21 Yanvar 2026 11:36
171
CƏMİYYƏT
A- A+
Ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti davam edir – FAKTİKİ HAVA

Ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti davam edir – FAKTİKİ HAVA


Yanvarın 21-i saat 10:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti davam edir. Sulu qar, qar yağır.

Qarın hündürlüyü Lerikdə 116, Astaranın dağlıq ərazilərində 70, Yardımlıda 49, Əlibəy (Zaqatala) və Kəlbəcərdə 42, Şahbuzda 32, Sarıbaşda (Qax) 28, Şuşada 27, Kişçayda (Şəki) 24, Xızıda 22, Xankəndi və Qrızda 20, Xaltanda 18, Cəlilabadda 16, Laçın və Qubadlıda 15, Lazada (Qusar) 15, Şamaxı və Şirvanda 13, İvanovka (İsmayıllı) və Xınalıqda 12, Xocalı, Qobustan və Şərurda 10, Şahdağ və Biləsuvarda 9, Quba və Gədəbəydə 8, Füzuli və Oğuzda 7, İmişli və Naxçıvanda 6, Daşkəsən, Qəbələ və Sədərəkdə 5, Tərtər, Ağdam və Göyçayda 3, Ceyrançöldə 2, Ordubad, Ağsu, Bərdə və Naftalanda 1 santimetrdir.

Düşən yağıntının miqdarı Beyləqan və Lənkəranda 24, Bakıda və Abşeron yarımadasında 15, Sabirabadda 13, Astarada 12, Kürdəmirdə 9, Tovuz, Zərdab və Mingəçevirdə 6, Balakən və Yevlaxda 5, Gəncə və Şəmkirdə 4, Ağstafa və Neftçalada 3, Şabranda 2, Göygöldə 1 millimetrdir.

Sumqayıt, Göygöl, Gəncə, Naftalan, Şəmkir, Balakən, Qax, Şəki, Oğuz, Qəbələ, Şamaxı, Qobustan, Qrız, Yardımlı, Lerikdə duman müşahidə olunur, görmə məsafəsi 500 metrədək məhdudlaşır.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 1, Aran rayonlarında 2, Naxçıvan Muxtar Respublikasında 15, dağlıq rayonlarda 9, yüksək dağlıq ərazilərdə 18 dərəcəyədək şaxta qeydə alınıb.

Ölkə ərazisində yanvarın 21-i gündüzdən hava şəraitinin mülayimləşəcəyi, yanvarın 22-25-də əksər rayonlarda əsasən yağmursuz keçəcəyi, temperaturun tədricən yüksələcəyi, mülayim cənub-qərb küləyinin üstünlük təşkil edəcəyi gözlənilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Minimum əmək haqqı ilə bağlı yeni qanun layihəsi müzakirə olunur  

14:32
21 Yanvar

Azərbaycan Prezidentinin Davosa səfəri Gürcüstan mətbuatının diqqət mərkəzindədir  

14:31
21 Yanvar

İlk köç karvanı Xankəndi şəhərinə çatıb  

14:27
21 Yanvar

Şimali Aral dənizində suyun həcmi 5 il ərzində 34 milyard kubmetrə qədər arta bilər  

14:11
21 Yanvar

Dünya bazarında qazın qiyməti artmaqda davam edir  

13:51
21 Yanvar

Rumıniya mətbuatı: Avropanın qaz tədarükündə Azərbaycanın rolu danılmazdır  

13:49
21 Yanvar

Gürcüstan ötən il turizmdən rekord gəlir əldə edib

13:47
21 Yanvar

Sabah hava əsasən yağmursuz keçəcək, yollar buz bağlayacaq  

13:23
21 Yanvar

Prezident İlham Əliyev Davosda İsrail Dövlətinin Prezidenti ilə görüşüb  

13:16
21 Yanvar

Azərbaycan Güləş Federasiyası yeni layihəyə başlayıb  

13:16
21 Yanvar

İsrailin Baş naziri Sülh Şurasına qoşulacağını açıqlayıb  

12:55
21 Yanvar

Prezident İlham Əliyev: Azərbaycan Sülh Şurasına qoşularaq, onun nəcib missiyasını paylaşacaq 

12:54
21 Yanvar

ABŞ Prezidenti Azərbaycan Respublikasını Sülh Şurasına təsisçi üzv dövlət qismində qoşulmağa dəvət edib 

12:53
21 Yanvar

Səhiyyə Nazirliyində beynəlxalq əczaçılıq şirkətinin nümayəndə heyəti ilə görüş olub  

12:53
21 Yanvar

Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Donald Trampa

12:51
21 Yanvar

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampdan

12:48
21 Yanvar

“Qarabağ” – “Ayntraxt” oyununa 26 500 bilet satılıb  

12:32
21 Yanvar

Donald Tramp: Sülh Şurası BMT-ni əvəzləyə bilər  

12:32
21 Yanvar

Zelenski və həyat yoldaşının varidatı açıqlanıb  

12:30
21 Yanvar

Qrenlandiya ABŞ-ın hərbi müdaxiləsinə qarşı hazırlığa başlayıb  

12:27
21 Yanvar

Media: Avropa ABŞ-ı razı salmaq üçün Qrenlandiyadan imtina edə bilər  

12:25
21 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!