Ötən il ümumilikdə Milli Məclisin 30 iclası keçirilmiş və bu iclaslarda 290 qanun və qərar qəbul edilmişdir
AzərTAc xəbər verir ki, yanvarın 30-da Milli Məclisin 2011-ci il payız sessiyasının yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilmişdir.
Milli Məclis Sədrinin müavini Bahar Muradova və Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev 2011-ci ildə görülmüş işlər və cari ildə qarşıda duran vəzifələr barədə ətraflı məlumat vermişlər. Bildirilmişdir ki, ötən il bütövlükdə dünyada gedən mürəkkəb proseslər fonunda, iqtisadiyyatdakı qlobal böhran əlamətlərinin davam etdiyi bir vaxtda Azərbaycanın ictimai-siyasi həyatındakı əlamətdar hadisələrlə yadda qalmışdır. Mübarizələrlə dolu şanlı tarixə malik xalqımız bu dövrdə öz dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünü geniş qeyd etmiş, xarici siyasətdə mühüm uğura imza atmışdır. Müstəqil Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir. Bu, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş müasir Azərbaycan diplomatiyasının qələbəsi, Prezident İlham Əliyevin yürütdüyü müstəqil xarici siyasətin dünya birliyi tərəfindən etirafıdır.
B.Muradova demişdir ki, həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ölkəmizdə demokratik tərəqqi, vətəndaş cəmiyyəti və hüquqi dövlətin formalaşması prosesi dönməz xarakter almış, dövlət müstəqilliyimiz daha da möhkəmlənmişdir. Bu uğurların əldə edilməsinə Milli Məclis də öz layiqli töhfəsini vermiş, ölkə Prezidenti tərəfindən aparılan islahatların qanunvericilik bazasının təkmilləşməsində əhəmiyyətli rol oynamışdır.
Payız sessiyası dövründə hakimiyyətin mühüm qollarından biri kimi parlamentdə həyatın müxtəlif sahələrini əhatə edən mühüm əhəmiyyətli qanun və qərarlar qəbul olunmuş, ölkənin milli maraqlarına bu və ya digər dərəcədə təsir göstərə biləcək proseslərə münasibət bildirilmişdir.
Milli Məclisin 2011-ci il payız sessiyası (30 sentyabr-30 dekabr) dövründə parlamentin 12 iclası keçirilmiş, 107 qanun və qərar qəbul olunmuşdur. Onlardan 1-i Konstitusiya qanunu, 1-i Konstitusiya qanununa dəyişikliklər, 14-ü qanun, 60-ı qanunlara dəyişiklik və əlavələr, 7-si qərar, 24-ü beynəlxalq müqavilələri və konvensiyaları təsdiq edən sənədlərdir.
Payız sessiyası dövründə Milli Məclis komitələrinin 56 iclası keçirilmişdir. Komitə iclaslarında 166 məsələ, o cümlədən 147 qanun layihəsi müzakirə olunmuşdur.
Ümumiyyətlə, 2011-ci ildə Milli Məclisin 30 iclası keçirilmiş və bu iclaslarda 290 qanun və qərar qəbul edilmişdir.
Ötən dövrdə insan hüquq və azadlıqlarının qorunması, demokratiyanın inkişafı, hüquq, ordu quruculuğu və müdafiə, yerli özünüidarə institutları, ölkənin inzibati ərazi bölgüsünün təkmilləşdirilməsi, iqtisadi, aqrar və sosial sahələr inkişafına xidmət edən çox mühüm qanunvericilik aktları hazırlanmış və qəbul olunmuşdur. Payız sessiyasında bir sıra sazişlər, konvensiyalar, müqavilələr parlamentdə müzakirə olunaraq təsdiqlənmişdir.
B.Muradova onu da bildirmişdir ki, ötən sessiyada Milli Məclis Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə planetin müxtəlif bölgələrində yaşayan soydaşlarımızı təbrik etmiş, onları milli maraqlar naminə birliyə səsləmişdir. Bu dövrdə Azərbaycan ictimaiyyətini narahat edən məsələlərdən biri Fransa parlamentinin aşağı palatasında və Senatda uydurma "erməni soyqırımı" ilə bağlı məsələnin müzakirəsi olmuşdur. Azərbaycan parlamenti qardaş Türkiyəyə dəstək verərək bu məsələ ilə əlaqədar Fransa Senatına müraciət ünvanlamışdır. Təəssüflər olsun ki, Fransa kimi böyük demokratik təcrübəsi olan bir ölkə parlamentində tarixi ədalətsizliyə yol verilərək qrup mənafeyi xalq və dövlət maraqlarından üstün tutulmuşdur.
Azərbaycan dövləti, parlamenti və xalqı həmişə olduğu kimi, yenə də qardaş Türkiyənin yanındadır və Milli Məclis pozucu, ekstremist qüvvələrin bu qardaşlığa zərbə vurmasına imkan verməyəcəkdir.
Sonra 2012-ci ilin yaz sessiyasının qanunvericilik işləri planı barədə məlumat verilmişdir.
Sonda jurnalistlərin sualları cavablandırılmışdır.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Fernando Lottenberq: Azərbaycanda antisemitizmin baş verməməsi tolerantlığın parlaq nümunələrindəndi...
04 May
Dövlət Xidməti: Bir sıra bank və müəssisələrə aid çoxsaylı konfidensial məlumatlar ödənişsiz platfor...
04 May
Argentinanın etiqad işləri üzrə katibi Azərbaycanda tolerantlığın qorunub saxlanılmasını yüksək qiym...
04 May
Xankəndidə bir həftə ərzində xeyli sayda silah-sursat və partlayıcı maddələr aşkarlanıb
04 May
Norveçli səyyahlar qrupu Xudafərin körpüsü ilə tanış olublar
04 May
“Azeri Light” markalı neft ucuzlaşıb
04 May
Dünyanın mərkəzi bankları ümumi qızıl ehtiyatlarını mart ayında 15 tondan çox artırıblar...
04 May
İlon Mask ABŞ dollarının dəyərsizləşəcəyi ilə bağlı xəbərdarlıq edib
04 May
ABŞ prezidentliyinə namizəd NATO-nun genişlənməsinə qarşıdır
04 May
Prezident İlham Əliyevin COP29 tədbiri ilə bağlı dəvət məktubları BMT-dəki daimi nümayəndələrə çatdı...
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!