29 Sentyabr 2024 08:25
3230
İQTİSADİYYAT
A- A+
Neftçilər parkının gözəlliyi göz oxşayır 

Neftçilər parkının gözəlliyi göz oxşayır 


Paytaxtımız cazibədarlığına görə dünyanın məşhur şəhərləri ilə yanaşı durur. İndi Bakı inkişafının elə bir tarixi məqamına gəlib çatıb ki, paytaxtımıza yolu düşən hər kəs onun gözəlliyinə heyran qalır.

Prezident İlham Əliyev tərəfindən Bakıya, onun abadlığına, infrastrukturuna, mədəni həyatına diqqət o qədər böyükdür ki, bunu təkcə ölkə vətəndaşları deyil, xarici ölkələrdən Bakıya gələn insanlar da etiraf edirlər. Əvvəl Bakıda olmuş əcnəbi turist növbəti dəfə paytaxtımıza gələndə onu tanıya bilmədiyini, şəhərin çox sürətlə inkişaf etdiyini, gözəlləşdiyini deyir.

Bu gözəlliyə əlavə gözəllik qatan istirahət parklarıdır. Bakıda onlarla istirahət parkı, gəzinti zonası, xiyaban var. Çəkinmədən deyə bilərik ki, bu istiqamətdə görülən işlərdən dolayı Bakı keçmiş ittifaq respublikalarının paytaxtlarından xeyli öndədir. Buna baxmayaraq, şəhərimizdə yeni meqaparkların salınması, bəzilərinin ərazisinin genişləndirilməsi, köhnə, baxımsız parkların bərpa olunması davam edir. 

Belə parklardan biri də Suraxanı rayonunun Qaraçuxur qəsəbəsindəki Neftçilər parkıdır. Parkda demək olar ki, 89 min əhalisi olan qəsəbə sakinlərinin istirahəti üçün hər cür şərait yaradılıb. Buranın havası təmiz, ərazisi geniş və abaddır. Parka qulluq edənlər hər ağacın, kolun, gül-çiçəyin qayğısına qalır, onları körpə uşaq kimi qoruyurlar. Burada müasir işıqlar quraşdırılıb, dibçəklərdə bir-birindən əsrarəngiz güllər əklib, dincələnlər üçün söhbətgahlar quraşdırılıb. Parkın mərkəzində neft quyusu formasında abidə də qoyulub. Sözsüz ki, adına işarədir. Ən maraqlı yerlərdən biri də "Veteranlar guşəsi"dir. Burada yaşlı insanların istirahət etmələri üçün hər şərait var. Parkda Qaraçuxur qəsəbəsi Əmək Veteranları Ağsaqqallar Şurası üçün yeni inzibati bina da inşa edilib. 

Neftçilər parkı Bakının ən böyük istirahət yerlərindən biridir. Parkın 6 hektar ərazisi var. Onun 4 hektarı sırf əyləncə, istirahət, gəzinti üçündür. Digər 2 hektarlıq sahədə isə meşə zolağı salınıb, velosiped yolu çəkilib. Parkda "IDEA" İctimai Birliyinin layihəsi çərçivəsində uşaq idman və futbol meydançaları salınıb, trenajorlar, uşaq və yeniyetmələrin əyləncəsi, asudə vaxtlarının səmərəli təşkili üçün müxtəlif attraksionlar quraşdırılıb. Yeri gəlmişkən qeyd edək ki, 2019-cu il fevralın 26-da "Xocalıya ədalət!" beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində parkda ağacəkmə aksiyası keçirilmişdir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın da iştirak etdiyi aksiyada Xocalı soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək üçün 613 ağac əkilib. Bir həftə sonra - aprelin 6-da isə Azərbaycanın 10 milyonuncu sakininin dünyaya gəlməsi şərəfinə parka daha 300 ağac basdırılıb.

Həmin hadisələrə şahidlik edən, daha doğrusu, birbaşa iştirakçısı olan insanlarla söhbət etdik. Nəvəsini parkda gəzdirən Gülçöhrə Əhmədova maraqlı əhvalat söylədi: "Nənəm və babam bu parkın qurucularından olublar. Zinaida nənəm danışırdı ki, 40-cı illərdə buralar düzəngah bir yer idi, qışda soyuqdan, yayda istidən dayanmaq olmurdu. Bir gün qərara gəliblər ki, burada ağac əksinlər, bağ salsınlar. Həm küləyin qarşısı bir az alınar, həm də yayda oturmaq, dincəlmək üçün bir yer olar. Beləliklə, bu əraziyə ilk ağacı nənəmlə babam əkib. Bunu görən qonşular, ətrafda yaşayan sakinlər də onlara qoşulublar". Nənə-babasından qürurla danışan Gülçöhrə xanım onu da bildirdi ki, Neftçilər parkı onun üçün doğma, əzizdir: "Burada nənəmin, babamın əl izləri var. İnanıram ki, gördüyünüz bu qocaman ağacları mənim doğmalarım əkib. Hərdən o ağacların gövdəsini qucaqlayıram, sığallayıram, üzümü söykəyirəm. Həmin anlarda mənə elə gəlir ki, nənəmin və babamın əllərinin istisini hiss edirəm". 

