23 Aprel 2024 14:05
140
SİYASƏT
A- A+

Rusiya mediası Azərbaycan Prezidenti İlham Əliyevin bu ölkəyə səfərini işıqlandırmaqda davam edir

 

Rusiya mediası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu ölkəyə işgüzar səfərini geniş şəkildə işıqlandırır.

AZƏRTAC xəbər verir ki, “İzvestiya” nəşri diqqəti Azərbaycan və Rusiya prezidentlərinin görüşünün Rusiya sülhməramlılarının üç ildən artıq davam edən missiyadan sonra Qarabağdan çıxarılması fonunda keçirilməsinə çəkib. Qəzet yazır ki, iki ölkənin liderləri son dəfə təxminən bir il əvvəl – 2023-cü ilin mayında Moskvada Qarabağ münaqişəsinin nizamlanması üzrə üçtərəfli danışıqlar zamanı görüşüblər.

Politoloq Andrey Areşev “İzvestiya” nəşrinə müsahibəsində prezidentlərin görüşünün qapalı hissəsində daha bir əhəmiyyətli nəqliyyat layihəsinin, məhz Ermənistanın Sünik vilayətindən keçməli və sonra Türkiyəyə uzanan Zəngəzur dəhlizinin müzakirə olunduğunu istisna etməyib. Ekspert qeyd edib: “Amma İrəvan layihəyə kəskin etiraz edib və Azərbaycan rəhbərliyi İran ərazisindən alternativ marşrut təmin etmək qərarına gəlib ki, bu, həmçinin Rusiya üçün də logistika nöqteyi-nəzərindən əlverişli olacaq”.

“Rossiyskaya qazeta” nəşri yazır ki, Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü əsnasında Heydər Əliyevin BAM-ın tikintisinə böyük töhfəsini qeyd edib. Qəzet yazır: “RF Prezidenti Vladimir Putin Kremldə Azərbaycanın mərhum liderinin oğlu və varisi İlham Əliyevlə görüşdə bildirib ki, müstəqil Azərbaycanın birinci Prezidenti Heydər Əliyev Baykal-Amur Magistralının (BAM) tikintisinin fəal iştirakçılarından biri olub, Rusiyada bunu xatırlayırlar”.

“Parlamentskaya qazeta” qeyd edir ki, Rusiya Prezidenti Vladimir Putin Azərbaycanın lideri İlham Əliyevlə regional təhlükəsizlik məsələlərini müzakirə edib. Qəzet Putinin sözlərini sitat gətirir: “Bu kontekstdə çoxlu məsələlər var və onlar çox həssasdır”.

NTV telekanalı da Azərbaycan Prezidenti İlham Əliyevin Moskvaya səfəri barədə geniş material hazırlayıb. Qeyd olunub ki, dövlət başçıları regional təhlükəsizlik, iqtisadi əməkdaşlıq, humanitar sahədə əlaqələrlə bağlı məsələləri geniş müzakirə ediblər.

“MİR” telekanalı, “Moskovski komsomolets”, “Qazeta.ru”, “Lenta.ru” qəzet və portalları, o cümlədən Sankt-Peterburq, Tatarıstan Respublikası və digər regionların mediası da Prezident İlham Əliyevin Moskvaya səfəri haqqında materiallar dərc edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video