Ölkəmizdə sosial problemlərin həllinə kompleks yanaşılır
Maaşlar, təqaüdlər, sosial ödənişlər artırılır, iş yerləri açılır, sosial mənzillər tikilir, infrastruktur yenilənir
Məlum olduğu kimi, Azərbaycanda əhalinin sosial müdafiəsi dövlətin iqtisadi siyasətinin əsas prioritetlərindəndir. Prezident İlham Əliyev demək olar bütün çıxışlarında birmənalı olaraq vurğulayır ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Yəni dövlət öz siyasətində iqtisadi inkişafla yanaşı, əhalinin sosial müdafiəsini hədəf götürür. Təkcə son 15 il üzrə bu sahədəki faktlara nəzər salaq: maaşlar 7, pensiyalar 9, minimum əməkhaqqı 6,5 dəfə artıb.
Cari ilin əvvəlindən də əhalinin sosial müdafiəsi istiqamətində mühüm işlər görülür. Prezidentin imzaladığı sərəncam və fərmanlar sayəsində minimum əməkhaqqı və minimum pensiyalar təxminən 40, məcburi köçkünlərə verilən müavinət 50 faiz, sosial müavinətlər orta hesabla 2 dəfə, eləcə də tələbələrin təqaüdü, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə verilən müavinətlər nəzərəçarpacaq səviyyədə artmışdır.
Yeni iş yerlərinin yaradılması ölkəmizdə davamlı prosesdir. Son 15 il ərzində 2 milyon iş yerinin açılması adi fakt deyil. Amma əhalimiz də artır. İndi 10 milyonuq. Yəni açılan 2 milyon iş yerinin fonunda əhalimiz 1,7 milyon nəfər çoxalıb. Odur ki, artan əhalinin işlə təmin edilməsi üçün müxtəlif proqramlar hazırlanır. Məsələn, yaxın gələcəkdə 40 min ödənişli ictimai iş yerinin yaradılması, özəl sektorun bu işə daha fəal cəlb edilməsi nəzərdə tutulur. Təkcə cari ildə sahibkarlara veriləcək 170 milyon güzəştli kredit hesabına 8 min iş yerinin yaradılması gözlənirlir. Bununla dövlət və özəl sektor məşğulluqla bağlı birgə layihələr reallaşdıracaqlar.
Vətəndaşlara göstərilən qayğının digər nümunəsi Mənzil İnşaatı Dövlət Agentliyinin xətti ilə sosial evlərin tikilməsidir. İlk sosial evlər Yasamal Yaşayış Kompleksində istifadəyə verilib. İkinci belə böyük massiv Hövsan qəsəbəsində icra edilir. Sosial evlərin tikintisi təkcə ehtiyacı olanların mənzillə təmin edilməsi deyil. Bu proqram həmçinin minlərlə yeni iş yerinin açılması deməkdir.
Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında əhalinin məşğulluğunun təminatı ilə bağlı həyata keçirilən daha bir layihə - özünüməşğulluq proqramı haqqında demişdir: "İş yerlərinin yaradılması üçün, əlbəttə ki, vacib amillərdən, vasitələrdən biri özünüməşğulluq proqramıdır. Biz buna da başlamışıq. Bu proqram çox böyük rəğbət qazanıb. Biz hər il özünüməşğulluq proqramı çərçivəsində təqribən 7 minə yaxın insanı işə cəlb etmək fikrindəyik. Ancaq yerlərdən gələn sifarişlər qat-qat çoxdur. Biz bunu nəzərə almalıyıq və öz planımıza düzəliş etməliyik”.
Ölkə rəhbəri həmin iclasda Azərbaycan vətəndaşlarını bir daha əmin etmişdir ki, dövlət bütün sosial məsələlərin həllində həmişə vətəndaşların yanında olacaq. Həmçinin mərkəzi və yerli icra orqanlarının nümayəndələrinə tapşırıq vermişdir ki, vətəndaşlara daim qayğı göstərsinlər, onların problemləri ilə maraqlansınlar. Bunun üçün mərkəzi və yerli icra orqanlarının rəhbərləri daim vətəndaşlarla görüşməli, onlara lazımi kömək etməlidirlər.
Bu baxımdan Prezidentin bu il Ağsu, İsmayıllı və Şamaxı rayonlarında baş vermiş zəlzələ zamanı göstərdiyi diqqət və qayğı hər bir məmur üçün örnəkdir. Məlum olduğu kimi, dövlət başçısı zəlzələdən ziyan çəkən vətəndaşlarla görüşərək onların qayğıları ilə maraqlanmış, aidiyyəti dövlət qurumlarına tapşırıqlarını vermiş, işlərin sürətlə aparılması üçün vəsait ayırmış və həmin işlərin icrasını şəxsi nəzarətinə götürmüşdür.
Rüstəm KAMAL,
"Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında
05 May
"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əmə...
05 May
"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilər...
05 May
“Elektrik gücü çatmadıqda, sistemin dayanıqlılığını təmin etmək üçün elektrik enerjisinin təminatına...
05 May
“Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyasının tərkibi haqqı...
05 May
`"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti balansında olan gəmilər üçün müxtəlif...
05 May
Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb
04 May
IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb...
04 May
İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb ...
04 May
“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!