24 Noyabr 2024 09:00
2882
Oxucu məktubları
A- A+
"Pensiyamızı almaq üçün Sumqayıt və ya Xızıya getməli oluruq"

"Pensiyamızı almaq üçün Sumqayıt və ya Xızıya getməli oluruq"


Yaşadığımız Yaşma qəsəbəsi Bakı-Quba yolunun üstündə yerləşir. Əvvəllər cəmi 100 evdən ibarət həmin qəsəbənin ərazisi indi xeyli genişlənib. 

Yaşmada son illər quruculuq və abadlıq işləri də aparılıb. Abad ara yolları, sıra ilə düzülən həyət evləri qəsəbə sakinlərinin səliqə-sahmanından xəbər verir. Onu da qeyd edək ki, Yaşma sakinlərinin çoxu təqaüdçülərdir. 

Nəqliyyat sarıdan problemimiz yoxdur. Sumqayıt, Bakı və Şimal bölgəsi istiqamətinə nəqliyyat yaxşı təşkil edilib. Problemimiz yalnız market və bankomat sarıdandır. Ona görə də təqaüdçülər pensiyalarını almaq üçün Sumqayıt və ya Xızıya getməli olurlar. Əlaqədar qurumlardan xahiş edirik ki, Yaşma camaatının bu problemini həll etsinlər.


Ramilə SEYİDƏHMƏDOVA,

Vaqif  KƏRİMOV,

Anar FƏRZƏLİYEV,

Yaşma qəsəbəsinin sakinləri


Digər Xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!