Qadınlar üçün nikah yaşının dəyişdirilməsi təklif olunur
Oktyabrın 26-da Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Sosial siyasət komitələrinin birgə iclası keçirildi. İclası aparan Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli gündəlikdə duran məsələlər barədə məlumat verdi.
Əvvəlcə "Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanun layihəsi müzakirə edildi. Hadi Rəcəbli dedi ki, əvvəllər qadınlar üçün nikah yaşı 17, istisna hallarda isə 16 olub. Qanun layihəsinə əsasən, qadınlar üçün nikah yaşının 18-ə qaldırılması təklif olunur. Yalnız iki istisna halda qadınlara 17 yaşında nikaha girməyə icazə verilə bilər. Bunlar qadının hamiləliyi və valideynlərdən birinin ölüm ayağında olması zamanı mümkündür. Hadi Rəcəbli onu da qeyd etdi ki, ötən il Azərbaycanda 86 min gənc rəsmi nikaha daxil olub. Onlardan 5 mininin yaşı 18-dən azdır və bu da müəyyən problemlərə yol açıb. İnanırıq ki, yeni qanunun qəbulu problemlərin həlli istiqamətində böyük rol oynayacaq. Deputatlardan Rauf Əliyev, Hikmət Atayev və başqaları qanun layihəsi barədə rəy və təkliflərini bildirdilər. Müzakirələrdən sonra qanun layihəsi plenar iclasa tövsiyə olundu.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanun layihəsi barədə məlumat verdi. Komitə sədri Məcəllənin 176-cı maddəsinə təkilf olunan dəyişikliyi diqqətə çatdırdı. Dəyişikliyə əsasən, qadını nikaha daxil olmağa məcburetmə 2 min manatdan 3 min manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Eyni əməllər nikah yaşına çatmayan şəxs barəsində törədildikdə, 3 min manatdan 4 min manatadək miqdarda cərimə və ya 4 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırma təklif olunur. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvləri Çingiz Qənizadə, Fəzail Ağamalı, Rafael Cəbrayılov layihə ilə bağlı fikirlərini bildirdilər. Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olundu.
İclasda son olaraq "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" qanun layihəsi müzakirə olundu. Qeyd edildi ki, təklif olunan dəyişikliklər sığorta sahəsində mövcud problemlərin həllinə müsbət təsir göstərəcək.
Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olundu.
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb
04 May
IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb...
04 May
İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb ...
04 May
“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub
04 May
Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb
04 May
Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq ...
04 May
Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub
04 May
Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb
04 May
NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər
04 May
Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!