23 Aprel 2024 03:53
638
Nazirlər Kabineti
A- A+

“Ovçuluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 oktyabr tarixli 1013-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

 

№ 220

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Ovçuluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 oktyabr tarixli 1013-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Azərbaycan Respublikasında ovçuluqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 30 sentyabr tarixli 147 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 9, maddə 759 (Cild I); Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 8 fevral tarixli 76 nömrəli Qərarı) aşağıdakı dəyişikliklər edilsin:

1.1. həmin Qərarla təsdiq edilmiş “Dövlət ovçuluq kadastrının və ov obyektlərinin monitorinqinin aparılması Qaydası” üzrə:

1.1.1. 1.2-ci bəndə “ov yerlərinin” sözlərindən sonra “, respub-lika, yerli əhəmiyyətli və fərdi ovçuluq təsərrüfatlarının” sözləri əlavə edilsin;

1.1.2. 1.3-cü bənd ləğv edilsin;

1.1.3. 2.3-cü bəndin ikinci abzasında “və yerli əhəmiyyətli” sözləri “, yerli əhəmiyyətli və fərdi” sözləri ilə əvəz edilsin;

1.1.4. III və IV hissələr aşağıdakı redaksiyada verilsin:

“III. DÖVLƏT OVÇULUQ KADASTRININ STRUKTURU VƏ TƏRKİBİ

3.1. Dövlət ovçuluq kadastrı respublika əhəmiyyətli ovçuluq kadastrı barədə məlumatları əks etdirən 1-ci bölmə, ov yerləri, yerli əhəmiyyətli və fərdi ovçuluq təsərrüfatları barədə məlumatları əks etdirən 2-ci bölmədən ibarətdir.

3.2. Dövlət ovçuluq kadastrına ov yerləri, respublika, yerli əhəmiyyətli və fərdi ovçuluq təsərrüfatları barədə aşağıdakı ümumi məlumatlar daxil edilir:

3.2.1. hüquqi statusu və normativ hüquqi bazası;

3.2.2. coğrafi vəziyyəti, sərhədləri və ərazisi;

3.2.3. inzibati və idarə tabeliyi;

3.2.4. mühafizəsi üsulu və rejimi;

3.2.5. ov yerlərinin, respublika, yerli əhəmiyyətli və fərdi ovçuluq təsərrüfatlarının ətrafındakı mühafizə zonaları (ərazisi, sərhədi və rejimi);

3.2.6. ekoloji, elmi, maarifçilik, turizm və rekreasiya, iqtisadi, tarixi və mədəni əhəmiyyəti;

3.2.7. təbiət komplekslərinin və onların komponentlərinin kəmiyyət və keyfiyyət xüsusiyyətləri, öyrənilmə dərəcəsi və bu məlumatların saxlanılma yerləri;

3.2.8. ov yerlərinin, respublika, yerli əhəmiyyətli və fərdi ovçuluq təsərrüfatlarında, onların ətrafındakı mühafizə zonalarında torpaqların və digər təbii sərvətlərin istifadəçiləri və icarəçiləri;

3.2.9. qorunma vəziyyəti, antropogen təsirin dərəcəsi və təhlükə faktorları;

3.2.10. ov obyektlərinin bərpasını və təbii artmasını təmin edən tədbirlər;

3.2.11. işçi ştatları və struktur bölmələri;

3.2.12. mühafizəsini öhdəsinə götürmüş hüquqi və fiziki şəxslər (ünvanı, öhdəlik müddəti və ştatı);

3.2.13. maddi-texniki bazası və maliyyələşdirilməsi;

3.2.14. ov yerləri, respublika, yerli əhəmiyyətli və fərdi ovçuluq təsərrüfatlarında aparılan son müayinələr (aparılan işlərin mövzusu və müddəti);

3.2.15. ov yerləri, respublika, yerli əhəmiyyətli və fərdi ovçuluq təsərrüfatları barədə məlumatları əks etdirən mənbələr.

3.3. Ov yerlərinin, yerli əhəmiyyətli və fərdi ovçuluq təsərrüfatlarının dövlət kadastrına bu Qaydanın 3.2-ci bəndi ilə müəyyən edilən müvafiq məlumatlarla yanaşı aşağıdakı məlumatlar daxil edilir:

3.3.1. ovçuluq təsərrüfatlarının aparılması məqsədilə qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi və fiziki şəxslərin istifadəsinə və ya icarəsinə verilə bilən ov yerləri;

3.3.2. bütövlükdə və ya qismən, qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyələrin, hüquqi və fiziki şəxslərin istifadəsinə və icarəsinə verilə bilən yerli əhəmiyyətli ovçuluq təsərrüfatları;

3.3.3. bələdiyyələrin mülkiyyətlərində olan torpaqlarda qanun-vericiliyə uyğun olaraq ov obyektlərini yetişdirib ov yerlərinə buraxmaq məqsədilə yaradıla bilən ovçuluq təsərrüfatları;

3.3.4. ov yerləri, yerli əhəmiyyətli və fərdi ovçuluq təsərrüfat-larında yetişdirilən vəhşi heyvanların növü, sayı və mühafizə rejimi barədə məlumatlar;

3.3.5. hüquqi və fiziki şəxslərin mülkiyyətlərində və ya icarələrində olan torpaqlarda təşkil edilən fərdi ovçuluq təsərrüfatları.

