20 Aprel 2024 11:25
293
CƏMİYYƏT
A- A+

Rəvan Həsənov: Niyyətimiz Qafqaz Albaniyasının tarixinin yalnız elmi müstəvidə öyrənilməsidir  

 

Tarixin Qafqaz Albaniyası ilə bağlı dövrü tam araşdırmalayıb. Yeni gənc nəslin, tarixçilərin bu istiqamətə yönəldilmələrinə ehtiyac var. 1000 illik tarixi olan Qafqaz Albaniyasında 26 fərqli dildə danışan tayfalar olub. Bugünkü Azərbaycan cəmiyyətini təhlil etdikdə ölkəmizin multikulturalizm ənənələrinin haradan qaynaqlandığını görmək olar. Biz həmin multikulturalizm ənənələrindən keçərək bu günə gəlib çıxmışıq.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Bakı Beynəlxalq Mültikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov “Qafqaz Albaniyası: Etnoarxeologiya, yazılı mənbələr və tarixi abidələr” mövzusunda XI beynəlxalq konfransda çıxışı zamanı söyləyib.

R. Həsənov tarixi tədqiqatlar nəticəsində yeni xəritələrin ortaya çıxması ilə bağlı həqiqətlərin bəzilərini narahat etdiyini vurğulayıb. Bildirib ki, Qafqaz Albaniyası bir ölkənin coğrafiyasında deyil. Bütün xalqlar bu məsələdə daha çox həssaslıq göstərməli, elm adamları bu irsin qorunub saxlanılmasında maraqlı olmalıdırlar. “Bizim mərkəzimiz xaricdə dərc edilmiş, tapılmış materialların hər birinə maraq göstərir, onları araşdırır. Xaricdə fəaliyyət göstərən bəzi “alimlər” Vətən müharibəsində guya Azərbaycanın Qafqaz Albaniyasına aid tarixi-mədəni abidələri, kilsələri dağıtması ilə bağlı sosial mediada saxta fotolar paylaşırlar. Halbuki həmin fotoların 2008-ci ildə Ermənistanın işğal dövründə çəkilməsi həqiqətdir. Bizim niyyətimiz Qafqaz Albaniyasının tarixinin yalnız elmi müstəvidə öyrənilməsidir”, - deyə R.Həsənov qeyd edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video