18 Fevral 2026 09:50
251
Səhiyyə
A- A+
Ramazan ayında qidalanmaya xüsusi diqqət yetirilməlidir

Ramazan ayında qidalanmaya xüsusi diqqət yetirilməlidir


Müsəlman aləmi üçün səbir, mərhəmət və mənəvi yenilənmə dövrü hesab olunan Müqəddəs Ramazan ayı həm də gündəlik qidalanma rejiminin köklü şəkildə dəyişdiyi xüsusi mərhələdir. Gün ərzində uzun saatlar yemək və sudan uzaq qalmaq orqanizmin enerji balansına, maddələr mübadiləsinə və ümumi sağlamlığa təsir edir. Bu səbəbdən Ramazan ayında düzgün və balanslı qidalanma həm ibadətin rahat yerinə yetirilməsi, həm də sağlamlığın qorunması baxımından mühüm rol oynayır.

 

Sahurda qida seçimi gün ərzində enerjini qoruyur

 

Tədqiqatlar göstərir ki, oruc zamanı həzm sistemi müəyyən qədər istirahət edir, bədənin özünü bərpaetmə prosesləri aktivləşir və metabolizm zamanı toplanmış bəzi zərərli maddələrin xaric olunması asanlaşır. Lakin yanlış qidalanma vərdişləri bu müsbət təsirləri zəiflədə və əksinə, sağlamlıq problemlərinə yol aça bilər. Ramazan ayında düzgün qidalanmamaq bəzən halsızlıq, artıq çəki, susuzlaşma və mədə-bağırsaq pozuntuları ilə nəticələnir. Mövzu ilə bağlı qəzetimizə açıqlama verən qida məsələləri üzrə mütəxəssis Ağa Salamov bildirib ki, Ramazan ayında uzun müddət ac qalan bədən fizioloji dəyişikliklərə məruz qalır və bu zaman qəbul edilən qidaların keyfiyyəti xüsusi əhəmiyyət kəsb edir. Günün ilk qidası sayılan sahur orucun rahat keçirilməsində həlledici rol oynayır. Səhər qəbul edilən qidalar həm uzun müddət toxluq hissi yaratmalı, həm də bədəni susuzlaşdırmamalıdır.

Sahur süfrəsində sağlam yağ turşuları və liflərlə zəngin qidaların yer almasını tövsiyə edən mütəxəssis qeyd edib ki, müxtəlif tərəvəzlərdən hazırlanmış salatlar, göyərtilər, zeytun, zeytun yağı və mineral-vitaminlərlə zəngin məhsullar orqanizmin ehtiyaclarını ödəməyə kömək edir. Kahı, xiyar, pomidor, çuğundur, brokoli və gül kələmi kimi tərəvəzlər həm lif mənbəyidir, həm də uzunmüddətli toxluq hissi yaradır. Sahur zamanı çay içiləcəksə, onun yanında quru əncir və zeytun kimi təbii məhsulların seçilməsi tövsiyə olunur. Qara kişmiş kimi təbii şirnilər isə süni şəkərli şirniyyatlara sağlam alternativ sayılır. Onun tərkibində antosiyanin maddəsi var ki, bu da gənclik iksiridir. Üstəlik bu qidalar vitamin və minerallarla zəngin olduğuna görə gün ərzində enerji səviyyəsinin qorunmasına kömək edir.

"Zülal mənbələri də sahur süfrəsinin vacib hissəsidir. Yumurta yüksəkkeyfiyyətli zülal, D vitamini və faydalı yağ turşuları ilə zəngindir. Duzsuz pendir, kəsmik və qatıq kimi süd məhsulları da həm zülal, həm də kalsium baxımından faydalıdır. Yüngül toyuq şorbası isə həm mədəni yormur, həm də uzun müddət toxluq hissi yarada bilər. Bununla yanaşı, duzlu qidalardan uzaq durmaq vacibdir. Duzlu şorbalar, kolbasa və konservləşdirilmiş məhsullar susuzluğu artıraraq orucun çətin keçməsinə səbəb ola bilər. Eyni zamanda işlənmiş ət məhsullarından imtina etmək sağlamlıq baxımından daha məqsədəuyğundur. Sahurdan sonra dərhal yatmaq məsləhət görülmür. Hərəkət etmək, yüngül idmanla məşğul olmaq və ya ibadət həzm prosesini yaxşılaşdırır və gün ərzində halsızlığın qarşısını almağa kömək edir", - deyə Ağa Salamov vurğulayıb.

 

İftarı düzgün açmaq həzm problemlərinin qarşısını alır

 

Ramazan ayında ən çox rast gəlinən səhvlərdən biri iftar zamanı həddindən artıq yeməkdir. Mütəxəssis deyib ki, uzun müddət ac qaldıqdan sonra tələsik  yemək həzmsizlik və köp problemlərinə səbəb olur. İftar mərhələli şəkildə açılmalıdır: əvvəl su və xurma, daha sonra az miqdarda şorba və salat, fasilədən sonra isə əsas yemək. Uzun müddət susuz qalmış orqanizmin su balansı bərpa edilməlidir. Suyun oturaq vəziyətdə, kiçik qurtumlarla içilməsi tövsiyə olunur. Birdən çox miqdarda su qəbul etmək mədə üçün narahatlıq yarada bilər. İftara şorba ilə başlamaq həzm sistemini ana yeməyə hazırlayır. Şorbanı tələsmədən içmək və daha sonra qısa fasilə vermək mədənin həzm prosesinə uyğunlaşmasına kömək edir. Bu müddətdə ibadət etmək və ya sakit fəaliyyətlə məşğul olmaq faydalıdır.

