21 Iyun 2024 18:12
290
İDMAN
A- A+

Roberto Bacconun evi qarət olunub

 

İtaliya millisinin sabiq futbolçusu Roberto Bacconun evi qarət olunub.

"Report" İtaliya mətbuatına istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında baş verib.

57 yaşlı əfsanəvi futbolçu İspaniya - İtaliya matçını izləyərkən 5 silahlı şəxs onun evinə hücum edib. Tutmağa çalışdığı oğrulardan biri tapançanın qundağı ilə keçmiş hücumçunun alnına zərbə endirib. Daha sonra Bacco və ailəsini bir otağa salan quldurlar onun evindən saatlar, zinət əşyaları və pul oğurlayıblar.

Dünya çempionatının gümüş və bürünc mükafatçısı cinayətkarlar getdikdən sonra polisə müraciət edib. İkiqat İtaliya çempionu xəstəxanaya aparılıb və alnına bir neçə tikiş vurulub.

Qeyd edək ki, “Yuventus”, “Milan” və “İnter” kimi komandalarda forma geyinmiş R.Bacco 1993-cü ildə "Qızıl top"un qalibi olub.

 

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video