Prezident mədəni inkişaf məsələlərini ziyalılarla müzakirə etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 1-də mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşdülər.
Həm fərdi qaydada, həm müxtəlif tədbirlərdə, mərasimlərdə, mədəniyyət ocaqlarının açılışlarında ölkəmizin görkəmli mədəniyyət xadimləri ilə dövlət başçısının bir çox görüşləri olub. Bu dəfə isə daha geniş formatda görüş keçirildi. Prezident İlham Əliyev respublikamızın yeni inkişaf mərhələsinə qədəm qoyduğu, bütün sahələrdə çox ciddi islahatlar aparıldığı bir vaxtda buna ehtiyac olduğunu xüsusi vurğuladı.
Dövlət başçısı islahatların yeni mərhələsinin anonsunun keçən il prezident seçkilərindən sonra verildiyini, bu istiqamətdə çox fəal iş aparıldığını və bu ilin əvvəlindən genişmiqyaslı islahatların həyata keçirildiyini qeyd etdi. Bildirdi ki, bu islahatlar bütün sahələri əhatə edəcək: "İslahatlar yenilik, yeni yanaşma, mövcud problemlərin həlli deməkdir. Bu baxımdan, 2019-cu il əvvəlki illərdən fərqlənən çox ciddi il olacaqdır”.
İlin uğurlu başladığını, iqtisadi sahədə həyata keçirilən islahatların gözəl nəticələr verdiyini söyləyən Prezident İlham Əliyev bu ilin birinci ayının yüksək göstəricilərini nəzərə çarpdırdı. İqtisadiyyatımızın demək olar ki, tamamilə bərpa edildiyini vurğulayan ölkə rəhbəri iqtisadi inkişaf baxımından bu il çox ciddi nəticələr olacağına əminliyini ifadə etdi.
İndiyədək bütün sahələrdə həyata keçirilən islahatları nəzərə çatdıran Prezident mədəni inkişaf məsələlərini ziyalılarla müzakirə etdi. Azərbaycan mədəniyyətinin və incəsənətinin inkişafı naminə teatrlarımızın, muzeylərimizin əsaslı təmir edildiyini, yenilərinin tikildiyini vurğuladı.
Həmçinin dini abidələr əsaslı şəkildə təmir edilib. Bakıda və bölgələrdə yüzlərlə məscid bərpa olunub. Onların arasında böyük mənəvi əhəmiyyət daşıyan Təzəpir, Bibiheybət, Əjdərbəy məscidləri, Gəncədəki İmamzadə dini-tarixi kompleks, Azərbaycanın ən qədim məscidi - 743-cü ildə tikilən Şamaxı Cümə məscidi əsaslı şəkildə bərpa edilib, Heydər Məscidi tikilib.
İlk qərarlarından birinin də Azərbaycan klassiklərinin əsərlərinin latın qrafikası ilə çap etdirilməsi olduğunu vurğulayan Prezident İlham Əliyev o zamankı vəziyyəti də xatırlatdı: "Biz tam olaraq latın qrafikasına keçmişdik və təhsil də latın qrafikası ilə aparılırdı. Ancaq bizim bütün klassiklərimizin kitabları vaxtilə kiril qrafikası ilə çap olunmuşdu. Ona görə şagirdlər, tələbələr onları oxuya bilmirdilər. O vaxt bizim o qədər də maddi imkanlarımız yox idi. 2004-cü ildə biz bu qərara gəldik. Baxmayaraq ki, maddi vəziyyətimiz çox məhdud idi, biz qısa müddət ərzində bunu da etdik. Nəinki Azərbaycan klassiklərinin, dünya ədəbiyyatının klassiklərinin kitabları latın qrafikası ilə çap olundu”.
Kinoteatrların yaradılmasını, özəl kinoteatrların fəaliyyətə başlamasını dövlət rəhbəri sevindirici hal kimi dəyərləndirdi. Prezidentin görüşdə vurğuladığı kimi, ötən müddət ərzində Nizami Kino Mərkəzi əsaslı şəkildə təmir edildi. Görkəmli mədəniyyət xadimlərinin xatirəsini əbədiləşdirmək üçün abidələr qoyuldu. Qara Qarayev, Fikrət Əmirov, Bülbül, Niyazi və başqa görkəmli mədəniyyət xadimlərimizin xatirəsi əbədiləşdirildi. İki konservatoriyamızdan biri əsaslı şəkildə təmir edildi, digəri isə yenidən tikildi.
