20 Aprel 2026 11:03
189
SİYASƏT
A- A+
“Müstəqilliyimiz əbədidir” çoxcildliyindən: Hər bir Azərbaycan gənci öz vəzifələrini layiqincə yerinə yetirməyə çalışmalıdır  

“Müstəqilliyimiz əbədidir” çoxcildliyindən: Hər bir Azərbaycan gənci öz vəzifələrini layiqincə yerinə yetirməyə çalışmalıdır  


“Heydər Əliyev. Müstəqilliyimiz əbədidir” çoxcildliyinin təkrar nəşrinin 11-ci kitabı çapdan çıxıb.

AZƏRTAC xəbər verir ki, bu kitabda yer alan materiallar 1996-cı il yanvarın 20-dən aprelin 1-dək olan dövrü əhatə edir. Nəşrdə Ulu Öndər Heydər Əliyevin həmin dövrdə çıxışları, nitqləri, bəyanatları, müraciətləri, müsahibələri, məktubları və digər materiallar toplanıb.

Kitaba 1996-cı ildə Prezident Heydər Əliyevin Qanlı Yanvar faciəsi şəhidlərinin xatirə gecəsində söylədiyi nitqin mətni daxil edilib. Ulu Öndər xalqımızın yenilməz və müstəqilliyimizin əbədi olduğunu vurğulayaraq deyib: “Bu gün şəhidləri yad edərək bir daha bəyan edirik ki, xalqımız yenilməzdir və heç vaxt başını aşağı əyməyəcəkdir. Biz əldə etdiyimiz milli azadlığımızı qoruyacağıq, saxlayacağıq və onu əbədi edəcəyik. Dövlət müstəqilliyimizi qoruyub inkişaf etdirəcəyik və əbədi yaşadacağıq Şəhidlərin xatirəsi qəlbimizdə əbədi yaşayacaq, milli azadlığımız əbədidir, dövlət müstəqilliyimiz əbədidir. Heç bir qüvvə bizi bu yoldan döndərə bilməz, iradəmizi sındıra bilməz”.

Bu nəşrə müstəqil Azərbaycan Respublikası Gənclərinin Birinci Forumunda Prezident Heydər Əliyevin nitqinin mətni də daxil edilib. Ulu Öndər proqram xarakterli nitqində demişdi: “Hər bir Azərbaycan gənci öz həyat yolunu müstəqil Azərbaycan Respublikasının gələcək yolu kimi qəbul etməlidir və öz həyatını qurarkən, özünü həyatda fəaliyyətə hazırlayarkən və fəaliyyətə başlayıb onu davam etdirərkən özü haqqında da düşünməlidir, ailəsi haqqında da düşünməlidir, ancaq hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir. Bu, sizin vəzifələrinizdir və güman edirəm ki, hər bir Azərbaycan gənci cəmiyyətdə, Vətəndə, ölkədə öz vəzifələrini layiqincə yerinə yetirməyə çalışmalıdır”.

Bu cilddə 1996-cı ildə Prezident Heydər Əliyevin Həştərxan və Gürcüstan televiziyalarına müsahibələrinin, Ramazan bayramı və Xocalı soyqırımının ildönümü ilə əlaqədar xalqa müraciətlərinin mətnləri, Gürcüstana rəsmi səfəri zamanı Prezident Eduard Şevardnadze, digər dövlət və hökumət nümayəndələri, həmin ölkənin işgüzar dairələrinin nümayəndələri ilə görüş və danışıqları, Gürcüstanda yaşayan soydaşlarımızla görüşü haqqında, həmçinin Türkmənistan Prezidenti Saparmurat Niyazovun ölkəmizə rəsmi səfəri ilə bağlı materiallar toplanıb.

