21 Aprel 2026 18:20
169
CƏMİYYƏT
A- A+
Naxçıvanda gənclərin “Hədəf-2026” təlimi reallaşıb 

Naxçıvanda gənclərin “Hədəf-2026” təlimi reallaşıb 


“Naxçıvan” Mərkəzi Təlim Mərkəzində gənclərin iştirakı ilə “Hədəf” atış təlimi keçirilib. Naxçıvan Əlahiddə Ümumqoşun Ordu ilə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı əsasında reallaşan təlimdə onlayn qeydiyyatdan keçmiş 40 gənc iştirak edib.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, təlim başlanmazdan öncə nazirliyin şöbə müdiri İlahə Haqverdiyeva tədbirin əhəmiyyətindən danışıb, “Hədəf” və bu cür layihələrin gənclərin hərb peşəsinə marağının yüksəlməsi, onların vətənpərvərlik ruhunda formalaşması, özünümüdafiə və yeni bacarıqlara yiyələnmələri baxımından önəmli rola malik olduğunu diqqətə çatdırıb.

Təhlükəsizlik qaydaları və icra olunacaq tapşırıqlar barədə məlumat verildikdən sonra gənclər təlim nöqtələrinə dəvət olunublar. Bu mərhələdə patronların darağa doldurulması və boşaldılması, silahların texniki xüsusiyyətləri, natamam sökülüb-yığılması, əl qumbaralarından istifadə və digər zəruri proseslər iştirakçılara izah olunub, atəş tapşırığı simulyasiya edilib. Gənclər əsas mərhələdə müxtəlif çaplı silahlardan 100 metr məsafədən hədəfə doğru atışlar icra ediblər.

Fərqlənən iştirakçılar diplomla təltif olunublar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Yaponiyada 7.4 bal gücündə zəlzələ baş verib

18:58
21 Aprel

Yaponiya silah ixracı qaydalarını yumşaldıb  

18:42
21 Aprel

Dövlət Su Ehtiyatları Agentliyi Kür və bəzi dağ çaylarında son vəziyyəti açıqlayıb

18:31
21 Aprel

Asiya İnkişaf Bankı Azərbaycanda ticarət və “Yaşıl inkişaf “ layihəsini nəzərdən keçirir

18:31
21 Aprel

Keçmiş məcburi köçkünlərin azad edilmiş ərazilərə qayıdışla bağlı müraciətləri dinlənilib  

18:30
21 Aprel

Respublika üzrə aprel ayının pensiya ödənişləri yekunlaşdırılıb

18:29
21 Aprel

Bahar Muradova: Uşaqlar üçün daha təhlükəsiz rəqəmsal mühit yaratmaq mümkündür  

18:28
21 Aprel

Qazaxıstanlı ekspert: Azərbaycan Orta Dəhlizdə ən məsuliyyətli mövqedə yerləşir  

18:27
21 Aprel

Azərbaycan rəssamı Aida Mahmudovanın əsərləri İtaliyada nümayiş olunur  

18:26
21 Aprel

Böyük Britaniyada elektrik qiymətlərini sabitləşdirmək üçün yeni plan hazırlanıb

18:24
21 Aprel

Türkiyə atom energetikasının astanasında

18:23
21 Aprel

İspaniya ilə iqtisadi tərəfdaşlıq genişləndirilir

18:21
21 Aprel

Naxçıvanda gənclərin “Hədəf-2026” təlimi reallaşıb 

18:20
21 Aprel

Tramp İranla atəşkəsi uzatmaq istəmədiyini bildirib

18:18
21 Aprel

General Den Keyn: İrana qarşı böyük döyüş əməliyyatlarını hər an bərpa etməyə hazırıq  

18:16
21 Aprel

Leyla Əliyevanın təşəbbüsü ilə icra edilən “Gənc arıçı” layihəsinin növbəti ünvanı Yevlax olacaq  

18:15
21 Aprel

Xarici səyahətlər: Azərbaycan vətəndaşlarının 2026-cı ilin ilk rübündə getdiyi ölkələr və nəqliyyat vasitələri  

18:13
21 Aprel

London metrosunda işçilər tətilə hazırlaşır

18:06
21 Aprel

Yaxın Şərqdən gələn enerji Çin üçün vacibdir

17:57
21 Aprel

Türkiyə təhsil nümayəndə heyəti Sumqayıt Sənaye Parkında iqtisadi əməkdaşlıq perspektivlərini öyrənib  

17:46
21 Aprel

Qadın sahibkarlar üçün maliyyə təlimi: “Bank of Baku”dan dayanıqlı biznesin inkişafına dəstək

17:33
21 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!