01 Iyul 2024 16:00
1636
Elm və texnika
A- A+

Nazir Emin Əmrullayev və AQTA sədri Qoşqar Təhməzli BMU-nun laboratoriyaları ilə tanış olublar

 

Elm və təhsil naziri Emin Əmrullayev, Qida Təhlükəsizliyi Agentliyinin sədri (AQTA) Qoşqar Təhməzli Bakı Mühəndislik Universitetinin (BMU) geniş elmi-tədqiqat imkanlarına malik laboratoriyaları ilə tanış olublar.

Bu barədə AZƏRTAC-a BMU-dan məlumat verilib. Bildirilib ki, Kimya və kimya mühəndisliyi, Biologiya, Kibertəhlükəsizlik, Kompüter, Mexanika mühəndisliyi, Elektronika və digər laboratoriyalar barədə qonaqlara məlumat verən BMU-nun rektoru Yaqub Piriyev universitetdə tədqiqatlar aparmaq, tələbələrin nəzəri biliklərini təcrübədə tətbiq etmələri üçün hər cür şəraitin yaradıldığını bildirib.

Universitet rəhbəri kibertəhlükəsizlik sahəsində ixtisaslaşmış kadr hazırlığına ehtiyac duyulduğunu, bu yeni sahənin sürətli inkişafına zərurət yarandığını qeyd edərək BMU-da istifadəyə verilən Kibertəhlükəsizlik laboratoriyasının əhəmiyyətinə diqqət çəkib. Həmçinin bu gün sənaye və istehsalat sahələrinə aid problemlərin universitetlərdə araşdırıldığını, bu baxımdan BMU-nun tədqiqatyönümlü fəaliyyət üçün daha geniş imkanları diqqətdə saxladığını deyib.

Tanışlıq zamanı vurğulanıb ki, bugünkü universitetlərin inkişafı, tədqiqatyönümlü olması müasir dövrün qlobal çağırışlarıdır, əmək bazarı yeni bilik və bacarıqlar tələb etdiyi üçün universitetlərin nəzəriyyəni praktikaya tətbiq etmək imkanları daha geniş olmalıdır. BMU ilə qida təhlükəsizliyi sahəsində birgə elmi-praktik araşdırmaların, tədqiqatların aparılması, bu sahə üzrə mütəxəssislərin hazırlanmasında müasir laboratoriyaların rolu önə çəkilib, qarşılıqlı dəstək göstərməklə uğurlu işlər görməyin mümkünlüyü nəzərdən keçirilib. Eyni zamanda, son illərdə elmi-tədqiqat institutları ilə ali təhsil müəssisələrinin qarşılıqlı fəaliyyətinin uğurlu nəticələr ortaya qoyduğu qeyd edilib, bu mənada müasir laboratoriyalara malik BMU ilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu arasında yeni imzalanan əməkdaşlıq memorandumundan gözləntilərin böyük olduğu bildirilib.

Universitet Texnoparkına da baxış keçirən qonaqların diqqətinə çatdırılıb ki, startapların inkişafı və onlara dəstək məqsədilə BMU-da inkubasiya proqramına start verilib. Startaplar işgüzar şəbəkə dəstəyi, marketinq, mühasibatlıq dərsləri, mentor təlimləri, investisiyaya və bazara çıxış kimi müxtəlif inkubasiya xidmətləri ilə təmin olunub.

Tələbələrin irəli sürdüyü ideyalar əsasında formalaşdırılmış startaplarla yaxından tanış olan Emin Əmrullayev və Qoşqar Təhməzli yeni dövrün tələblərinə uyğun layihələr hazırlayan gənclərlə səmimi söhbət edib, onların startaplarının mahiyyəti, ideyalarını biznesə çevirmələri barədə maraqlı fikirlərini dinləyərək öz tövsiyələrini veriblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video