Oktyabrın 30-31-də Romada G20 Liderlərinin Sammiti keçiriləcək
İtaliyanın “Böyük iyirmiliyə” (G20) sədrliyi çərçivəsində oktyabrın 30-31-də Romada G20 Liderlərinin Sammiti keçiriləcək.
AZƏRTAC xəbər verir ki, COVID-19 epidemiyası səbəbindən 2 illik fasilədən sonra ilk dəfə liderlərin üz-üzə müzakirələr aparacağı sammitdə çoxtərəflilik, bərabərlik və səhiyyə xidmətlərinə əlçatanlıq, gələcək şoklara qarşı dayanıqlılığın artırılması və ümumi rifahı dəstəkləmək üçün epidemiya ilə mübarizə tədbirləri kimi mövzuların nəzərdən keçirilməsi gözlənilir. G20 liderləri birinci sessiyada “Dünya iqtisadiyyatı və qlobal səhiyyə” mövzusunu müzakirə edəcəklər. Sammitdə “İqlim dəyişikliyi və ətraf mühit” və “Dayanıqlı inkişaf” adlı sessiyalar da liderləri bir araya gətirəcək.
Sammitdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Böyük Britaniyanın Baş naziri Boris Conson, ABŞ Prezidenti Co Bayden və Fransa Prezidenti Emmanuel Makron iştirak edəcək. Bu toplantıda Almaniya Kansleri Angela Merkel ölkəsini sonuncu dəfə təmsil edəcək. Rusiya Prezidenti Vladimir Putinin, Yaponiyanın Baş naziri Fumio Kişidanın, Meksika Prezidenti Andres Manuel Lopez Obradorun və Çin Sədri Si Cinpinin sammitə videokonfrans vasitəsilə qoşulacağı gözlənilir.
Toplantıda, həmçinin Beynəlxalq Valyuta Fondu (IMF), Dünya Bankı, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD), Dünya Ticarət Təşkilatı, Beynəlxalq Əmək Təşkilatı və Birləşmiş Millətlər Təşkilatının (BMT) nümayəndələri iştirak edəcəklər.
Xatırladaq ki, ötən il dekabrın 1-də G20-yə sədrlik Səudiyyə Ərəbistanından İtaliyaya keçib. Bu sammitdən sonra İtaliyanın G20-yə sədrliyi başa çatacaq və sədrlik İndoneziyaya ötürüləcək. İtaliya G20-yə sədrliyi dövründə ümumilikdə 175 tədbir təşkil edib, onlardan 20-si nazirlər səviyyəsində olub. İtaliya, həmçinin mayın 21-də Qlobal Səhiyyə Sammitini, oktyabrın 12-də isə Əfqanıstanla bağlı liderlər səviyyəsində videokonfrans vasitəsilə fövqəladə sammit təşkil edib.
Qeyd edək ki, “Böyük iyirmilik” ölkələri dünya iqtisadiyyatının 80 faizini, qlobal ticarətin 75 faizini və dünya əhalisinin 60 faizini əhatə edir. G20 müxtəlif qitələrdən inkişaf etmiş və inkişaf etməkdə olan iqtisadiyyatları eyni platformada bir araya gətirir.
“Böyük iyirmilik” 1999-cu ildə maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin məsləhətləşmələri üçün yaradılıb, 2008-ci ildən bəri isə dövlət və hökumət başçılarını bir araya gətirir. Liderlərin ilk sammiti 2008-ci ildə ABŞ-ın paytaxtı Vaşinqtonda keçirilib.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Fernando Lottenberq: Azərbaycanda antisemitizmin baş verməməsi tolerantlığın parlaq nümunələrindəndi...
04 May
Dövlət Xidməti: Bir sıra bank və müəssisələrə aid çoxsaylı konfidensial məlumatlar ödənişsiz platfor...
04 May
Argentinanın etiqad işləri üzrə katibi Azərbaycanda tolerantlığın qorunub saxlanılmasını yüksək qiym...
04 May
Xankəndidə bir həftə ərzində xeyli sayda silah-sursat və partlayıcı maddələr aşkarlanıb
04 May
Norveçli səyyahlar qrupu Xudafərin körpüsü ilə tanış olublar
04 May
“Azeri Light” markalı neft ucuzlaşıb
04 May
Dünyanın mərkəzi bankları ümumi qızıl ehtiyatlarını mart ayında 15 tondan çox artırıblar...
04 May
İlon Mask ABŞ dollarının dəyərsizləşəcəyi ilə bağlı xəbərdarlıq edib
04 May
ABŞ prezidentliyinə namizəd NATO-nun genişlənməsinə qarşıdır
04 May
Prezident İlham Əliyevin COP29 tədbiri ilə bağlı dəvət məktubları BMT-dəki daimi nümayəndələrə çatdı...
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!