Ağa Salamov bildirib ki, əsas yemək balanslı olmalıdır: "Zülal mənbəyi kimi ət, toyuq və ya balıq seçilə bilər. Qırmızı ətin miqdarının 180-200 qramdan artıq olmaması tövsiyə edilir. Qidanı yaxşı çeynəmək həzm prosesinin düzgün getməsi üçün vacibdir. Əks halda köp, ağırlıq və həzmsizlik yarana bilər. Ətin yanında tərəvəzlərə üstünlük verilməsi məsləhətdir. Brokoli, badımcan, şirin bibər və digər tərəvəzlər liflərlə zəngindir və həzmi asanlaşdırır. Göyərtilər də lif tərkibi sayəsində qidanın daha rahat mənimsənilməsinə kömək edir. İftardan dərhal sonra ağır şirniyyat yemək tövsiyə olunmur. Şirin qidaları qəbul etmək üçün ən azı bir neçə saat gözləmək daha məqsədəuyğundur. Təbii məhsullardan hazırlanmış halva və ya əncir əsaslı şirniyyatlar daha sağlam seçim sayılır".

Mütəxəssis qeyd edib ki, iftar süfrəsində qazlı və rəngli içkilərdən uzaq durmaq vacibdir. Bu içkilər boş mədədə köp və şişkinlik yarada, həmçinin susuzluğu artıraraq orqanizmə əlavə yük verə bilər. Bunun əvəzinə mövsümi meyvələrdən hazırlanmış kompotlar və ya bitki çayları seçilə bilər. İtburnu, nanə, kəklikotu və reyhan kimi bitkilərdən hazırlanan çaylar həzmə müsbət təsir göstərir.

Ramazan ayında sağlam qalmağın əsas şərti qidaların düzgün seçilməsi və qəbul qaydasına riayət etməkdir. Balanslı qidalanma, kifayət qədər maye qəbulu və fiziki aktivlik bu müqəddəs ayın həm mənəvi, həm də fiziki baxımdan faydalı keçməsinə kömək edir. Doğru qidalanma vərdişləri sayəsində oruc ibadəti daha rahat yerinə yetirilir və orqanizm bu xüsusi dövrü sağlam şəkildə tamamlayır.

 

Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Gürcüstan polisi xüsusi əməliyyat keçirib, 97 nəfər həbs edilib  

14:39
18 Fevral

TÜRKPA-nın ATƏT PA-da müşahidəçi statusu əldə etməsi imkanları müzakirə olunub  

13:26
18 Fevral

Sabah şimal və qərb rayonlarından başlayaraq hava bəzi yerlərdə arabir yağıntılı olacaq  

13:24
18 Fevral

İftar və imsak vaxtları CƏDVƏL  

13:22
18 Fevral

Azərbaycan neftinin qiyməti azalıb

13:19
18 Fevral

Ötən ay əlilliyi olan 10 min 600 nəfərə reabilitasiya xidmətləri göstərilib  

13:18
18 Fevral

“Yuventus” 66 ildən sonra avrokuboklarda 5 top buraxıb  

13:17
18 Fevral

Estoniya XİN: NATO zəruri bilsə, ölkədə nüvə silahı yerləşdirilə bilər  

13:16
18 Fevral

Məhkəmə-Hüquq Şurasının iclasında Hakimlərin Seçki Komitəsinin müraciətinə baxılıb  

13:14
18 Fevral

ANAMA-nın əməkdaşı Xocalıda minaya düşüb

13:07
18 Fevral

UEFA “Benfika” – “Real Madrid” oyunundakı insidentlə bağlı araşdırmalara başlayıb  

13:05
18 Fevral

Şəxsiyyəti müəyyənləşdirilən daha 17 itkin şəhid dəfn olunacaq

13:03
18 Fevral

Sanae Takaiçi yenidən Yaponiya Baş naziri seçilib

13:01
18 Fevral

Qırğızıstanlı politoloq: C6 mexanizmi birgə irəliləyiş baxımından mühüm əhəmiyyət daşıyır  

13:00
18 Fevral

Talqat Kaliyev: C6 formatı çərçivəsində çevik və mobil katibliyin yaradılması məqsədəuyğun ola bilər  

12:57
18 Fevral

NATO sözçüsü Türkiyənin sadiq müttəfiq olduğunu bəyan edib  

12:48
18 Fevral

Cenevrə görüşü: Ukrayna və Rusiya arasında danışıqlarda mühüm irəliləyiş  

12:46
18 Fevral

Bakı “Neokolonializm və qlobal bərabərsizlik” adlı beynəlxalq konfransa ev sahibliyi edir  

12:44
18 Fevral

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 73 nəfər saxlanılıb  

12:01
18 Fevral

Qambiya Respublikasının Prezidenti Zati-aliləri cənab Adama Barrouya  

11:51
18 Fevral

Küveytdə pensiya və sosial sığorta sahəsində ikitərəfli əməkdaşlıq müzakirə edilib  

11:45
18 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!