3.4. Kadastrın uçot vahidinə ov yerləri, respublika, yerli əhəmiyyətli və fərdi ovçuluq təsərrüfatları aid edilir.

3.5. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (bundan sonra - Nazirlik) və Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti yerli bölmələri tərəfindən dövlət ovçuluq kadastrına daxil edilən bu Qaydanın 3.2-ci və 3.3-cü bəndlərində nəzərdə tutulmuş məlumatlar Nazirlik yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinə (bundan sonra - Xidmət) təqdim edilir.

3.6. Dövlət ovçuluq kadastrı məlumatları Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası dövlət və bələdiyyə orqanlarının hüquqi aktlarına, elmi tədqiqatların, layihə-axtarışlarının və inventarlaşmanın materiallarına, xüsusi tədqiqatların nəticələrinə, monitorinq məlumatlarına, ov yerləri, respublika, yerli əhəmiyyətli və fərdi ovçuluq təsərrüfatları barədə dəqiq məlumatları olan digər mənbələrə əsasən hazırlanır və yeniləşdirilir.

3.7. Dövlət ovçuluq kadastrı məlumatlarına Xidmət tərəfindən daimi nəzarət edilir. Kadastr məlumatlarının dəyişdirildiyi və yeni məlumatların daxil olduğu hallarda köhnə məlumatlar arxivləşdirilərək daimi saxlanılır. Kadastrda yeni məlumatların daxil edilməsi və dəyişikliklər aparılması tarixi göstərilir və əvvəlki (köhnə) məlumatlar barədə qeydiyyat aparılır.

IV. DÖVLƏT OVÇULUQ KADASTRININ APARILMASI

4.1. Nazirliyin və Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti yerli bölmələrinin təqdim etdikləri kadastr məlumatları əsasında ov yerlərinin, respublika, yerli əhəmiyyətli və fərdi ovçuluq təsərrüfatlarının dövlət ovçuluq kadastrı Xidmət tərəfindən aparılır.

4.2. Ov yerlərinin, respublika, yerli əhəmiyyətli və fərdi ovçuluq təsərrüfatlarının dövlət ovçuluq kadastrının və onların dövlət qeydiyyatının aparılması məqsədilə Xidmət:

4.2.1. Nazirliyin və Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti yerli bölmələrinə ov yerlərinin, respublika, yerli əhəmiyyətli və fərdi ovçuluq təsərrüfatlarının kadastr məlumatlarının toplanması məqsədilə müraciət edir;

4.2.2. ov yerləri, respublika, yerli əhəmiyyətli və fərdi ovçuluq təsərrüfatları barədə daxil olmuş kadastr məlumatlarının saxlanıl-masını təşkil edir və məlumatları təhlil edərək ovçuluq təsərrüfatlarının vəziyyətini qiymətləndirir;

4.2.3. təhlil edilmiş kadastr məlumatlarını ümumiləşdirir və bu Qaydanın III hissəsi nəzərə alınmaqla dövlət ovçuluq kadastrına daxil edilməsini təmin edir;

4.2.4. kadastrın aparılmasına dair məsələlərlə bağlı metodik sənədləri hazırlayır;

4.2.5. ov yerlərinin, respublika, yerli əhəmiyyətli və fərdi ovçuluq təsərrüfatlarının kadastr göstəricilərində il ərzində baş vermiş dəyişikliklər və əlavələr barədə məlumatların toplanması məqsədilə Nazirliyin və Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti yerli bölmələrinə müraciət edir;

4.2.6. bu Qaydanın 4.2.5-ci yarımbəndi ilə müəyyən edilən məlumatların hər il yanvar ayının 25-nə kimi toplanmasını təmin edir və Nazirliyə təqdim edir;

4.2.7. ov yerlərinin, respublika, yerli əhəmiyyətli və fərdi ovçuluq təsərrüfatlarının növlərinə və kateqoriyalarına aid məlumatların əsas göstəricilərini, kadastrın aparılması üçün tələb olunan digər məlumatları, onların təqdim olunma müddətlərini təyin edir, istifadəsində və ya icarəsində olan ov yerləri, yerli əhəmiyyətli və fərdi ovçuluq təsərrüfatları olan bələdiyyə orqanlarına, hüquqi və fiziki şəxslərə təqdim edir;

