Nazir Əbülfəs Qarayev İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri ilə görüşüb
Mayın 1-də mədəniyyət naziri Əbülfəs Qarayev Bakıda səfərdə olan İran İslam Respublikasının Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri Abuzər İbrahimi Türkamanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, qonaqları səmimi salamlayan nazir Ə.Qarayev Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin xalqlarımızın əsrlər boyu malik olduğu mədəni, tarixi bağlantılara söykəndiyini bildirib. Qeyd edib ki, bu gün iki ölkə arasında bütün sahələrdə əməkdaşlıq əlaqələri inkişaf edir.
Sədr Abuzər İbrahimi Türkaman, öz növbəsində, bu gün dövlətlərimiz və xalqlarımız səviyyəsində, ölkələrimiz arasında qarşılıqlı hörmətə və dostluğa əsaslanan əlaqələrin yaradılmasından məmnunluğunu ifadə edib. Həmçinin İranda Azərbaycan Mədəniyyəti Günlərinin ən yüksək səviyyədə keçirilməsi üçün İran tərəfinin bütün səylərini əsirgəmədiyini deyən Abuzər İbrahimi Türkaman Azərbaycan tərəfinin ölkəmizdə İran Kinosu Günləri və İran İslam Respublikasının Mədəniyyət Günlərinin təşkil olunması üçün hər cür şərait yaratmasını yüksək qiymətləndirib.
İran İslam Respublikasının Azərbaycandakı səfiri Cavad Cahangirzadə və İranın ölkəmizdəki Mədəniyyət Mərkəzinin direktoru Əsgər Farsinin də iştirak etdiyi görüşdə gələcək illərdə birgə kino həftələri, mədəniyyət günlərinin keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Nazir Ə.Qarayev bu kimi tədbirlərin keçirilməsinin iki ölkə arasında əməkdaşlığın bundan sonrakı inkişafına müsbət təsir göstərəcəyini, mədəni əlaqələrin daha da sıx inkişafına təkan verəcəyini bildirib. İrandakı tədbirlər çərçivəsində görüşlərini xatırladan nazir bu əməkdaşlığın ikitərəfli əlaqələrin daha da inkişafına vəsilə olacağını qeyd edib. İran kino mütəxəssisləri ilə birgə layihələrdən, İranda təşkil edilən Fəcr festivalında Azərbaycan teatrının uğurlu iştirakından söz açan Əbülfəs Qarayev mədəniyyətin digər sahələrində birgə əməkdaşlığın perspektivlərini də diqqətə çatdırıb.
Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq forumlarında İran İslam Respublikasının hər zaman yaxından iştirakını vurğulayan nazir nümayəndə heyətini cari il sentyabrın 27-də Bakıda keçiriləcək beynəlxalq kitab sərgi-yarmarkasında iştiraka dəvət edib.
İran nümayəndə heyətinin rəhbəri Abuzər İbrahimi Türkaman bu kimi görüşlərin qarşılıqlı əməkdaşlığın möhkəmlənməsi işinə töhfə verdiyini vurğulayıb və səmimi qəbula görə nazirə təşəkkürünü ifadə edib.
Qeyd edək ki, Abuzər İbrahimi Türkamanın rəhbərlik etdiyi nümayəndə heyəti V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdədir.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar...
04 May
Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb...
04 May
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub...
04 May
Bütün dünyada jurnalistlərin işi daha təhlükəli olur
04 May
“Qızıl əlcək” sahibini tapdı
04 May
“Philips”in yeni oyun monitoru təqdim edilib
04 May
Əfsanəvi avtomobil elektromobil kimi geri dönür
04 May
ABŞ dövlət katibi: Fələstin və İsrailin birgə yaşayışını mümkün hesab edirik
04 May
--Sürü halında uçan robot arılar istehsal edilib
04 May
UEFA həftənin ən yaxşılarını açıqlayıb
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!