Qurunun oduna yaş da yanır
Xalqımız həmişə milli-mənəvi dəyərlərinin, adət-ənənələrinin mütərəqqi mahiyyətini qoruyub saxlamağı, gələcək nəsillərə ötürməyi özünə borc bilib. Adət-ənənələrimizdə humanist prinsiplər önə çəkilib, insanı maddi-mənəvi sıxıntıya sövq edən bütün amillər kənara qoyulub. Bununla belə, təəssüf ki, son illərdə insanlar arasında yaranan bəhsləşmə meyilləri artıb. Toy və yas mərasimləri dəbdəbəli xarakter daşıyır, ifratçılıq və israfçılıq həddi aşıb. Bu, bizim rayon üçün də xarakterikdir.
Yas mərasimləri daha çox ziyafət məclisinə oxşayır. Ehsan süfrəsinə bir neçə yemək, cürbəcür şirniyyat və sular qoyulur. Masalar müxtəlif meyvələrlə bəzədilir. Buna israfçılıqdan başqa nə ad vermək olar. Özü də bu zaman daha çox imkanlı şəxslər özlərini gözə soxmağa çalışırlar. Necə deyərlər, yaş da qurunun oduna yanır. İmkanı az olanlar da qonşudan geri qalmamaq üçün çox vaxt borca-xərcə düşür, hətta bahalı məişət əşyalarını satır, dünyasını dəyişmiş doğma adamına təmtəraqlı ehsan süfrəsi açmaq məcburiyyətində qalırlar. Məsələ bununla bitmir. Bahalı qəbir daşı düzəltdirmək üçün borca düşənlər də olur.
Matəm günlərində üz-gözünü cıranlara, saçlarını yolub özlərinə xəsarət yetirənlərə də haqq qazandırmaq olmaz. Hazırda Lənkəran şəhərində, eləcə də kənd və qəsəbələrimizin qəbiristanlıqlarında mərmər və qranitdən, tuncdan hazırlanan büstlərə, heykəllərə, həmçinin türbəvari tikililərə çox rast gəlmək mümkündür. Hətta elə insanlar var ki, qəbiristanlıqda yer alır, özünə qəbir daşı hazırlatdırır.
İslamda yaxınlarını itirmiş insanlara təsəlli və başsağlığı vermək, onun kədərinə şərik olmaq yüksək mənəvi keyfiyyət sayılır. Fikrimizcə, mərhuma dinimizin rəva bildiyi qaydada hörmət bəslənilsə, ifratçılığa və israfçılığa yer qalmaz.
Eyni fikirləri toy haqqında da demək mümkündür. Açığı, toylarımız da əndazəsini aşıb. Doğrudur, toy ailə həyatı qurulması üçün şənlənmək, qohum-əqrəbanı bu sevincə qatmaq baxımından minilliklərdən yadigar qalmış ən ülvi milli adətdir. Lakin toylar öz əvvəlki mütərəqqi məqsəd və məzmununu itirib. Toy süfrələrinə 40-a yaxın soyuq və isti yeməklər, müxtəlif içkilər, şirələr, meyvələr düzülür. Bir neçə yüz insanın toplaşdığı qapalı salonda çox vaxt çalınan zövqsüz musiqi də onları əyləndirməkdənsə, daha çox yorur. Qazanan isə restoran sahibi olur.
Yaşlı nəsil bilir ki, əvvəllər toya xeyir-dua vermək, zövq almaq, mənəvi rahatlıq tapmaq üçün gedərdilər. Amma bugünkü toylarımızda nəinki mənəvi zövq ala bilmirik, əksinə, siqaret tüstüsü ciyərlərimizi, zövqsüz musiqi beynimizi korlayır. Bugünkü toylar daha çox sanballı menyü, məclisdə iştirak edən müğənni, habelə nüfuzlu vəzifəli şəxslərlə "qiymətləndirilir". Milli kolorit unudulur.
Gəlin, bu barədə dərindən düşünək. Əsrlərdən bizə əmanət kimi gəlib çatan müqəddəs adət-ənənələrimizi qoruyaq və gələcək nəsillərə layiqincə ötürək.
Mirhaşım TALIŞLI,
Prezident təqaüdçüsü, respublikanın əməkdar müəllimi
Kamal KƏLƏNTƏRLİ,
Lənkəran Rayon Ağsaqqallar Şurasının sədri
Sərhad MƏMMƏDOV,
ağsaqqallar şurasının sədr müavini
Ayaz ƏHMƏDOV,
müəllim, təqaüdçü
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Fernando Lottenberq: Azərbaycanda antisemitizmin baş verməməsi tolerantlığın parlaq nümunələrindəndi...
04 May
Dövlət Xidməti: Bir sıra bank və müəssisələrə aid çoxsaylı konfidensial məlumatlar ödənişsiz platfor...
04 May
Argentinanın etiqad işləri üzrə katibi Azərbaycanda tolerantlığın qorunub saxlanılmasını yüksək qiym...
04 May
Xankəndidə bir həftə ərzində xeyli sayda silah-sursat və partlayıcı maddələr aşkarlanıb
04 May
Norveçli səyyahlar qrupu Xudafərin körpüsü ilə tanış olublar
04 May
“Azeri Light” markalı neft ucuzlaşıb
04 May
Dünyanın mərkəzi bankları ümumi qızıl ehtiyatlarını mart ayında 15 tondan çox artırıblar...
04 May
İlon Mask ABŞ dollarının dəyərsizləşəcəyi ilə bağlı xəbərdarlıq edib
04 May
ABŞ prezidentliyinə namizəd NATO-nun genişlənməsinə qarşıdır
04 May
Prezident İlham Əliyevin COP29 tədbiri ilə bağlı dəvət məktubları BMT-dəki daimi nümayəndələrə çatdı...
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!