Onlar da Azərbaycanın fəxri və qürurudur
Tokio Olimpiadasında başqa ölkələri təmsil edən azərbaycanlılar 2 gümüş və 1 bürünc medal qazandılar
Yaponiyanın paytaxtı Tokioda XXXII Yay Olimpiya Oyunları başa çatmışdır. Aktivində 3 gümüş və 4 bürünc olan Azərbaycan medalların sayına görə 33-cü mövqedə qərarlaşmışdır.
Qeyd edək ki, Olimpiya Oyunlarında azərbaycanlılar təkcə milli komandamızın tərkibində çıxış etməmişlər. Onlar Türkiyə, Ukrayna, Fransa, Böyük Britaniya, Monqolustan kimi ölkələrin də idman şərəfini qorumuşlar.
Bunların arasında ən tanınmışı dünya və Avropa çempionu yüngül atlet Ramil Quliyevdir. Azərbaycan yüngül atletika məktəbinin yetirməsi 2008-ci ildə Pekin Olimpiadasında ölkəmizi təmsil etmiş, 2016-cı ildə Rio-de-Janeyrodakı Yay Olimpiya Oyunlarında isə artıq Türkiyə yığmasının tərkibində finala vəsiqə qazanaraq 8-ci yeri tutmuşdu. 2017-ci ildə Ramil 200 metr məsafəyə qaçışda dünya çempionu olmuş, növbəti il isə Avropa çempionatında qızıl medala yiyələnmişdir. Tokioda həmyerlimiz yarımfinala vəsiqə qazanmış, lakin ilk səkkizliyə düşə bilməmişdir.
Cessika və Cenifer Qədirova bacıları 93 ildən sonra gimnastikada Böyük Britaniya üçün Olimpiya medalı əldə etmişlər. Britaniya komandası Tokio-2020-də debüt edən Qədirova bacıları sayəsində çoxnövçülükdə bürünc medal qazanmışdır. Bacılar çoxnövçülükdə fərdi finallara da vəsiqə əldə etmişlər. Nəticədə Cessika 10-cu, Cenifer isə 13-cü yeri tutub.
Qədirova bacıları 2004-cü il oktyabrın 3-dən Dublində anadan olmuşlar. 2001-ci ildə onların valideynləri Londona köçmüşdür. Hazırda idmançıların həm İrlandiya, həm də Böyük Britaniya vətəndaşlıqları var.
Pərviz Nəsibov yunan-Roma güləşi ustasıdır. Tokio Olimpiadasında Ukraynanın idman şərəfini qoruyan Pərviz 1998-ci ildə Ağstafa rayonunun Muğanlı kəndində anadan olmuşdur. 6 yaşında ikən o, ailəsi ilə birlikdə Nikolayev şəhərinə köçmüşdür. Bu ilin mayında Bolqarıstanın paytaxtı Sofiyada keçirilən yarışda Pərviz Nəsibov digər azərbaycanlı güləşçi Rəsul Çunayevə qalib gələrək Olimpiya Oyunlarına lisenziya qazanmışdır. Tokioda Pərviz yalnız finalda məğlub olaraq Olimpiadanın gümüş medalını əldə etmişdir.
Digər Azərbaycan əsilli cüdoçu iranlı Səid Mollayi Tokio 2020-də 81 kiloqram çəki dərəcəsində finalda yaponiyalı idmançı Takanori Naqaseyə məğlub olaraq gümüş medal qazanmışdır. Xoy şəhərində anadan olmuş Səid 2018-ci ildə Bakıda keçirilmiş dünya çempionatında İran millisinin heyətində qızıl medala layiq görülmüşdü.
Olimpiadada Rusiyanı təmsil edən azərbaycanlı boksçu Qabil Məmmədov 2019 və 2020-ci illərdə Rusiya çempionu olmuş, 2017-ci ildə Avropa çempionatının və 2019-cu ildə Minskdə II Avropa Oyunlarının gümüş medallarına layiq görülmüşdür. Tokio-2020-də Polşa və Mavriki boksçuları üzərində qələbə qazanan Qabil dörddəbir final görüşündə ABŞ boksçusu Keyşon Devisə uduzmuşdur.
2019-cu ildə Minskdə keçirilmiş II Avropa Oyunlarının gümüş mükafatçısı, əslən Bərdədən olan boksçu Murad Əliyev isə Olimpiya Oyunlarında Fransanı təmsil edirdi. O, 6 yaşında ikən ailəsi ilə birlikdə Avropaya köçmüşdür. Tokioda Böyük Britaniya təmsilçisinə qarşı dörddəbir final döyüşündə Murad hakim ədalətsizliyi ilə üzləşmiş və ona məğlubiyyət verilmişdi.
Beləliklə, digər ölkələri təmsil edən azərbaycanlı idmançılar XXXII Yay Olimpiya Oyunlarında 2 gümüş və 1 bürünc qazanmışlar.
Rizvan CƏFƏROV,
“Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında
05 May
"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əmə...
05 May
"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilər...
05 May
“Elektrik gücü çatmadıqda, sistemin dayanıqlılığını təmin etmək üçün elektrik enerjisinin təminatına...
05 May
“Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyasının tərkibi haqqı...
05 May
`"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti balansında olan gəmilər üçün müxtəlif...
05 May
Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb
04 May
IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb...
04 May
İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb ...
04 May
“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!