Prezident qayğısı
Problemli kreditlər üzrə kompensasiyanın ödənişi dövlətin potensialından xalqın mənafeyi üçün istifadə olunduğunu bir daha təsdiqləyir
Hər bir ölkədə olduğu kimi, Azərbaycanda da xalqın layiqli həyat səviyyəsini təmin etmək və sosial rifahını yüksəltmək dövlətin sosial-iqtisadi inkişaf konsepsiyasının əsas istiqamətlərindən birini təşkil edir.
Prezident İlham Əliyevin "Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 2019-cu il 28 fevral tarixli fərmanına uyğun olaraq, aprelin 22-dən dollar kreditləri üzrə kompensasiyaların ödənilməsi də bu prosesin tərkib hissəsidir.
Artıq 4 gündür banklarda ödənişlərə başlanılıb və kompensasiya alacaq şəxslərin sayı 602 min 347 nəfərdir. Ödənişlər bank və poçt rabitəsi milli operatoru vasitəsilə verilir. Bütün ödənişlərin mayın sonunadək yekunlaşdırılması planlaşdırılır. Maliyyə Nazirliyi fiziki şəxslərin problemli kreditlər üzrə kompensasiyalarının ödənilməsi üçün ilk tranş da ayırıb. Bu məbləğ 350,8 milyon manatdır. Vəsait bankların və bank olmayan kredit təşkilatlarının, eləcə də ləğvetmə prosesində olan təşkilatların hesablarına köçürülüb.
Banklarda problemli krediti olan müştərilərə kompensasiyanın ödənilməsi prosesi zamanı narahatlıq yaranmaması üçün müxtəlif metodlardan istifadə edilir. Müştərilərə həm SMS vasitəsi, həm də telefon zəngi ilə banka gəlmə tarixləri barədə məlumat verilir.
İlkin mərhələdə 500 manatdan aşağı (500 manat da daxil olmaqla) kompensasiya alan müştərilərə ödəniş edilir. Kompensasiyası bu məbləğdən yüksək olan müştərilərin ödənişləri yaxın zamanda növbə prinsipi ilə ödəniləcək.
Bu fərman dövlətin hər zaman öz vətəndaşının yanında olduğunun, onun problemlərinin həllini daim diqqətdə saxladığının bariz nümunəsidir. Dövlət başçısı bu fərmanla bir daha dövlətin potensialından xalqın mənafeyi üçün istifadə olunduğunu nümayiş etdirdi. Prezident problemli kreditlər məsələsini həll etməklə xalqa xidmətin ən yüksək nümunəsini göstərdi. Cənab Prezident bir daha təsdiqlədi ki, o, hər bir sadə azərbaycanlının ən adi problemini belə şəxsi problemi kimi qəbul edir və onun həllinə çalışır.
Vətəndaşlara bəxş olunan bu sevinc, eyni zamanda sosial məsələlərlə bağlı bundan öncəki qərarlar sözün əsl mənasında inqilabi qərarlardır. Dövlət başçısı hər zaman bunu fikirlərində belə əsaslandırır: "Mən bütün Azərbaycan xalqının, hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm. Mənim borcumdur ki, imkan daxilində hər bir vətəndaş inkişafa, yaxşılığa doğru irəliləyişi görsün və onu hiss eləsin”.
Əlbəttə ki, problemli kreditlərlə bağlı fərman isə xeyli sayda vətəndaşın kredit yükünün aşağı salınmasına gətirib çıxardı. Başqa sözlə ifadə etsək, xeyli sayda insanın banklar qarşısında öhdəliyi azaldı. Məhkəmə çəkişmələrinə son qoyuldu. Onu da vurğulamaq lazımdır ki, problemli kreditlər məsələsinin həlli vətəndaşlarla banklar arasındakı etimad mühitinin daha da yüksəlməsinə səbəb olacaq. Çünki bu prosesdən vətəndaşlar da, bank sektoru da faydalanacaq. Bu, vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılması, sosial problemlərdən qurtulması üçün dövlətin qayğısı kimi qiymətləndirilməlidir.
Ümumiyyətlə, bu ilin 4 ayı ərzində əhalinin sosial rifahının yüksəldilməsi istiqamətində çox mühüm addımlar atılıb. Əməkhaqları, pensiya təminatı sahəsində aparılan ciddi islahatlar, qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması üçün həyata keçirilən geniş proqramlar, şəhid ailələrinə göstərilən qayğı, sosial sahə ilə bağlı qəbul olunan çoxsaylı qanunlar və s. cəmiyyətin rifah halının yaxşılaşmasına yönəlmiş tədbirlərdir.
Göründüyü kimi, Prezident İlham Əliyev vətəndaşın sosial rifahının yaxşılaşdırılması üçün mümkün olan bütün vasitələrdən istifadə edir. Aparılan iqtisadi islahatlar nəticəsində əldə olunan əlavə gəlirlər xalqın sosial müdafiəsinin gücləndirilməsinə yönəldilir. Bütün bunlar isə xalqın dövlətinə və onun liderinə olan etibarını, güvənini daha da artırır. Hər bir vətəndaş aydın şəkildə görür ki, dövlət onun yanındadır və sosial rifahının yaxşılaşdırılması istiqamətində mühüm işlər görür.
Bir sözlə, Azərbaycan Prezidentinin müəyyənləşdirdiyi dövlət siyasətinin mərkəzində ancaq ölkə vətəndaşı dayanır. İlham Əliyev gördüyü işlərlə bir daha sübut edir ki, o, doğrudan da, hər bir vətəndaşın Prezidenti, vədinə sadiq olan liderdir.
Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında
05 May
"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əmə...
05 May
"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilər...
05 May
“Elektrik gücü çatmadıqda, sistemin dayanıqlılığını təmin etmək üçün elektrik enerjisinin təminatına...
05 May
“Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyasının tərkibi haqqı...
05 May
`"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti balansında olan gəmilər üçün müxtəlif...
05 May
Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb
04 May
IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb...
04 May
İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb ...
04 May
“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!