Ölkənin energetika sektorunda uğurlu islahatlar aparılır
Xəbər verildiyi kimi, bu il avqust ayının birinci ongünlüyündə Prezident İlham Əliyev əsaslı şəkildə yenidən qurulan “Abşeron” və “Suraxanı” yarımstansiyalarının açılışında iştirak etmişdir. Dövlət başçısının şəxsən hər iki yarımstansiyanın açılışını etməsi Azərbaycanın energetika sisteminin inkişafının və təkmilləşməsinin ölkə üçün xüsusi əhəmiyyət daşıdığını bir daha təsdiqləyir.
Qeyd etmək yerinə düşər ki, hələ ötən əsrin 70-ci illərinin əvvəllərindən Ulu Öndər Heydər Əliyev respublikanın elektroenergetika sahəsinin sürətli inkişafına şəxsən nəzarət edirdi. Məhz onun birbaşa rəhbərliyi altında Cənubi Qafqazda ən böyük istilik elektrik stansiyası - “Azərbaycan” İES inşa olunmuşdur. Bakı şəhəri və Abşeron yarımadasının sürətlə artan tələbatını qarşılamaq üçün stansiyada istehsal edilən elektrik enerjisinin bu əraziyə ötürülməsi məqsədilə respublikanın ən böyük yarımstansiyası olan 500/330/220 kilovoltluq “Abşeron” yarımstansiyası tikilmişdir.
“Abşeron”un fəaliyyət göstərdiyi 40 ilə yaxın müddət ərzində buradakı avadanlıqlar köhnəlmiş, istismarda ciddi problemlər yaranmışdır. Yarımstansiyada əsaslı təmirin aparılması, müasir və yeni sistemlərin tətbiqi zərurətə çevrilmişdir. Prezident İlham Əliyevin “Abşeron” yarımstansiyasının əsaslı şəkildə yenidən qurulması barədə göstəriş verməsində də məqsəd bu çatışmazlıqların aradan qaldırılması olmuşdu.
Yarımstansiyanın müasir səviyyədə yenidən qurulması ölkənin enerji sisteminin maddi-texniki bazasının möhkəmləndirilməsində mühüm əhəmiyyət kəsb edir. Burada Bakının və Abşeron yarımadasının əksər hissəsini elektrik enerjisi ilə təchiz edən elektrik stansiyası və köhnə idarəetmə binası əsaslı surətdə təmir olunmuşdur. Eləcə də ilk dəfə 22 nömrədən ibarət mühəndis-yataqxana korpusu inşa edilmiş, işçilərin istirahəti, idmanla məşğul olması, asudə vaxtlarını səmərəli keçirməsi üçün hərtərəfli şərait yaradılmışdır. Görülən əsaslı təmir işləri yarımstansiyanın səmərəli və etibarlı iş rejiminin, dayanıqlığının artırılmasına, istismar xərclərinin azaldılmasına, əməkdaşlar üçün təhlükəsiz və rahat iş şəraitinin yaradılmasına tam nail olmağa imkan vermişdir.
Qeyd edək ki, “Abşeron” enerji qovşağı Bakı və Abşeron yarımadasından başqa, bütün ölkənin enerji sisteminin əsas bazasıdır. Çünki Mingəçevir, Şirvan və digər şəhərlərdə yerləşən iri elektrik stansiyalarından çox böyük həcmdə yük məhz “Abşeron”a və oradan da sistem əhəmiyyətli digər yarımstansiyalara ötürülür. Yarımstansiya “Azərbaycan” İES, “Sumqayıt”, “Şimal” və “Cənub” elektrik stansiyaları, həmçinin Mingəçevir SES, “Səngəçal”, “Qobu” elektrik stansiyaları, “Xaçmaz” modul tipli elektrik stansiyası ilə əlaqələndirilmişdir. Bu gün “Abşeron” belə böyük generasiya mənbələri ilə əlaqələndirilən yeganə qovşaq yarımstansiyasıdır.
Prezidentin açılışında iştirak etdiyi “Suraxanı” yarımstansiyası da istismar müddətini dəfələrlə keçmişdi və onun artan tələbləri tam qarşılaması mümkün deyildi. Ona görə də bu yarımstansiya sökülərək açıq tiplidən qapalı tipli variantda tam yenidən qurulmuşdur.
Müasir avadanlıqlar quraşdırılan “Suraxanı” yarımstansiyası Suraxanı rayonunu, Sabunçu və Xəzər rayonlarının bir hissəsini, o cümlədən bir neçə digər sosial strateji və sosial infrastruktur obyektini elektrik enerjisi ilə təchiz edəcək.
Xüsusi layihə əsasında yarımstansiyanın gücü artırılmış, itkilər və istismar xərcləri azaldılmışdır. Avadanlıqların ətraf mühitə zərərli təsiri azaldılmış və enerji obyektinin daha səmərəli fəaliyyət göstərməsi təmin edilmişdir.
Həyata keçirilən layihələr əhalinin keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təminatı istiqamətində işlərə yenə də xüsusi önəm verildiyini göstərir. Müasir elektrik yarımstansiyalarının inşası, mövcudlarının yenidən qurulması istehlakçıların etibarlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz olunmasına imkan verir. İndi heç kimin işığı 90-cı illərdəki kimi sönmür, ölkənin paytaxtında və ya ən ucqar kəndində yaşamasından asılı olmayaraq, hamı fasiləsiz elektrik enerjisi ilə təmin edilir.
Bir sözlə, ölkənin energetika sisteminin inkişafı birbaşa dövlət başçısının nəzarətindədir və biz energetika sektorunun inkişafı ilə bağlı qərarların nə dərəcədə səmərəli olduğunu gündəlik həyatımızda görürük.
Bahadur İMANQULİYEV,
“Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında
05 May
"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əmə...
05 May
"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilər...
05 May
“Elektrik gücü çatmadıqda, sistemin dayanıqlılığını təmin etmək üçün elektrik enerjisinin təminatına...
05 May
“Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyasının tərkibi haqqı...
05 May
`"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti balansında olan gəmilər üçün müxtəlif...
05 May
Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb
04 May
IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb...
04 May
İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb ...
04 May
“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!