Qəhrəmanlarımız qürurumuzdur
Bəşər tarixində heç bir ölkənin dövlət müstəqilliyi, suverenliyi asan başa gəlmədiyi kimi, Azərbaycan xalqı da öz azadlığı və müstəqilliyi uğrunda saysız-hesabsız qurbanlar verdi. Ulu öndərimiz Heydər Əliyevin xalqın tələbilə hakimiyyətə qayıdışından sonra ölkədəki xaosa son qoyuldu, cəbhə bölgəsində atəşkəs əldə edildi.
Ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrundakı döyüşlərdə rayonumuzun gəncləri də rəşadətlə vuruşdu. Zaqatala rayonundan min nəfərə yaxın gənc Qarabağda döyüşlər gedən zaman əsl şücaət göstərdi. 200-dən artıq gənc şəhidlik zirvəsinə yüksəldi. Faiq İsfəndiyar oğlu Əmirov və Natiq Bəşir oğlu Məmmədova göstərdikləri igidliyə görə (ölümlərindən sonra) Azərbaycan Milli Qəhrəmanı adı verildi. Zəfər Ramazan oğlu Murtuzəliyev "Azərbaycan Bayrağı" ordeni ilə təltif olundu.
Yalnız Çobankol kənd inzibati ərazi dairəsindən Azərbaycanın azadlığı uğrunda döyüşən 35 nəfərdən 9-u şəhid olmuş, 13-ü yaralanmış, 2 nəfəri isə itkin düşmüşdür. Ölkə Prezidenti İlham Əliyevin sərəncamı ilə şəhid ailələrinə, əlillərə mənzillər verilmiş, yüksək müavinət təyin edilmişdir. Prezident İlham Əliyev bir neçə şəhid ailəsinə mənzillərin açarlarını şəxsən özü təqdim etmişdir.
Şəhidlər abidəsi şəhər infrastrukturuna uyğun olaraq yenidən qurulmuş, müasir memarlıq kompleksi yaradılmışdır.
Çobankol kənd inzibati ərazi dairəsindən olan şəhidlərin adlarını əbədiləşdirmək məqsədilə bir neçə məktəbə və mədəniyyət evinə onların adları verilmişdir. Kənd mədəniyyət evində keçirdiyimiz "Vətənin keşiyində", "Oğlanlar əsgər gedir", "Biz sizinlə fəxr edirik", "Biz sizdən öyrəndik qəhrəmanlığı" kimi tədbirlərdə rayonumuzdan olan döyüşçülərin göstərdikləri hünərdən açdığımız söhbətləri təkcə yeniyetmə və gənc deyil, yaşlı insanlar da maraqla qarşılayırlar. Niyə də qarşılamasınlar? Axı onlar görür və şahid olurlar ki, Vətən igid oğullarını unutmur, qədirbilən xalqımız belələrini həmişə ehtiramla yad edir.
Şuay XƏLİLOV,
Zaqatala rayonundakı Çobankol mədəniyyət evinin bədii rəhbəri
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Fernando Lottenberq: Azərbaycanda antisemitizmin baş verməməsi tolerantlığın parlaq nümunələrindəndi...
04 May
Dövlət Xidməti: Bir sıra bank və müəssisələrə aid çoxsaylı konfidensial məlumatlar ödənişsiz platfor...
04 May
Argentinanın etiqad işləri üzrə katibi Azərbaycanda tolerantlığın qorunub saxlanılmasını yüksək qiym...
04 May
Xankəndidə bir həftə ərzində xeyli sayda silah-sursat və partlayıcı maddələr aşkarlanıb
04 May
Norveçli səyyahlar qrupu Xudafərin körpüsü ilə tanış olublar
04 May
“Azeri Light” markalı neft ucuzlaşıb
04 May
Dünyanın mərkəzi bankları ümumi qızıl ehtiyatlarını mart ayında 15 tondan çox artırıblar...
04 May
İlon Mask ABŞ dollarının dəyərsizləşəcəyi ilə bağlı xəbərdarlıq edib
04 May
ABŞ prezidentliyinə namizəd NATO-nun genişlənməsinə qarşıdır
04 May
Prezident İlham Əliyevin COP29 tədbiri ilə bağlı dəvət məktubları BMT-dəki daimi nümayəndələrə çatdı...
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!