin demiş: "Sən qorxaqsan, sən qulsan, sən ermənisən!" 
Rusiya və hətta dünyada Marqarita Simonyanı əxlaqsızlığına və haqsızlığına görə tanımayan yoxdur. O, vaxtaşırı öz teleqram kanalında Qarabağa əl uzatmaqdan çəkinmir, Rusiya ilə Azərbaycan arasında münasibətləri qızışdırmaq üçün əldən-ayaqdan gedir. Jurnalistdən daha çox əsl faşist kimi hərəkət edən Simonyanın Rusiya təəssübkeşi olması onun yalnız makiyajlı üzüdür, astarı tam əksinədir. Daha  doğrusu,  astarı puldur, o, nə ermənipərəstdir, nə də rusiyapərəst. 
Nikol Paşinyanın xarici siyasət üzrə eks məsləhətçisi Arsen Xaratyan deyir ki, Ermənistanda Simonyana münasibət kifayət qədər mənfidir: "Vaxtilə o, ermənilərin 2018-ci il inqilabına qarşı çox sərt ifadələr işlədən nadan idi. Onun erməni familiyasından  başqa bizimlə ümumi heç nəyi yoxdur. Bu adam heç vaxt Ermənistanda yaşamayıb və bizi başa düşmək iqtidarında deyil. Ermənistan onu Kremlin təbliğatçısı kimi qəbul edir. Elə bu baxımdan, Simonyanın son sayıqlamaları qətiyyən bütün ermənilərin mövqeyini əks etdirmir". Başqa bir erməni siyasətçi Puben Meqrabyan isə Simonyanın əməllərini insanlığa qarşı cinayətlərdə iştirak etməyə bərabər sayır: "Onun yalnız etnik mənşəyi ermənidir, amma reallıqda bu insanın Ermənistanla bağlı heç nəyi yoxdur. Marqarita Ermənistana zərrəcə hörmət belə etmir". Yazıçı-ssenarist Bəhram Martirosyan da Marqaşaya münasibətdə sərtdir. "Simonyan sadəcə rus yox, imperiya təbliğatçısıdır. Bu isə keçmiş sovet respublikası üçün çox vacib məqamdır. Sakit oturun, Rusiya özü sizin yerinizə bütün məsələləri həll edəcək. Bu da ciddi hay-küyə səbəb olan əsl imperiya jestidir. Lakin Simonyan və digər erməni təbliğatçıları öz statuslarında yanılırlar... Ermənilər özlərini nə qədər yüksək ranqlı təbliğatçılar saysalar da, mahiyyət etibarı ilə Kremlin küllüklərində eşələnən, xüsusi hörməti olmayan xidmətçi statusundan yuxarıda deyillər. Bu rol nə qədər təhqiramiz olsa da, ermənilər can-başla ona hazırdırlar... Mən Simonyana və başqalarına haqq qazandırmıram. Onlar üstünlüklərə malikdir və bu mövqelərini qorumaq üçün dəridən-qabıqdan çıxırlar. Buna görə də bir qayda olaraq çoxluğun tərəfində çıxış edirlər. İndiki çətin vəziyyətdə onlar yalnız qazandıqlarını qorumağa çalışırlar. Onlar üçün Ermənistanın olub-olmayacağı maraqlı deyil, əsas məsələ üzdə qalmaq, belə mürəkkəb dövrdə batmamaqdır. Bu artıq erməni milli  məsələsi yox, sadəcə əldə olunanları qorumağa xidmət edən maraq məsələsidir".
Bir sözlə, Rusiyadakı etnik erməni təbliğatçıları yalnız öz maraqlarına xidmət edirlər. Onlar üçün müqəddəs nə vətəndir, nə də ideya. Əgər sabah Rusiyada, yaxud Ermənistanda hakimiyyət dəyişərsə, onlar yeni rejimin qulluğunda dayanacaqlar, təbii ki, pullarını versələr. Bu gün Rusiyada lövbər salmış erməni təbliğatçılarının ruslardan daha çox rus olmaq cəhdləri sadəcə hiylədir, özü də ödənişli. Ona görə də artıq Ermənistanda Moskvadakı erməni lobbisi haqqında neqativ fikirlər artmaqdadır, hamı onları Ermənistan dövlətinin düşməni kimi qəbul edir. Erməni xaqlı hətta millətçilik xəstəliyinə yoluxmasına baxmayaraq anlayır ki, Moskvadakı erməni lobbisi yalnız öz maraqlarını güdür, erməni təbliğatçıları isə diri-diri özlərini dəfn edirlər. 

Bahadur İMANQULİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video