24 Aprel 2024 17:57
109
CƏMİYYƏT
A- A+

Ombudsman: Böyük Britaniyanın minatəmizləmə sahəsində Azərbaycana göstərdiyi dəstək yüksək qiymətləndirilir

 

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri Fergus Auldu qəbul edib.

Ombudsman Aparatının mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görüş zamanı S.Əliyeva beynəlxalq qurumlarla əməkdaşlığa önəm verildiyini söyləyib. Müvəkkil xarici ölkələrin ombudsman və milli insan hüquqları institutları ilə əməkdaşlıq əlaqələrindən bəhs edib, bir sıra təsisatlarla anlaşma memorandumlarının imzalandığını bildirib. O, BMT-nin İnsan Hüquqları Şurasının Universal Dövri İcmal prosesində sözügedən quruma dövri məruzələrin təqdim olunduğunu, təsisatın bu prosesdə fəal iştirak etdiyini diqqətə çatdırıb.

S.Əliyeva ombudsmanla bağlı qanunvericiliyə edilmiş son dəyişikliklərdən danışaraq, əlilliyi olan şəxslərin və uşaq hüquqlarının müdafiəsi, bərabərlik hüququnun təmin olunması və ayrı-seçkiliyin qarşısının alınması sahəsində mandatının genişləndiyini qeyd edib.

Müvəkkil Ermənistan tərəfindən işğal dövründə Azərbaycan torpaqlarında törədilmiş mina terrorundan danışıb, basdırılmış minaların keçmiş məcburi köçkünlərin azad edilmiş ərazilərə təhlükəsiz qayıdışına, aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinə ciddi maneə yaratdığını bildirib. O, Böyük Britaniya tərəfindən minatəmizləmə sahəsində Azərbaycana göstərilən dəstəyin yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

Son illərdə Azərbaycanın ev sahibliyi etdiyi bir sıra mühüm beynəlxalq tədbirlər barədə də məlumat verən Ombudsman cari ildə ölkəmizin ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 çərçivəsində mümkün əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Görüşdə, həmçinin insan hüquqlarının müdafiəsi sahəsində gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video