17 Oktyabr 2023 09:00
15299
SİYASƏT
A- A+
NƏHAYƏT

NƏHAYƏT

 

İlham Əliyev Xankəndidə Azərbaycan Bayrağını ucaltdı


Qalib ölkə, müzəffər xalq!
Necə də gözəl səslənir!
Bu ifadələrin həsrətini nə qədər çəkmişik...

Həm də qəzəblə, hiddətlə, sınıq ürəklə.
Çünki özgələrinin hesabına bizim torpaqları işğal edənlər utanmadan, həyasızcasına özlərini "qalib millət", "qalib dövlət", ordularını isə "məğlubedilməz ordu" adlandırırdılar.
Nəhayət, haqq, ədalət öz yerini tutdu!
Nəhayət, biz də ən müqəddəs arzu və istəyimizə çatdıq!
Nəhayət, ilahi ədalət İlham Əliyevin əli və Tanrının köməyi ilə bərpa olundu!

* Bu gün biz fəxr və qürurla özümüzə "müzəffər xalq" deyə bilirik.
* Bu gün biz "qalib dövlət" adına layiqik.
* Bu gün biz "qalib ölkə" kimi dünyada tanınırıq!
Bütün bunlara görə isə Müzəffər Ali Baş Komandanımıza, bu möhtəşəm Zəfərin baş müəllifi cənab İlham Əliyevə minnətdarıq!
***
Ayının min oyunu var - bir armudun başında!
Qədim Azərbaycan atalar sözüdür!
Ermənilər Azərbaycandan torpaq qoparmaq üçün min bir oyundan çıxdılar:
* Əvvəlcə keçmiş DQMV-nın "sosial-iqtisadi cəhətdən geri qaldığını" bəhanə gətirərək narazılıqlarını "ifadə etmək" üçün Xankəndidəki meydana çıxdılar.
Moskva onların bu etirazını "rəğbətlə" qarşıladı...
* Sov.İKP MK və SSRİ Nazirlər Soveti bununla bağlı qərar verdi.
Haylar qane olmadılar.
* Hüquqlarının pozulduğunu bildirdilər.
Moskva yenə könüllərini oxşamaq üçün "xüsusi idarəetmə komitəsi" yaratdı.
Faktiki olaraq bu, DQMV-nın Azərbaycandan qoparılması demək olsa da, yenə qane olmadılar.
* Bu dəfə qarınlarının əsl ağrısını bildirdilər - "miatsum"!
Bu separatizmə isə Azərbaycan razı olmadı!
* Moskvanın "yumşaqlığından" və dəstəyindən ruhlanan ermənilər keçmiş DQMV ərazisindəki Azərbaycan kəndlərinə hücum edərək azərbaycanlıları dədə-baba torpaqlarından çıxarmağa başladılar.
Azərbaycan buna ciddi müqavimət göstərdi.
* Əvvəlcə söyüş, sonra isə daş davası başladı!
O dövrkü SSRİ rəhbərliyindən ermənilərə və Ermənistana "dayan", "dur" deyən olmadı.
Əslində, Qorbaçov və onun ermənipərəst ətrafı "miatsum" çağırışına açıq və gizli şəkildə dəstək verdilər!
Bu minvalla ermənilər qudurdular!

Cəzasızlıq şəraitindən ruhlanan haylar Azərbaycan ərazilərinə silahlı təcavüzə başladılar!
Mərkəz yenə separatçıların başını sığalladı.
Azərbaycanın haqq səsini eşidən isə olmadı!
Bu dəfə 366-cı sovet alayını erməniləşdirərək Azərbaycanın üzərinə - ermənilərin köməyinə göndərdilər!
Əlbir və dilbir şəkildə Xocalı soyqırımını törətdilər!
Bir gecədə 613 nəfər dinc sakini qətlə yetirdilər!
Qadınlara, uşaqlara, qocalara rəhm etmədilər...
Qarşılarına çıxanı məhz azərbaycanlı olduğuna görə öldürdülər!
XX əsrin dəhşətli Xocalı qətliamını törətdilər!
Nə qarşılarını alan oldu, nə əməllərinə hüquqi qiymət verən tapıldı...
Qudurmuşlar daha da azğınlaşdılar!

Havadarlarına, dostlarına arxalanaraq əvvəlcə DQMV-ni, sonra isə ona bitişik olan 7 rayonu işğal etdilər!
Bir milyondan çox azərbaycanlını doğma el-obalarından qovaraq qaçqına, məcburi köçkünə çevirdilər!
20 mindən çox Azərbaycan vətəndaşını vəhşicəsinə öldürdülər!
Əsirlərə, girov götürdükləri mülki vətəndaşlara olmazın işgəncələr verdilər, əllərinə keçən azərbaycanlılarla qeyri-insani rəftar edərək müxtəlif üsullarla öldürdülər, meyitlərini isə kütləvi məzarlıqlarda gizlətdilər!
Dünya kar, kor və lal oldu!
Bütün bunları görsə də, bilsə də, eşitsə də, özünü görməzliyə, qanmazlığa, eşitməzliyə vurdu!

