Oxucuların suallarına cavab verir
1993-cü ildə könüllü olaraq Azərbaycan Respublikasının bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişəm. Döyüş bölgəsində sənədlərim komandanlıqda itirilmişdir. İllərlə sənədlərimin axtarışı ilə məşğul oldum və 2012-ci ildə bəzi sənədlərim Müdafiə Nazirliyinin arxivindən tapıldı. Həmin sənədlərə əsasən 2013-cü ildə mənə "Müharibə veteranı" adı və müvafiq vəsiqə verildi. Mən müharibə veteranı kimi Sumqayıt şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzinə müavinət almaq üçün müraciət etdim. Orada bildirdilər ki, bu vaxta qədər ala bilmədiyim müavinətlər ödənilməyəcək. Bu, qanunidirmi?
Müstər Cavadov,
Sumqayıt şəhəri
- "Sosial müavinətlər haqqında" qanunun 4.0.1.6-cı maddəsi müvafiq icra hakimiyyəti (Azərbaycan Respublikasının Prezidenti) orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinəti aylıq müvainət növlərindən biri kimi nəzərdə tutur. Həmin qanunun 9.1.5-ci maddəsinə görə, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət - ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, müraciət edilmə vaxtından asılı olmayaraq bu qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir.
Lazer epilyasiyasından sonra üzümdə problemlər əmələ gəldi. Kosmetoloq 2-3 günə keçib gedəcəyini söyləsə də, üzüm hələ də pis vəziyyətdədir. İndi mən gözəllik mərkəzinə və epilyasiyanı bilavasitə icra etmiş kosmetoloqa qarşı məhkəmədə hansı iddianı qaldıra bilərəm?
Nəzrin İbrahimli,
Bakı şəhəri
- Sizin vurulmuş maddi və mənəvi zərərin
əvəzinin ödənilməsi tələbini irəli sürmək hüququnuz vardır. İddia tələbinizin hüquqi əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin "Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər" adlanan IX bölməsinin müvafiq müddəaları (1096, 1097, 1115, 1128 və s.) təşkil edir. Əgər kosmetoloq gözəllik mərkəzinin işçisi kimi sizə xidmət göstərmişdirsə, onda cavabdeh qismində gözəllik mərkəzi çıxış edəcək. Çünki MM-in 1099.1-ci maddəsinə görə, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. İrəli sürdüyünüz iddianın təmin edilib-edilməməsi təqdim olunacaq sübutlardan asılıdır. Nəzərə almalısınız ki, kosmetoloqun qüsuru nəticəsində zərər vurulduğunu sübut etmək sizin üzərinizə düşür (Mülki Məcəllənin 1132-ci, Mülki Prosessual Məcəllənin 77.1-ci maddələri).
Cavablandırdı:
Dünyamin NOVRUZOV,
Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında
05 May
"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əmə...
05 May
"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilər...
05 May
“Elektrik gücü çatmadıqda, sistemin dayanıqlılığını təmin etmək üçün elektrik enerjisinin təminatına...
05 May
“Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyasının tərkibi haqqı...
05 May
`"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti balansında olan gəmilər üçün müxtəlif...
05 May
Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb
04 May
IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb...
04 May
İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb ...
04 May
“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!