4.2.8. ov yerlərinin, respublika, yerli əhəmiyyətli və fərdi ovçuluq təsərrüfatlarının kadastrının tərtibatı və nəşrini, barələrində illik hesabatların hazırlanmasını həyata keçirir;

4.2.9. ov yerlərinin, respublika, yerli əhəmiyyətli və fərdi ovçuluq təsərrüfatlarının yerləşdiyi torpaq sahələrinin hüquqi statusu, coğrafi vəziyyəti, sərhədləri və ərazisi, inzibati və idarə tabeliyi və ov yerlərinin, respublika, yerli əhəmiyyətli və fərdi ovçuluq təsərrüfat-larının ətrafındakı mühafizə zonalarının ərazisi, sərhədi və rejimi barədə məlumatları Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və aidiyyəti yerli icra hakimiyyəti orqanı ilə razılaşdırır;

4.2.10. ov yerləri, respublika, yerli əhəmiyyətli və fərdi ovçuluq təsərrüfatlarının kadastr məlumatlarının onlayn formada əldə edilməsini təmin edir;

4.2.11. ov yerlərinin, respublika, yerli əhəmiyyətli və fərdi ovçuluq təsərrüfatlarının kadastrın aparılmasında müvafiq proqram təminatını və texnologiyadan istifadəni təmin etmək üçün lazımi tədbirlər görür.

4.3. Nazirliyin və Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti yerli bölmələri:

4.3.1. bu Qaydanın 3.3.1–3.3.5-ci yarımbəndləri ilə müəyyən edilən hüquqi və fiziki şəxslərə, bələdiyyələrə kadastr məlumatlarının toplanması məqsədilə müraciət edir;

4.3.2. ov yerləri, respublika, yerli əhəmiyyətli və fərdi ovçuluq təsərrüfatları barədə bu Qaydanın 3.2-ci və 3.3-cü bəndləri ilə müəyyən edilən məlumatları toplayaraq Xidmətə təqdim edir;

4.3.3. ov yerlərinin, respublika, yerli əhəmiyyətli və fərdi ovçuluq təsərrüfatlarının kadastr göstəricilərində il ərzində baş vermiş dəyişikliklər və əlavələr barədə məlumatları hər il yanvar ayının 15-nə kimi Xidmətə təqdim edir.

4.4. Bu Qaydanın 3.3.1–3.3.5-ci yarımbəndləri ilə müəyyən edilən hüquqi və fiziki şəxslər, bələdiyyələr:

4.4.1. istifadəsində və ya icarəsində olan ov yerlərinin, yerli əhəmiyyətli və fərdi ovçuluq təsərrüfatlarının kadastrının aparılması barədə məlumatları müraciətə uyğun olaraq Nazirliyin və Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti yerli bölmələrinə təqdim edir;

4.4.2. istifadəsində və ya icarəsində olan ov yerlərinin, yerli əhəmiyyətli və fərdi ovçuluq təsərrüfatlarının kadastr məlumatlarının yığılmasını, təzələnməsini təmin edir.

4.5. Ov yerlərinin, respublika, yerli əhəmiyyətli və fərdi ovçuluq təsərrüfatlarının kadastr məlumatı 5 ildən bir Nazirlik tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilir.”;

1.2. həmin Qərarla təsdiq edilmiş “Ov etmək üçün icazənin verilməsi Qaydası” üzrə:

1.2.1. 2.1-ci bənddən “və üzvlük bileti” sözləri çıxarılsın;

1.2.2. 2.3-cü bəndin üçüncü abzasından “və üzvlük” sözləri çıxarılsın.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 27 yanvar tarixli 10 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 1, maddə 54 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində ovçuluğun aparılması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

2.1. 1.5-ci bəndin birinci cümləsindən “və üzvlük bileti” sözləri çıxarılsın;

2.2. III hissənin yeddinci abzasına “hər il” sözlərindən əvvəl “ovçular cəmiyyətinin üzvü olduğu halda” sözləri əlavə edilsin;

2.3. IV hissə üzrə:

2.3.1. ikinci abzas ləğv edilsin;

2.3.2. üçüncü abzasda “qurtardıqda” sözü “bitdikdə” sözü ilə əvəz edilsin;

2.3.3. doqquzuncu abzas aşağıdakı redaksiyada verilsin:

“heyvanlar aləmi və ovçuluq fəaliyyətini tənzimləyən normativ hüquqi aktlarda nəzərdə tutulan digər hallarda.”.

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 22 aprel 2024-cü il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video