BMT-nın Təhlükəsizlik Şurası işğal faktını təsdiqləyərək, "erməni silahlı birləşmələrinin Azərbaycan ərazisindən qeyd-şərtsiz çıxması üçün" 4 qətnamə qəbul etdi.
Bu qətnamələrin çürük qoz qədər dəyəri olmadı.
Nə icra edildi, nə erməniyə hər hansı formada təsir və təzyiq göstərildi, nə də sanksiya tətbiq olundu!
Münaqişənin guya "sülh yolu ilə" həlli üçün ATƏT-in Minsk qrupu yaradıldı!
27 il ərzində həmsədrlər gəldilər, yedilər-içdilər, getdilər!
Nə sülh müqaviləsi bağlandı, nə də bir qarış ərazi dinc yolla geri qaytarıldı!
Çünki beynəlxalq hüququn, konvensiyaların, beynəlxalq təşkilatların bir meyarı, bir ölçü-biçisi, bir yanaşması vardı:
İkili standartlar!
Dünyanın digər yerlərindəki bu tip hadisələr bir cür qiymətləndirilirdi, Azərbaycanla Ermənistan arasındakı münaqişəyə başqa prizmadan yanaşılırdı:
İkili standartlar prizmasından!
Son sözləri isə belə oldu:
* Öz aranızda razılığa gəlin!
* Siz hansı razılığa gəlsəniz, biz onu dəstəkləyəcəyik!
* Yeni reallıqlarla hesablaşın!
Gözlərini qan örtmüş ermənilər isə bir addım belə geri çəkilmək fikrində deyildilər.
Hətta dünyada mövcud olan ən yüksək statusla belə razılaşmadılar...
***
Sovet dövründə Xankəndidəki ermənilərə hər cür şərait yaradılmışdı.
Vilayətdəki bütün rəhbər orqanların, qurumların başçıları ermənilər idilər. Azərbaycan heç zaman ayrı-seçkilik salmırdı.
Ermənilər isə...
"Böyük Ermənistan" xülyasına uyan, "miatsum" hərəkatına qoşulan, Azərbaycan xalqının çörəyinə nankor çıxan ermənilər bizə xəyanət etdilər!
Müstəqillik yolu tutan Azərbaycanın ən çətin, ən ağır və taleyüklü günlərində hakimiyyət iddiasına düşən, şəxsi maraqlarını ümummilli mənafedən üstün tutan AXC-Müsavat cütlüyü də xəyanətkar mövqe tutdu!
Onlar iqtidara gəlmək üçün ölkədə xaos və anarxiya yaratdılar, idarəetməni iflic vəziyyətinə saldılar, torpaqları müdafiə etməli olan özünümüdafiə batalyonlarını Bakıya gətirərək parlament yolu ilə dövlət çevrilişi törətdilər...
İqtidara gəldikdən sonra isə nə ordu qurdular, nə də torpaqların müdafiəsini təşkil etdilər.
Əksinə, naşı, təcrübəsiz və səriştəsiz hərəkətləri ilə yeni ərazilərin işğalına əlverişli şərait yaratdılar.
Faktiki olaraq ermənilərin əlinə oynadılar.

***
Müzəffər Ali Baş Komandan İlham Əliyev Xankəndiyə qürurla, qalib sərkərdəyə xas fərəhlə daxil oldu!
Separatçıların yuvasında Azərbaycan bayrağını öz əlləri ilə ucaltdıqdan sonra Azərbaycan xalqına tarixi müraciətini etdi.
İkiəsrlik münaqişəyə zəfərlə son qoyulmasından qaynaqlanan bu müraciət Azərbaycan tarixinin qızıl səhifəsində daim, əsrlərboyu yaşayacaqdır!
İlham Əliyev dedi: "İyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcumu yerinə yetirməyə başlayanda qarşıma bir nömrəli vəzifə qoymuşdum ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın. Hər gün, hər saat biz bu müqəddəs məqsədə doğru gedirdik. Hər gün biz bu müqəddəs anı yaxınlaşdırırdıq və dəfələrlə deyirdim ki, hər birimiz, hərə öz yerində öz işi ilə bu günü yaxınlaşdırmalıdır".
Azərbaycan xalqı sevimli Prezidentinin, məğrur Sərkərdəsinin rəhbərliyi ilə ən böyük arzusuna, istəyinə qovuşdu.
Həm də necə!
* Bütün dünya "dəmir yumruğ"un gücünə heyran oldu!
* Bütün dünya Müzəffər Ali Baş Komandan İlham Əliyevin möhtəşəm zəfərinə valeh oldu!
* Bütün dünya Azərbaycan Ordusunun qüdrətinə şahid oldu!
* Bütün dünya separatizm üzərindəki tam qələbəni gördü!
* Bütün dünya separatizmə qalib gəlməyin Azərbaycan modeli ilə tanış oldu!
* Bütün dünya Azərbaycan xalqının qəhrəmanlığını, separatizmin iflasını, ikili standartların süqutunu razılıqla seyr etdi!
Bütün bunların hamısını Azərbaycan Prezidenti İlham Əliyev etdi!
Sözü ilə əməli bir olan Azərbaycan Prezidenti!

