Naxçıvan MR-də meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramının icrası davam edir
Kənd təsərrüfatının inkişaf etdirilməsi və bu sahədə mövcud problemlərin mütərəqqi həll yollarının işlənib hazırlanması məqsədilə qəbul olunmuş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın uğurlu icrası muxtar respublika əhalisinin meyvə-tərəvəz məhsullarına olan tələbatını, əsasən, yerli istehsal hesabına ödənilməsini təmin edib.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, son illər əkinçilik üçün yararlı olmayan torpaq sahələrində iməciliklər yolu ilə salınan yeni meyvə bağları muxtar respublikanın yaşıl örtüyünü zənginləşdirməklə yanaşı, həm də əhalinin tələbatının ödənilməsi üçün geniş imkanlar açır. Hər il bu meyvə bağlarından tonlarla məhsul yığılır. Yeni və ənənəvi meyvə sortlarından ibarət bağların salınması davam etdirilir. Bu məqsədlə 2021-ci ilin ikinci rübündə muxtar respublikada, ümumilikdə, 48,9 hektar sahədə yeni meyvə bağları salınıb, 121 min 302 ədəd müxtəlif növ ting, 8463 ədəd üzüm kolu əkin dövriyyəsinə daxil edilib.
Təbii ki, yaşıllıq salmaq işin bir tərəfidirsə, onu böyütmək, ərsəyə gətirmək, qulluq göstərmək işin qalan tərəfidir. Görülən işlər içərisində vacib bir məqamı - yaşıllıqların becərilməsində mütərəqqi suvarma şəbəkəsinə üstünlük verilməsini də vurğulamaq lazımdır. Bu məqsədlə 2021-ci ilin ikinci rübündə 2,2 kilometr ana xətt, 22,92 kilometr müxtəlif diametrli borularla paylayıcı boru xətti çəkilib, 232 hidrant və üç istiqamətdə çıxışı olan dəmir-beton hovuzlar quraşdırılıb, 1,5 kilometr açıq drenaj qazılıb, 3,3 kilometr qapalı drenaj xətti çəkilib.
Qeyd olunan proqramın icrası nəticəsində muxtar respublikada cari ilin ikinci rübü ərzində meyvəçiliyin inkişafına maliyyə dəstəyi davam etdirilib. Sahibkarlığın İnkişafı Fondu tərəfindən bağçılığın inkişafı məqsədilə 2 layihə üzrə 46 min manat, daxili tələbata uyğun yüksək məhsuldarlığa və intensiv üsullara əsaslanan tingçilik təsərrüfatlarının daha da inkişaf etdirilməsi məqsədilə bir layihəyə 5 min manat həcmində dövlət maliyyə dəstəyi göstərilib.
Meyvə-tərəvəz istehsalı ilə məşğul olan ailə təsərrüfatlarına dəstək verilməsi və yenilərinin yaradılması istiqamətində tədbirlər görülüb, Sahibkarlığın İnkişafı Fondu tərəfindən meyvə-tərəvəz istehsalı ilə məşğul olan ailə təsərrüfatlarına 3 layihə üzrə 66 min manat həcmində dövlət maliyyə dəstəyi göstərilib.
Hesabat dövründə dövlət maliyyə dəstəyi hesabına Naxçıvan şəhərində 1 bağçılıq, Şərur rayonunda isə 1 tingçilik təsərrüfatının yaradılması, Babək rayonunda 1 üzümçülük təsərrüfatının fəaliyyətinin stimullaşdırılması başa çatdırılıb, Şərur və Ordubad rayonlarının hər birində 1 bağçılıq təsərrüfatının yaradılması davam etdirilib.
Əhalinin qış aylarında faraş tərəvəz məhsullarına olan tələbatının ödənilməsi üçün müasir istixana komplekslərinin qurulması və mövcud sahələrin genişləndirilməsi istiqamətində dövlət maliyyə dəstəyi və özəl investisiya hesabına 2021-ci ilin ikinci rübü ərzində ümumi sahəsi 5 min 570 kvadratmetr olan 3 istixana təsərrüfatının yaradılması və sahəsi 552 kvadratmetr olan 1 istixana təsərrüfatının genişləndirilməsi başa çatdırılıb. Hazırda muxtar respublikada ümumi sahəsi 151 min kvadratmetrə yaxın olan istixana kompleksləri əhalinin tərəvəz məhsullarına olan tələbatının ödənilməsində mühüm rola malikdir.
