17 May 2025 10:12
568
DÜNYA
A- A+
Prezident Ərdoğan: Rusiya və Ukrayna arasında dialoq kanalları açıq qalmalıdır

Prezident Ərdoğan: Rusiya və Ukrayna arasında dialoq kanalları açıq qalmalıdır


“Türkiyə Rusiya ilə Ukrayna arasında sülh prosesinə bütün tərəfdaşlardan dəstək gözləyir. Moskva ilə Kiyev arasında dialoq kanalları açıq qalmalıdır”.

AZƏRTAC xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 16-da Tiranada keçirilən “Avropa Siyasi Birliyi” 6-cı Zirvə toplantısının iştirakçılarına müraciətində bildirib.

Türkiyə lideri Ankaranın Rusiya - Ukrayna dialoqu prosesinə verdiyi töhfəni vurğulayıb. “Türkiyə dayanıqlı və ədalətli sülhə nail olunmasına yönəlib. Rusiya ilə Ukrayna arasında qan tökülməsinin dayandırılması istiqamətində ilk dəfə olaraq mühüm “fürsət pəncərəsi” açılıb. Bu sülh şansını əldən vermək olmaz”, – deyə Ərdoğan bildirib. O, hazırda Türkiyənin xarici işlər naziri Hakan Fidanın sədrliyi ilə İstanbulda davam edən Rusiya - Ukrayna danışıqlarına diqqət çəkib.

Prezident Ərdoğan ədalətli sülh əldə olunacağı təqdirdə heç bir tərəfin məğlub tərəf olmayacağını bəyan edib.

Daha sonra o, “etimad böhranının aradan qaldırılması məqsədilə” daha ədalətli qlobal münasibətlər sisteminin formalaşmasının vacibliyini qeyd edib.

Türkiyə Prezidenti bildirib ki, Avropada baş verən hadisələr həyati əhəmiyyət kəsb edən məsələlərdə birlik və həmrəyliyin nə dərəcədə effektiv olduğunu sübut edib.

Bununla bağlı o, Avropanın təhlükəsizliyinə ciddi təhdidlər fonunda Avropa İttifaqı ölkələrinin müdafiə potensialının artırılmasını alqışlayıb və bu səylərin NATO-nun mərkəzi rolunu nəzərə alaraq, Aİ-yə daxil olmayan dövlətləri də əhatə etməli olduğunu vurğulayıb.

Ərdoğan bildirib ki, məhz Avropa ölkələri həm müdafiə, həm də enerji sahələrində həmrəylik nümunəsi göstərməlidir. “Ortaq gələcəyimiz kontekstində iqtisadi təhlükəsizliyin təmin olunması, məhsul və xidmət təchizat zəncirlərinin fasiləsizliyi xüsusilə əhəmiyyətlidir”, – deyə Türkiyə Prezidenti vurğulayıb və əlavə edib ki, bu gün Türkiyənin ÜDM-i 1,3 trilyon ABŞ dollarına çatır.

Bununla yanaşı, o, əməkdaşlığın qarşısında maneə yaradan sistemlərin, o cümlədən Şengen zonasının mexanizmlərinin yenidən nəzərdən keçirilməsinə çağırıb.

Mövzuya davam edən Ərdoğan sammit iştirakçılarına Türkiyənin enerji sektorunun inkişafı və ölkənin enerji qovşağına çevrilməsi istiqamətində gördüyü işlər barədə də məlumat verib.

Suriyadakı vəziyyətə toxunan Türkiyə lideri ABŞ Prezidenti Donald Trampın Suriya əleyhinə sanksiyaların ləğv edilməsinin vacibliyi ilə bağlı bəyanatını alqışlayıb. “Ağ Evin rəhbəri bu bəyanatı ilə regional təhlükəsizlik və sabitliyə töhfə vermək səylərini nümayiş etdirdi”, – deyə Ərdoğan bildirib və digər ölkələri də ABŞ-dan nümunə götürməyə çağırdı.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dünyanın ən böyük aysberqi yox olur  

20:33
22 Aprel

“Google Photos” yeni funksiyasını təqdim edib

20:26
22 Aprel

“Dyson” yeni məhsulunu təqdim edib

20:18
22 Aprel

Çernobıl qəzası ilə əlaqədar əlilliyi olan şəxslərə sosial dəstək müzakirə olunub

20:07
22 Aprel

BMT-nin Məskunlaşma Proqramının İcraiyyə Şurasının sessiyasında WUF13-ün strateji əhəmiyyəti vurğulanıb  

20:03
22 Aprel

Ağ Ev: İranla atəşkəsin uzadılması 3-5 gün davam edəcək

20:03
22 Aprel

Bakıda Azərbaycan və Gürcüstanın hərbi hüquqşünasları görüşüblər

20:02
22 Aprel

“Dərinsulu Günəşli” platforması 18 il ərzində 91,5 milyon ton neft hasil edib

19:56
22 Aprel

Prezident İlham Əliyev Latviya Prezidentinin ölkəmizə səfəri ilə bağlı paylaşım edib  

19:53
22 Aprel

Almaniya iqtisadi artım proqnozunu azaldır

19:48
22 Aprel

Mərkəzi Asiya liderləri su böhranını həll etmək üçün Astanada toplanıb

19:39
22 Aprel

Avstraliyada qaz nəhəngləri yeni vergiyə qarşı “reklam müharibəsi”nə başlayıb  

19:32
22 Aprel

Avropa və Britaniyada iqlim dəyişikliyi allergiyanı artırıb

19:23
22 Aprel

ABŞ-də 1,5 trilyon dollarlıq müdafiə büdcəsi təklifi

19:12
22 Aprel

Almaniyada yanacaq böhranı səbəbindən 20 min uçuş ləğv edilir

19:06
22 Aprel

Kapital Bank 2025-ci ildə müştərilərin 7 milyon manatdan çox vəsaitini qoruyub

18:58
22 Aprel

Milli Məclisin sədri Latviya Prezidenti ilə görüşüb  

18:53
22 Aprel

Pekindən rəy: Azərbaycan vasitəsilə logistikanın inkişaf etdirilməsi Avrasiyada ticarətin artmasına töhfə verəcək  

18:52
22 Aprel

Qəhvə əhval-ruhiyyəni necə yaxşılaşdırır?

18:52
22 Aprel

SOCAR və “BGP Inc.” əməkdaşlığı genişləndirir

18:51
22 Aprel

Otuz il əvvəl törədilmiş qətlin üstü açılıb, iki nəfər həbs edilib – BİRGƏ MƏLUMAT

18:49
22 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!