Oğlumun sərhədçi olması ilə fəxr edirəm
Bu il oğlum Məhəmməd Texniki Universiteti bitirəndə valideyn kimi çox sevindim. İnanıram ki, biliyi, bacarığı və əxlaqı onu heç vaxt darda qoymayacaq. Onu əsgərliyə çağıranda isə nigarançılığımız olsa da, bunu hər bir atanın, ananın həyatında təmtəraqlı və qürur doğuran hadisə kimi qəbul etdik. Axı vaxt var idi hərbi xidməti sovet ordusunda keçərdik, elimizdən-obamızdan min kilometrlərlə uzağa düşərdik, məktub yazıb cavab alana kimi də xeyli vaxt keçərdi. Məni sevindirən odur ki, oğlum öz dövlətimizdə, öz vətənində qulluq edəcəkdi.
Məhəmmədi hərbi hissəyə yola saldıq. Andiçmə mərasimindən sonra onu Qusar rayonunun ərazisindəki zastavalardan birinə göndərdilər. Xəbər göndərmişdi ki, narahat olmayın, hər şey yaxşıdır. Ancaq anası o qədər xiffət edirdi ki, axır bir gün bütün ailəni Məhəmmədin yanına aparmağa söz verdim. Anası iki gün əldən-ayaqdan getdi, bişirdi, düşürdü ki, oğlum onu yeməz, bunu istəyər, bu xörəkdən yox, o birisindən istəyəcək. Xülasə, arvad-uşağı götürdüm, hazırlanan xörəkləri maşına yığıb oğlumuzun xidmət etdiyi hərbi hissəyə getdik. Görüş aldıq, elə zastavanın həyətində oturduq. Bizə stol, stul verdilər. Anası aylarla arzuladığı süfrəsini oğlu üçün açdı.
Qab-qacağı, bişən xörəkləri görəndə Məhəmmədi gülmək tutdu ki, ay ana, bu nə təmtəraqdı, toy-zaddı bəyəm? Uşaqların anası bir az pərt olmuşdu, nə illah eləsə də, oğluna bir dolmadan artıq yedirə bilmədi. Oğlum dedi ki, hərbi hissədə yeməyimiz yaxşıdır, təzə nahar etmişik.
Sonra oğlumun komandirləri ilə görüşdük, bizi bütün əsgərlərin şəraiti ilə tanış etdilər, yatdıqları geniş otaqları, təzə çarpayıları göstərdilər. Gördüklərimizə ürəkdən sevinib, heyran qaldıq. Sərhəd zastavasının daşdan tikilən yeni binası göz oxşayır. Bura daim işıqla təmin olunur, müasir istilik sistemi, rahat, işıqlı otaqları var. Sərhəd qoşunları ən müasir avadanlıqlarla təchiz olunub. O saat hiss edirsən ki, müasir və güclü ordu hissələrindən birindəsən. Nizam-intizam isə yüksək səviyyədə idi. Oğlumuzla vidalaşıb Bakıya dönəndə hamımızın ürəyi dağa dönmüşdü.
Ona görə sizə məktub yazmağı qərara aldım. Sərhəd qoşunlarında ciddi nizam-intizam, yenilməyən bir güc gördüm. Onu da gördüm ki, ölkə rəhbərliyi ordunun müdafiə qüdrətinin yüksək səviyyədə olması üçün heç nəyi əsirgəmir.
Rafiq ƏLİYEV,
əsgər atası
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokunun ilk qalibləri mükafatlandırılıblar...
04 May
Tramp seçkiqabağı sorğularda Baydendən 10 faiz önə çıxıb
04 May
Ekspertlər: Stresə qalib gəlməyin pulsuz və sadə üsulu tapılıb
04 May
Azərbaycanın qrup hərəkətləri komandası Avropa Kubokunda bürünc medal qazanıb
04 May
Xarici səyyahlar Cəbrayılda minatəmizləmə əməliyyatları barədə məlumatlandırılıb
04 May
Norveçli səyyah: Qarabağ və Şərqi Zəngəzur gözəl təbiətə malikdir
04 May
Faktiki hava: Bəzi yerlərə arabir yağış, Şahdağa isə qar yağıb
04 May
Fernando Lottenberq: Azərbaycanda antisemitizmin baş verməməsi tolerantlığın parlaq nümunələrindəndi...
04 May
Dövlət Xidməti: Bir sıra bank və müəssisələrə aid çoxsaylı konfidensial məlumatlar ödənişsiz platfor...
04 May
Argentinanın etiqad işləri üzrə katibi Azərbaycanda tolerantlığın qorunub saxlanılmasını yüksək qiym...
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!