Meyvə və tərəvəz məhsullarının saxlanması üçün soyuducu anbarların yaradılmasına da ciddi önəm verilib, ikinci rübdə dövlət maliyyə dəstəyi və özəl investisiya hesabına Şərur rayonunda ümumi tutumu 170 ton olan 2 soyuducu anbarın yaradılması başa çatdırılıb, ümumi tutumu 800 ton olan soyuducu anbarın yaradılması üçün “Naxçıvan Meyvə-Tərəvəz Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətinə 424 min 750 manat həcmində dövlət maliyyə dəstəyi göstərilib, Naxçıvan şəhəri və Şərur rayonunda ümumi tutumu 1730 ton olan 4 soyuducu anbarın yaradılması istiqamətində işlər davam etdirilib. Ümumilikdə, muxtar respublika üzrə dövlət maliyyə dəstəyi və şəxsi vəsait hesabına hüquqi və fiziki şəxslər tərəfindən ümumi tutumu 20 min 900 ton olan 48 soyuducu anbar istifadəyə verilib.
Muxtar respublikanın aqrar siyasətində kənd təsərrüfatında becərilən meyvə bitkilərinin genofondunun toplanılması, sort müxtəlifliyinin qorunması, zənginləşdirilməsi, tətbiqyönümlü sortların əkin sahələrinin genişləndirilməsi, istehsalının təşkili və onlardan iqtisadi səmərə əldə edilməsi əsas strateji istiqamətlərdəndir. İkinci rübdə AMEA Naxçıvan Bölməsinin Nəbatat Bağında müxtəlif meyvə sortlarından ibarət calaq işləri həyata keçirilib, 600-ə yaxın meyvə tingi calaq edilib.
Müasir dövrdə sığorta cəmiyyətin ictimai-iqtisadi həyatının bütün sahələrini əhatə etməklə, maddi rifahın və sahibkarlıq riskinin zəmanətçisi kimi çıxış edir. Meyvə bağlarının və tərəvəz əkini sahələrinin sığortalanması işinin davam etdirilməsi məqsədilə 2021-ci ilin ikinci rübü ərzində, ümumilikdə, 44 meyvə, 31 tərəvəz təsərrüfatı olmaqla, cəmi 75 meyvə bağı və tərəvəz əkini sahələrinin sığortalanması işi həyata keçirilib.
Naxçıvan Muxtar Respublikasında bazara təqdim olunan bütün məhsulların keyfiyyəti daim nəzarətdə saxlanılır ki, bu istiqamətdə meyvə-tərəvəz və onlardan hazırlanmış məhsullar xüsusi yer tutur. İkinci rübdə “İstehlak Mallarının Ekspertizası” Məhdud Məsuliyyətli Cəmiyyətinin Mərkəzi Qida Sınaq Laboratoriyasında meyvə-tərəvəz məhsullarından götürülən 43 nümunə laboratoriya analizlərinə cəlb edilib. Bu dövrdə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən aparılan monitorinqlər üzrə məhsulların 50 halda keyfiyyət və ya təhlükəsizlik göstəriciləri yoxlanılıb.
Muxtar respublikada istehsal olunan kənd təsərrüfatı məhsullarının ixracının davam etdirilməsi məqsədilə gömrük prosedurları qanunvericiliyə uyğun olaraq sadələşdirilib, malların sürətli keçidləri təmin olunub. Dövlət Gömrük Komitəsi tərəfindən kənd təsərrüfatı məhsullarının gömrük sərhədindən sürətli buraxılışının təmin edilməsi üçün ixracatçılara “Yaşıl dəhliz” buraxılış sistemlərindən daimi istifadə hüququ verilib.
Yerli məhsullarımızın satışına və təbliğinə geniş imkanlar açan, süni qiymət artımına maneə yaradan, bazardakı bolluğu təmin edən kənd təsərrüfatı yarmarkaları daxili bazarın inkişaf etdirilməsində əsas istiqamətlərdən biri kimi mühüm rol oynayır. Hər həftənin şənbə və bazar günləri Naxçıvan şəhərində və rayon mərkəzlərində kənd təsərrüfatı və sənaye məhsulları yarmarkası təşkil olunub və məhsulların bazar qiymətlərindən 10 faiz aşağı qiymətə satılmasına nəzarətin həyata keçirilməsi təmin edilib.
Bütün bunlar onu göstərir ki, muxtar respublikada kənd təsərrüfatının inkişafı davamlı xarakter daşıyır və bu sahədə yaradılmış baza növbəti illərdə daha mühüm nailiyyətlərin qazanılmasına töhfə verəcək.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb
04 May
IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb...
04 May
İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb ...
04 May
“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub
04 May
Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb
04 May
Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq ...
04 May
Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub
04 May
Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb
04 May
NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər
04 May
Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!