Bəli, Zinaida nənənin və Əhməd babanın təşəbbüsü və iştirakı ilə təməli qoyulan bu park çox keçməyib ki, Qaraçuxur əhalisinin, "Qum adası" Neft-Qazçıxarma İdarəsində (NQÇİ) işləyən neftçilərin istirahət yerinə çevrilib. Dövlət də öz qayğısını əsirgəməyib, burada hər cür şəraitin yaradılmasına yardımçı olub. Amma SSRİ dağılan kimi, park da dağılıb, necə deyərlər, qara günləri başlayib, əldən-ələ keçib. Vaxtilə "Qum adası" NQÇİ-nin balansında olan parkı az sonra Qurban Abbasov adına Mədəniyyət Sarayının tabeliyinə keçiriblər. Daha sonra Suraxanı Rayon İcra Hakimiyyətinin balansına verilib və bununla da parkın üzünə gün doğub. Uzun müddət baxımsız qalmış park yeni görkəm almağa başlayıb. Az qala zibilliyə çevrilən park büs-bütün yenidən qurulub. Prezident 

İlham Əliyev və Birinci Vitse-prezident Mehriban xanım Əliyeva 2019-cu il aprelin 18-də parka gəlib buradakı şəraitlə tanış olublar. Parkın mərkəzində ucaldılmış Milli Qəhrəman Cavanşir Rəhimovun 1999-cu ildə quraşdırılmış büstü dövlət başçısının xüsusi diqqətini çəkib. Prezident Milli Qəhrəmanın ruhuna ehtiramını bildirərək büstün önünə çiçək dəstələri düzüb. 

Yeri gəlmişkən qeyd edək ki, Vətən müharibəsinin 4-cü ildönümünün qeyd olunduğu bu günlər hər bir şəhidimizin məzarı belə ehtiram və diqqətin yeganə ünvanıdır.


Züleyxa ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Süni intellektdə uşaqların təhlükəsizliyi ilə bağlı yeni reytinqlər hazırlanır

18:13
06 May

ABŞ-nin Aİ avtomobillərinə tarif artımı dünya bazarına təsir edəcək

18:08
06 May

Aİ ilə ticarət razılaşması Böyük Britaniyada qlifosat istifadəsini məhdudlaşdıra bilər

17:59
06 May

Cəbəllütariqdə çirkab sularının dənizə axıdılması problemi davam edir

17:51
06 May

Nissan Avropada ixtisarlara başlayır

17:43
06 May

Hörmüzdə gərginlik davam edir

17:31
06 May

Azərbaycanda elektromobil və hibrid avtomobil idxalı kəskin azalıb – STATİSTİKA

17:30
06 May

Su qıtlığı və yeni çağırışlar: kənd təsərrüfatında prioritetlər açıqlandı

17:27
06 May

Aqrar sektora kreditlər 2,1 milyard manata çatıb

17:26
06 May

Süni kürünün “təbii kürü” adı ilə satılması istehlakçıların aldadılmasıdır – XƏBƏRDARLIQ

16:56
06 May

Aprel və may ayları günəş enerjisi üçün ən əlverişli dövrdür

16:49
06 May

Bakıda keçiriləcək nüfuzlu idman tədbirinin yeni tarixləri müəyyənləşib  

16:43
06 May

Bakıda 5-ci Aqrobiznesin İnkişafı Forumu keçirilib - YENİLƏNİB

16:42
06 May

Azərbaycan ilə Türkiyə arasında görüşlər iqtisadi tərəfdaşlığın dərinləşdirilməsinə mühüm töhfə verir

16:36
06 May

Tramp: İran razılaşmasa, bombardman başlayacaq

16:33
06 May

Təhsil İnstitutuna akkreditasiya haqqında şəhadətnamə təqdim edilib  

16:32
06 May

III Respublika Hüquq Olimpiadasına start verilib

16:29
06 May

Neft qiymətləri 100 dollardan aşağı enib

16:27
06 May

Xüsusi ambulator tibb məntəqələrində çalışan tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin vaxtı uzadılıb  

16:25
06 May

AFFA İntizam Komitəsi “Sumqayıt”ın prezidenti və baş məşqçisini cəzalandırıb

16:02
06 May

Azərbaycan və Monqolustan prokurorluqları arasında hüquqi əməkdaşlıq möhkəmləndirilir

15:49
06 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!