Heydər Əliyev 1996-cı ilin fevralında Azərbaycan Milli Televiziyasının 40 illik yubileyi münasibətilə Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin və rabitə işçilərinin bir qrup nümayəndəsi ilə görüşmüşdü. Həmin görüşündə çıxışı zamanı Ulu Öndər Azərbaycan televiziyasının fəaliyyətini yüksək qiymətləndirməklə yanaşı, qarşısında duran vəzifələrin daha əhəmiyyətli, vacib və şərəfli olacağını söyləmişdi. Ümummilli Liderin televiziyanın dili məsələsi ilə bağlı fikirləri bu gün də aktualdır: “Televiziya verilişlərinin aparıcıları, diktorlar çox səlis danışmalıdırlar. Dilimiz gözəldir, amma bu dildə danışanda sözləri, ifadələri elə tələffüz etməliyik ki, danışığımız cazibədar olsun. Ədəbi dili təbliğ etmək, hamıya öyrətmək televiziyanın vəzifələrindən biridir”.

Bu cilddə Ulu Öndərin, həmçinin Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsinə, ölkənin bazar iqtisadiyyatına keçidi dövründə yaranmış çətinliklərin aradan qaldırılmasına, kənd təsərrüfatının inkişaf etdirilməsinə dair müşavirələrdəki nitqləri, erməni təcavüzünün ağır nəticələrinin aradan qaldırılmasına, daxili və xarici siyasətin başlıca istiqamətlərinə dair digər materiallara da geniş yer verilib.

Kitabın buraxılışına məsul “Azərnəşr”in baş redaktoru Əlövsət Ağalarovdur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Media: İran müdafiə və raket proqramlarını ABŞ ilə müzakirə etmir

13:05
20 Aprel

İbrahim Əzizi: İran mənasız danışıqlara vaxt itirmək niyyətində deyil

13:03
20 Aprel

Qlobal qeyri-müəyyənlik şəraitində Azərbaycan iqtisadiyyatı: Neftdən asılılığın azaldılması və yeni fiskal prioritetlər  

13:02
20 Aprel

Ali Məclisin komitə iclasında 2 məsələ müzakirəyə çıxarılıb

13:02
20 Aprel

Şri-Lanka tərəfi Azərbaycanın humanitar yardımına görə minnətdarlığını bildirib

13:00
20 Aprel

Yaponiyada sunami xəbərdarlığı elan edilib

12:57
20 Aprel

Sabah yağış yağacaq, axşam tədricən kəsiləcək

12:56
20 Aprel

Orta Dəhlizin aktuallığı artıb

12:56
20 Aprel

Naftalanda və Tərtərdə məhkəmə qərarları əsasında müsadirə olunmuş narkotik vasitələr məhv edilib  

12:55
20 Aprel

BMT-nin sessiyasında Bakı-Banqkok Bəyannaməsi qəbul edilib

12:53
20 Aprel

Komitə sədri: Dünya azərbaycanlıları müxtəlif beynəlxalq platformalarda ölkəmizi layiqincə təmsil edirlər  

12:49
20 Aprel

ABŞ, Yaponiya və digər ölkələrin 17 mindən çox hərbçisi Filippində təlimlərə başlayıb

12:19
20 Aprel

BDYPİ əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib  

12:17
20 Aprel

Bolqarıstanda parlament seçkilərinin ilkin rəsmi nəticələri açıqlanıb  

11:37
20 Aprel

Rusiyanın Tuapse limanına dron hücumu nəticəsində bir nəfər ölüb

11:36
20 Aprel

Həftəsonu 85 cinayətin açılması təmin olunub

11:34
20 Aprel

Premyer Liqada son 10 mövsümün rekordu  

11:32
20 Aprel

"Zirə” Premyer Liqada 100-cü dəfə heç-heçə edib

11:30
20 Aprel

İnformasiya Texnologiyaları İnstitutunda rəqəmsal dövlətin intellektuallaşdırılması problemləri tədqiq olunur

11:26
20 Aprel

“Islamabad Post”: Azərbaycan şəhərsalma modelinin yalnız milli transformativ deyil, həm də beynəlxalq səviyyədə əhəmiyyətli olduğunu nümayiş etdirir  

11:23
20 Aprel

Leyla Əliyevanın təşəbbüsü ilə sosial xidmət müəssisələrinin uşaqları üçün sosial-emosional öyrənmə proqramı həyata keçirilir  

11:05
20 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!