Qarabağ tarixi şöhrətini bərpa edəcək
Şuşanın yenidən qurulmasını diqqət mərkəzində saxlayan İlham Əliyev onu zəbt etmək istəyən məmurlara sərt xəbərdarlıq etdi
Azərbaycanın keçmişi qəhrəmanlıq salnamələri ilə zəngindir. Vətən müharibəsi göstərdi ki, bu gün xalqımız əcdadlarımızdan irsən keçən döyüş ruhunu, vətən eşqini, qalib olmaq əzmini genetik olaraq layiqincə daşıyır. 44 günlük müharibənin hər günü, işğalda olan hər bir rayonumuzun, şəhər və kəndimizin azad olunması müasir tariximizin qəhrəmanlıq səhifəsidir. Qarabağın qəlbi Şuşanın erməni tapdağından xilas edilməsi isə bu müqəddəs savaşın zirvəsi, ən böyük hadisəsi, Azərbaycanın mühüm strateji qələbəsi oldu.
Şuşa Azərbaycan əsgərinin qanı və canı bahasına azad edildi
Prezident İlham Əliyevin noyabrın 8-də Şəhidlər xiyabanından xalqa müraciətində Şuşanın azad olunduğunu bəyan etməsi Azərbaycanın hər yerində böyük coşqu ilə qarşılandı, xalqımız bu tarixi qələbəni qeyd etmək üçün küçələrə axışdı. Ali Baş Komandan İlham Əliyev sərkərdə qətiyyəti ilə Şuşanı özümüzə - xalqımıza qaytardı. Bu qələbənin müəllifi kimi İlham Əliyev
28 illik həsrətə son qoydu. Şuşanı düşmən tapdağından azad etməklə müstəqilliyimizi və dövlətçiliyimizi şərəfləndirdi. Şuşaya Azərbaycan bayrağını sancmaqla qürurumuzu yüksəltdi. Ən əsası, Prezident İlham Əliyev tarixi ədaləti bərpa etdi.
Şuşa Azərbaycan əsgərinin qanı və canı bahasına azad edildi. Keçilməz dağları aşan oğullar Şuşanı azad etməklə bütün dünyaya Azərbaycan əsgərinin gücünü, yenilməzliyini, yüksək döyüş ruhunu nümayiş etdirdi. Qədim yurd yerimiz, Qarabağ xanı Pənahəli xanın saldığı, milli mədəniyyətimizin, musiqimizin beşiyi olan Şuşa şəhid qanları ilə daha da müqəddəsləşdi xalqımız üçün. “Şuşa əməliyyatı Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq. Şuşa uğrunda gedən döyüşlərdə şəhid olmuş qəhrəman övladlarımızın əziz xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaq. Şuşanı azad edərkən Azərbaycan əsgər və zabiti qəhrəmanlıq, peşəkarlıq, fiziki güc, yüksək milli ruh göstərib. O, Daşaltı istiqamətindən, digər istiqamətlərdən, sıldırım qayalardan qalxaraq, işğalçıları məhv edərək Şuşanı azad edib, demək olar ki, əliyalın, əlində süngü, bıçaq, yüngül silah topa, tanka qarşı vuruşub”, - deyə İlham Əliyev bildirib.
Təsadüfi deyil ki, qəhrəman əsgərlərimizin Şuşanı azad etdiyi gün - noyabrın 8-i tariximizə Zəfər Günü kimi həkk olundu.
Hər binası, hər küçəsi xalqımızın milli dəyərlərinin daşıyıcısıdır
Bu gün qarşıda duran vəzifələrdən biri işğaldan azad edilmiş ərazilərin yenidən qurulması, doğma yurd yerlərinə qayıdacaq məcburi köçkünlərin layiqli həyat şəratinin təmin edilməsidir. Hələ əməliyyatların getdiyi günlərdən ilkin infrastruktur layihələrinin həyata keçirilməsinə başlanılmışdı.
Bütün rayonlar, erməni vandallığının qurbanı olan hər bir şəhər və kənd ən yüksək şəkildə yenidən qurulacaq.