İndiyədək mədəniyyət sahəsində görülən işlər çox olsa da, qarşıda yeni işlər var. Prezident İlham Əliyev görüşdə iştirak edən mədəniyyət və incəsənət xadimlərinə müraciət etdi: "Bundan sonra hansı işlər görülməlidir, bunu siz deməlisiniz. Çünki mən istəyirəm ki, bundan sonra mədəniyyət sahəsində işlər sistemli qaydada görülsün. Biz bu məsələlərlə bağlı siyasətimizi ardıcıl olaraq aparmalıyıq”. Bu məsələlərə daha da geniş kontekstdə baxılmasını mühüm hesab edən ölkə rəhbəri vacib məqamlara diqqəti yönəltdi: "Ümumiyyətlə, mədəniyyətimizin gələcək inkişafı, cəmiyyətdə mövcud olan ovqat, gənc nəslin tərbiyə olunması, bütün bu məsələlər bir-biri ilə bağlıdır. Ölkə iqtisadi cəhətdən inkişaf edə bilər, siyasi cəhətdən də beynəlxalq mövqeləri güclü ola bilər, ancaq əgər biz xalqımızın əsas, təməl prinsiplərini diqqətdən kənarda qoysaq, onda ölkəmizin uğurlu inkişafı dayanıqlı ola bilməz”.
Gənc nəslin milli ruhda tərbiyə olunmasına böyük əhəmiyyət verən dövlət başçısı mədəniyyət və incəsənət xadimləri ilə görüşdə də bildirdi ki, bu halda Azərbaycan əbədi müstəqillik yolu ilə gedə bilər. Buna nail olmaq üçün əsas amil isə Prezident İlham Əliyevin söylədiyi kimi, bizim mədəniyyətimiz, incəsənətimiz, ədəbiyyatımız, ana dilimiz, milli təfəkkürümüzdür.
Görüşdə çıxış edən xalq yazıçısı Anar, xalq artistləri Firəngiz Əlizadə, Arif Babayev, Zeynəb Xanlarova, Fərhad Bədəlbəyli, Hacı İsmayılov, xalq rəssamı Tahir Salahov və başqaları həyata keçirilən işlərin uğurlu nəticələrindən söz açdılar, Azərbaycan mədəniyyətinin, incəsənətinin bundan sonrakı inkişafı naminə görəcəkləri işlərdən danışdılar və təkliflərini söylədilər.
Mədəniyyətimizin inkişafı ilə bağlı aparılan işlərə yekun vuran dövlət başçısı, qarşıdakı vəzifələri də müəyyənləşdirdi.
Zöhrə FƏRƏCOVA,
"Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Dövlət Xidməti: Bir sıra bank və müəssisələrə aid çoxsaylı konfidensial məlumatlar ödənişsiz platfor...
04 May
Argentinanın etiqad işləri üzrə katibi Azərbaycanda tolerantlığın qorunub saxlanılmasını yüksək qiym...
04 May
Xankəndidə bir həftə ərzində xeyli sayda silah-sursat və partlayıcı maddələr aşkarlanıb
04 May
Norveçli səyyahlar qrupu Xudafərin körpüsü ilə tanış olublar
04 May
“Azeri Light” markalı neft ucuzlaşıb
04 May
Dünyanın mərkəzi bankları ümumi qızıl ehtiyatlarını mart ayında 15 tondan çox artırıblar...
04 May
İlon Mask ABŞ dollarının dəyərsizləşəcəyi ilə bağlı xəbərdarlıq edib
04 May
ABŞ prezidentliyinə namizəd NATO-nun genişlənməsinə qarşıdır
04 May
Prezident İlham Əliyevin COP29 tədbiri ilə bağlı dəvət məktubları BMT-dəki daimi nümayəndələrə çatdı...
04 May
Təhlükəsizlik təmin olunacaqmı?
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!