09 İyun 2024 08:35
1107
SİYASƏT
A- A+
Qlobal "yaşıl enerji"yə keçidə Azərbaycan öz töhfələrini verir

Qlobal "yaşıl enerji"yə keçidə Azərbaycan öz töhfələrini verir

 

"Yaşıl enerji"yə keçid bu gün ölkəmizin enerji siyasətinin prioritetlərindən biridir.  Respublikamızda son illər bu sahədə həyata keçirilən təqdirəlayiq, uğurlu işlər Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP29-a yekdilliklə ev sahibi seçilməsində əhəmiyyətli rol oynadı. 
Hazırda qlobal enerji təhlükəsizliyində başlıca rol oynayan ölkələrdən biri olan Azərbaycan 1994-cü ildən - "Əsrin müqaviləsi"nin imzalanmasından keçən otuz il müddətində regionda və Avropada enerji təhlükəsizliyinə böyük töhfələr verib. Prezident İlham Əliyev iyunun 4-də Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - "Caspian Oil&Gas" və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - "Caspian Power" sərgilərinin açılış mərasimindəki çıxışında diqqətə çatdırdı ki, Xəzər Neft və Qaz Sərgisi otuz il bundan əvvəl 1994-cü ildə fəaliyyətə başlayaraq, Azərbaycanın enerji sektoruna birbaşa xarici investisiyaların cəlb edilməsində mühüm rol oynamışdır: "O vaxtdan bəri bu tədbir daha böyük tədbirə çevrilib və enerji siyasətinin bütün əsas seqmentlərini - neft, qaz, kəşfiyyat və hasilat, emal və nəqliyyatı və əlbəttə ki, "yaşıl enerji"ni əhatə etdiyinə görə indi onun adı Bakı Enerji Həftəsidir".
Qeyd edək ki, ənənəyə çevrilmiş beynəlxalq tədbir bu il də uğurlarla yadda qaldı. İyunun 4-6-da keçirilən Bakı Enerji Həftəsinə 37 ölkədən 300-dək şirkət qatıldı. İsveç, Hindistan və Sloveniyadan olan şirkətlər bu tədbirdə ilk dəfə idi ki, iştirak etdilər. Ümumiyyətlə, builki sərginin tərkibi iştirakçıların ümumi sayının 15 faizini təşkil edən yeni şirkətlər hesabına yenilənmişdi. Bu da ölkəmizin "yaşıl enerji" sahəsinə xarici iştirakçıların marağının daha da yüksəldiyini, Azərbaycanın dünyanın enerji təhlükəsizliyində başlıca rola malik ölkələrdən biri olduğunu göstərdi.
Azərbaycanın növbəti dəfə uğurla evsahibliyi etdiyi beynəlxalq tədbirdə - Bakı Enerji Həftəsində qlobal enerji məsələləri müzakirə olundu. 
Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - "Caspian Oil&Gas" və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - "Caspian Power" sərgilərinin açılış mərasimindəki çıxışında Prezident İlham Əliyev vurğuladı: "Dəfələrlə dediyimiz kimi, enerji təhlükəsizliyi milli təhlükəsizliyin ayrılmaz hissəsidir. İdxaldan asılı olan ölkələr, əlbəttə ki, ən etibarlı və uzunmüddətli tərəfdaşlar və müqavilələr axtarır. Onlar Azərbaycanın simasında məhz bunu əldə edirlər. Bizim sözümüz imzamız qədər dəyərlidir. Son 30 il ərzində imzalanmış bütün müqavilələr tam şəkildə icra olunub. Onların hamısı parlament tərəfindən ratifikasiya olunub və qanun şəklində imzalanıb. Orada bir söz belə dəyişilməyib. Bu etibar onilliklər ərzində qazanılıb. Bunun nəticəsidir ki, biz bu gün bərpaolunan enerji sahəsində növbəti sürətli inkişafın şahidiyik".
Dövlət başçısı diqqətə çatdırdı ki, iqlim dəyişikliyi hər bir ölkə üçün çağırışdır: "Biz proaktiv addımlar atdıq və hazırda tərəfdaşlarımızla birgə çalışırıq. Biz BƏƏ və növbəti COP-a evsahibliyi edəcək Braziliya ilə birlikdə "Troyka" təsis etmişik. Qoşulmama Hərəkatının keçmiş sədri qismində biz 120 ölkə ilə birlikdə bu təsisat və Avropa İttifaqı arasında körpülərin qurulmasına çalışırıq. Avropa İttifaqına 10 üzv dövlət ilə Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında bəyannamə imzalanıb. Biz hazırda inkişafda olan kiçik ada dövlətləri ilə fəal işləyirik. Onların dəstəklənməsi məqsədilə xüsusi fondun yaradılmasını planlaşdırırıq". Prezident İlham Əliyev vurğuladı ki, biz maksimal dərəcədə məsuliyyət nümayiş etdirməyə, eyni zamanda beynəlxalq ictimaiyyətin müxtəlif komponentləri arasında körpülər qurmağa çalışırıq: "Hesab edirəm ki, COP29 çərçivəsində maliyyə məsələləri ilə yanaşı, əldə edə biləcəyimiz ən böyük nəticə qarşılıqlı ittihamlara son qoyulması olacaqdır. Biz baş verənlərə görə bir-birimizi günahlandırmağı dayandırmalı, səylərimizi səfərbər etməli, iddialardan əl çəkməli və diqqətimizi övladlarımız və nəvələrimizin yaşamağa davam edəcəyi bu planetdəki həyatla bağlı gündəliyimizə yönəltməliyik".
Ölkəmizdə bu sahədə artıq məqsədyönlü və təqdirəlayiq addımlar atılıb. Prezident İlham Əliyevin sərəncamı ilə 2024-cü il ölkəmizdə "Yaşıl dünya naminə həmrəylik ili" elan edilib. Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri "Təmiz ətraf mühit və yaşıl artım ölkəsi" kimi müəyyən olunub. Ermənistanın işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, həmçinin Naxçıvan Muxtar Respublikası "yaşıl enerji" zonası elan edilib.
Otuzillik işğalına son qoyduğumuz ərazilərimizdə aparılan genişmiqyaslı tikinti, bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması başlıca yer tutur, ekosistem bərpa edilir. Qarabağ və Şərqi Zəngəzurda "ağıllı şəhər", "ağıllı kənd" kimi innovativ yanaşmalar tətbiq olunur.
Qarabağ və Şərqi Zəngəzurun azad olunmuş ərazilərinin nəhəng hidroelektrik potensialı olduğunu vurğulayan Prezident İlham Əliyev qeyd etdi ki, 2020-ci ilin noyabrında həmin ərazilər azad ediləndən sonra orada 270 meqavat həcmində hidroelektrik stansiyalar istifadəyə verilib: "3-5 il ərzində bu rəqəm 500 meqavata çatacaqdır. Beləliklə, bərpaolunan enerjinin 1 qiqavat həcmi bizə yarım milyard kubmetr qaza qənaət etməyə imkan verəcək ki, bazarın bu qaza ehtiyacı var və bu ehtiyac davam edəcəkdir", - deyə 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - "Caspian Oil&Gas" və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - "Caspian Power" sərgilərinin açılış mərasimindəki çıxışında Prezident İlham Əliyev bildirdi.
İqlim dəyişmələrinin fəsadlarının aradan qaldırılması, "yaşıl enerji"yə keçidlə bağlı hərtərəfli fəaliyyəti, reallaşdırdığı mühüm işlər təsdiq edir ki, Azərbaycan dünyanın yaşıllaşması naminə, bu məqsəd ətrafında ölkələri birləşdirmək üçün effektiv addımlar atır.

Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Parlamentinin Azərbaycan əleyhinə fəaliyyəti ilə əlaqədar

02:10
02 May

Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında

02:05
02 May

Ə.N.Fərəcovun 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilməsi haqqında

02:02
02 May

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 8 iyun tarixli 218 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması Qaydaları”nda dəyişiklik edilməsi haqqında

01:58
02 May

BİLDİRİŞ

01:57
02 May

Notification

01:56
02 May

Bakı Media Mərkəzinin istehsalı olan “Tağıyev: Məktəb” bədii filminin təqdimatı olub

23:32
01 May

Hikmət Hacıyev: Azərbaycan postmünaqişə dövrü şəhərsalma təcrübəsini beynəlxalq ictimaiyyətə təqdim edəcək  

22:27
01 May

Azərbaycan QHT-ləri Ermənistana gedən Avropa liderlərinə açıq məktub yazıb

21:43
01 May

“Bentley Baku” Rəşad Mehdiyevin yeni əsərlərini təqdim edib

21:33
01 May

Xankəndi şəhərində intellektual festival

21:09
01 May

Burundili tələbə: Müstəmləkəçilik zehniyyətindən uzaqlaşmalı, yeni bir təfəkkürə keçməliyik

21:07
01 May

“Postkolonial dövrdə gənclərin rolunun gücləndirilməsi” mövzusunda beynəlxalq Gənclər Forumuna yekun vurulub  

21:06
01 May

Tramp Aİ-dən ABŞ-yə gələn avtomobil və yük maşınları üçün tarifləri 25 faizə qaldırıb  

21:05
01 May

Media: İran ABŞ-yə sülh müqaviləsi layihəsi ilə bağlı cavab verib

21:01
01 May

DİN: Məktəbə gətirilən nəm salfetdən yaranan allergik hala görə polisə məlumat daxil olub, araşdırma başlayıb

20:48
01 May

III Çarlzın ABŞ-yə səfəri başa çatıb

20:28
01 May

Afrikada qida qıtlığı riski artır  

20:01
01 May

Nəhəng şirkətlər aşağı karbonlu enerjini necə təmin edir?

19:53
01 May

Böyük Britaniyada süni intellektlə bağlı yeni araşdırma

19:46
01 May

Gənclər milli kimlik və həmrəylik mesajları səsləndirib

19:39
01 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!