Etdi və dünyaya göstərdi!
Fransada startı verilən separatizm Xankəndidə torpağa gömüldü!
Hər şey Azərbaycan xalqının istədiyi, İlham Əliyevin dediyi kimi oldu!

***
Bugünkü şirin qələbəyə böyük acılardan keçib gəlmişik!
Qurbanlar vermişik, kənd və şəhərlərimiz xarabazara çevrilib, çoxsaylı itkilərimiz olub.
Amma sonda qalib olmuşuq!
Heç zaman inamımızı itirməmişik!
İnanmışıq ki, İlham Əliyev bizi vəd etdiyi qələbəyə çatdıracaqdır!
Bu məqamı Prezident İlham Əliyev Xankəndidəki müraciətində xüsusi vurğuladı: "Azərbaycan xalqı mənə 20 il bundan əvvəl böyük etimad göstərmişdir və bu illər ərzində mən bunu hər zaman hiss etmişəm, bu inam daha da artmışdır. Bu gün vaxtilə - hələ işğal dövründə dediyim sözlər və xalq tərəfindən təkrarlanan sözlər mənim üçün ən böyük mükafatdır. Mən o vaxt demişdim ki, nəyi necə, nə vaxt etmək lazımdır, onu mən bilirəm. İkinci Qarabağ müharibəsi dayananda da Azərbaycan xalqı bilirdi ki, mən bunu bilirəm. O gündən üç il keçməmiş biz bu gün buradayıq, Xankəndidəyik, Xankəndinin mərkəzindəyik, Azərbaycan Gerbi, Azərbaycan Bayrağı altında. Bu, böyük xoşbəxtlikdir və tarixi hadisədir. İndi bu tarix haqqında danışmaq mənim üçün bəlkə o qədər də düzgün deyil. Çünki bu tarixi biz yaşamışıq, bu tarixi biz yaratmışıq. Azərbaycan xalqı elə bir Qələbə qazanıb ki, həm dillər əzbəri olub, həm də bu Qələbə əbədi bizimlə olacaq. Bu Qələbə bizim tariximizdə əbədi olacaq. Bizdən sonra gələn nəsillər bu Qələbə ilə əbədi və haqlı olaraq fəxr edəcəklər".
Biz təkcə qələbəmizlə deyil, bu qələbənin baş müəllifi Müzəffər Ali Baş Komandan İlham Əliyevlə də daim fəxr edib, qürur duyuruq!
* İlham Əliyev XXI əsr dünyası ilə dil tapıb danışa bildi!
* İlham Əliyev dünyanın söz sahibi olan dövlətləri ilə münasibətlər quraraq müstəqil Azərbaycanın maraqlarını təmin etməyi bacardı!
* İlham Əliyev ikili standartları məharətlə zərərsizləşdirdi, onun mənfi fəsadlarından yayındı.
* İlham Əliyev kiçik Azərbaycanı böyük dövlətlərlə bir sırada qərarlaşdırdı!
* İlham Əliyev Azərbaycanın ən böyük problemini ən uğurlu formada, Azərbaycanın maraqlarına heç bir xələl gətirmədən məharətlə həll etdi!
Qarabağ Azərbaycandır!

 

Bəxtiyar SADIQOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:44
20 Dekabr

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 305-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

01:44
20 Dekabr

Abşeron rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında

01:42
20 Dekabr

“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

01:37
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sisteminin istismarının təşkili Qaydaları”nın və “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sistemi daxilində dövlət orqanlarının informasiya resurslarından istifadəyə buraxılış dərəcəsi”nin təsdiq edilməsi barədə” 2020-ci iI 29 yanvar tarixli 22 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:34
20 Dekabr

“Dövlət qulluqçularının reyestrinin aparılması ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 may tarixli 395 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:33
20 Dekabr

“Polis əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xəzinə hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında

01:32
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 28 yanvar tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qanın, qan komponentlərinin tədarükü, emalı, saxlanması və bölüşdürülməsi ilə məşğul olan qan xidməti müəssisələrinin (qan banklarının) Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:28
20 Dekabr

“Azərbaycan”, “Xalq qəzeti”, “Respublika” və “Bakinski raboçi” qəzeti redaksiyalarına maliyyə yardımı barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 215 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:26
20 Dekabr

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!