08 Oktyabr 2026 12:43
456
CƏMİYYƏT
A- A+
Peru Azərbaycanla əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır

Peru Azərbaycanla əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır


Milli Məclisin Peru ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Sahib Alıyev və qrupun üzvü Gülşən Paşayeva Peru Respublikasının Deputatlar Palatasının üzvü Marleni Bibiana Arminta Valensiya ilə görüşüblər.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə Sahib Alıyev Azərbaycan-Peru münasibətlərinin dostluq və qarşılıqlı hörmət əsasında inkişaf etdiyini qeyd edib. O, Xocalı soyqırımını tanıyan ilk dövlətlərdən biri kimi Perunun Azərbaycanın haqlı mövqeyinə göstərdiyi dəstəyi yüksək qiymətləndirib. Deputat iki ölkə arasında parlamentlərarası əlaqələrin inkişaf etdiyini, qarşılıqlı səfərlərin və görüşlərin bu əlaqələrin daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfransda iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Marleni Bibiana Arminta Valensiya Peru ilə Azərbaycan arasında həm dövlət, həm də parlament səviyyəsində əməkdaşlığın daha da inkişaf etdirilməsində ölkəsinin maraqlı olduğunu bildirib.

Görüşdə deputat Gülşən Paşayeva iki ölkənin parlamentlərinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq imkanlarından danışıb.

Söhbət zamanı parlamentlərarası əlaqələrin genişləndirilməsi, təcrübə mübadiləsinin aparılması, eləcə də qarşılıqlı səfərlərin və görüşlərin əhəmiyyəti qeyd edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Görmə pozuntularına səbəb ola biləcək iki xəstəlik  

15:40
24 Noyabr

SOCAR “Wison Engineering Ltd” şirkəti ilə enerji səmərəliliyi üzrə əməkdaşlıq imkanlarını dəyərləndirib  

14:52
24 Noyabr

Azərbaycan və Vyetnam arasında tarixi dostluq münasibətləri yeni mərhələyə qədəm qoyur

14:48
24 Noyabr

Gəncədə “REGİONAL EXPO GƏNCƏ 2026” sərgisi açılıb

14:47
24 Noyabr

Fermerlərin rəqəmsal yol yoldaşı

14:46
24 Noyabr

Damarları və sümükləri möhkəmləndirməyin sadə üsulu

14:36
24 Noyabr

Hindistan Nepala 1,62 milyard dollar ayıracaq

14:35
24 Noyabr

Gömrük orqanlarında xidmət haqqında Əsasnamədə dəyişiklik edilir  

14:13
24 Noyabr

Koreya Respublikası Rusiyanın hərbi attaşesinə etirazını bildirib

14:13
24 Noyabr

Məhkəmə ekspertinə qoyulan ixtisas tələbləri dəqiqləşdirilir

14:12
24 Noyabr

"Maraqlar toqquşması haqqında" qanun layihəsi birinci oxunuşda təsdiqlənib

14:11
24 Noyabr

Avropa ölkələri hərbi sahədə süni intellektin tətbiqini gücləndirir

13:22
24 Noyabr

Biləsuvarın da tanınan məhsulu var  

13:20
24 Noyabr

Ərdoğan: Şuşada, Füzulidə, Laçında dalğalanan Azərbaycan bayrağı Türkiyənin də iftixarıdır  

12:49
24 Noyabr

Prezident İlham Əliyevin Vyetnam səfəri Azərbaycan üçün iqtisadi baxımdan olduqca səmərəli olub 

12:43
24 Noyabr

Komitə sədri: Qadınlara qarşı zorakılıqla mübarizə cəmiyyətin birgə səylərini tələb edir  

12:39
24 Noyabr

Sabahdan hava yağıntılı olacaq, dağlıq ərazilərdə qar yağacaq  

12:37
24 Noyabr

Azərbaycan “Mülki və ya ticarət işləri üzrə xaricdə sübutların toplanması haqqında Konvensiya”ya qoşulur  

12:28
24 Noyabr

Hicran Hüseynova: Qadınlar cəmiyyətdə mənəvi dəyərlərin qorunmasında mühüm rol oynayırlar  

12:19
24 Noyabr

Prezident İlham Əliyev Monteneqronun Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib 

12:13
24 Noyabr

Azərbaycan Prezidenti: Dayanıqlı sülh Cənubi Qafqazı mühüm strateji əhəmiyyətə malik məkana çevirib  

12:03
24 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!