O cümlədən Şuşa bərpa ediləcək, onun əvvəlki şöhrəti özünə qaytarılacaq. Ermənistan işğaldan sonra Şuşanın erməniləşdirilməsinə çalışsa da, buna nail ola bilmədi. İlk növbədə ona görə ki, Şuşa şəhər olaraq tam şəkildə Azərbaycan milli arxitekturasını özündə təcəssüm etdirir. Bu şəhərin hər binası, hər küçəsi xalqımızın milli dəyərlərini daşıyır. Ona görə ermənilər nə qədər çalışsalar da, şəhəri erməniləşdirə bilmədilər. 28 ildə işğalçılar burada çoxlu sayda tədbirlər, idman yarışları təşkil etdilər, amma dünya Şuşanı erməni şəhəri kimi tanımaqdan uzaq oldu. Xaricdəki erməni diasporunun maliyyəsi ilə bir neçə infrastruktur layihəsi də icra etdilər, amma heç kim ermənilərə yad olan Şuşaya gəlmək istəmədi. Bəli, Şuşa erməniləri heç vaxt qəbul etmədi, tarixini saxtalaşdırmağa imkan vermədi. Özününküləşdirə bilməyən düşmən onu dağıtsa da, Şuşa sınmadı, vüqarı əyilmədi. “Şuşa Azərbaycan xalqının qəlbində xüsusi yerə malikdir. Şuşa Qarabağın tacıdır, Şuşa təkrarolunmaz şəhərdir. Şuşanın yerləşməsi, təbiəti, havası, iqlimi, tarixi abidələri, dini abidələrimiz, şəhərin memarlıq ansamblı bizim milli sərvətimizdir. Şuşanı biz qorumalıyıq, qoruyacağıq. Biz Şuşaya qayıtmışıq və bundan sonra Azərbaycan xalqı Şuşada əbədi yaşayacaqdır. Necə ki, bütün dövrlərdə Şuşa həmişə Azərbaycan şəhəri olmuşdur və ermənilərin saxtakarlıq cəhdlərinə baxmayaraq, bütün dünya Şuşanı məhz Azərbaycan şəhəri kimi tanıyıb və qəbul edib” deyə Prezident İlham Əliyev bildirib.
İlham ƏLİYEV: “Mən Şuşanı mədəniyyət paytaxtı elan etmişəm, məmurlar paytaxtı elan etməmişəm”
Prezident İlham Əliyev Şuşa şəhərinin bərpasına, dirçəldilməsinə xüsusi diqqətlə yanaşır. Təsadüfi deyil ki, dövlət başçısı Şuşanı Azərbaycanın mədəniyyət paytaxtı elan edib. İşğaldan azad edilmiş ərazilərdə Prezidentin ilk xüsusi nümayəndəsi Şuşa rayonuna təyin olunub.
Dövlət başçısı şəhərin bərpası ilə bağlı tapşırıqlarını verib. Bütün layihələr planlı şəkildə həyata keçirilməli, şəhərsalma işləri düzgün aparılmalı, Şuşanın tarixi siması saxlanılmalıdır. Şuşaya yad olan hər hansı bir tikiliyə yol vermək olmaz. Çünki Şuşa mədəniyyətimizin ünvanıdır. Şəhərin bərpasından sonrakı vəziyyəti də xalqımızın milli dəyərlərini əks etdirməlidir. İlk növbədə Bülbülün, Natəvanın, Üzeyir Hacıbəylinin büstlərinin yenidən Şuşaya qaytarılması da göstərdi ki, bu şəhər Azərbaycanın mədəniyyət paytaxtı adını daşımalıdır.
Lakin təəssüflə qeyd edilməlidir ki, bəzi dövlət qurumları zərurət olmadan Şuşa şəhərində öz regional bölmələrini açmaq fikrinə düşürlər. Bu barədə mətbuatda da informasiyalar yayılıb. Fevralın 1-də Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni inşa edilən binasının açılışından sonra Azərbaycan Televiziyasına müsahibə verən Prezident İlham Əliyev bir sıra dövlət qurumlarının Şuşada nümayəndəliklərini, yerli qurumlarını, regional filiallarını yaratmaq barədə təşəbbüslərinə sərt etirazını bildirdi. “Bir də ki, mən Şuşanı mədəniyyət paytaxtı elan etmişəm, məmurlar paytaxtı elan etməmişəm! Ona görə hər kəs otursun yerində, öz işi ilə məşğul olsun, məni də əsəbləşdirməsin” deyən Prezident onu da bildirdi ki, heç bir qanunsuz hərəkət ola bilməz, heç bir torpaq zəbt oluna bilməz.
Bəli, Şuşanın bərpası şəhərin adına layiq, tarixinə və statusuna uyğun olmalıdır. Şəhidlərimizin qanı bahasına azad edilmiş şəhərimizdə hansısa dövlət qurumlarının populyarlıq naminə özbaşınalığına imkan vermək olmaz. Ona görə İlham Əliyev həmin dövlət qurumlarına sərt xəbərdarlıq etdi, onlara öz yerlərini göstərdi. İşğal dövründə düşmənə boyun əyməyən Şuşa Prezident İlham Əliyevin xüsusi nəzarət və diqqəti ilə qısa zamanda dirçələcək, milli mədəniyyətimizin ünvanı kimi tarixi şöhrətini bərpa edəcək.
Rəşad CƏFƏRLİ,
“Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar...
04 May
Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb...
04 May
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub...
04 May
Bütün dünyada jurnalistlərin işi daha təhlükəli olur
04 May
“Qızıl əlcək” sahibini tapdı
04 May
“Philips”in yeni oyun monitoru təqdim edilib
04 May
Əfsanəvi avtomobil elektromobil kimi geri dönür
04 May
ABŞ dövlət katibi: Fələstin və İsrailin birgə yaşayışını mümkün hesab edirik
04 May
--Sürü halında uçan robot arılar istehsal edilib
04 May
UEFA həftənin ən yaxşılarını açıqlayıb
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!