Narkomaniyaya qarşı mübarizə gücləndirilməlidir
Cəmiyyət ona qoşulmasa, bu bəşəri fəlakətin miqyası daha da yüksələ bilər
Bütün məsələlərdə ayıq-sayıq olmağı unutmasaq da, nədənsə son dövrlər narkomaniyanın ölkəmizdə “ayaq açıb” genişlənməsi təkcə ailələri deyil, cəmiyyəti, eləcə də hakimiyyəti ciddi narahat edir. Əlbəttə ki, 44 günlük Vətən müharibəsindən qalib çıxan bir xalqın “ağ ölüm”ə tabe olması qətiyyən yolverilməzdir.
Acınacaqlısı odur ki, tibb mütəxəssisləri, hətta paytaxt Bakıda fəaliyyət göstərən bəzi apteklərdə narkotik tərkibli həblərin qanunsuz satışı barədə də həyəcan siqnalı çalınmaqdadır. Ona görə də ölkədə narkotiklərə qarşı hüquq mühafizə orqanları ilə yanaşı, ictimayyətin də mübarizə aparmasının vacibliyi xüsusi önəm daşıyır.
Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin həkimi, tibb elmləri doktoru Zərraf Şirinovun fikirləri bu məsələdə vəziyyətin gərginliyindən xəbər verir. Həkim deyir ki, hər gecə bir-iki belə xəstə təcili yardımla çalışdığım akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə gətirilir:
“...Təəssüf ki, onların sayı ilbəil kəskin şəkildə artır. Bu da narkomaniyanın geniş yayılmasının bir sübutudur. Narkotik istifadəçilərinin qollarında, bilək və əllərinin üstündə, eləcə də baldır nahiyələrində çapıqlar olur. Onlar özlərinə qəsd edəndə ayıq olmurlar və nə etdiklərinin fərqinə belə vara bilmirlər. Deməli, onlar “özünəqəsd”ə yenicə başlayanda əlin üstündən, dirsək venasından istifadə edirlər. Sonra bu damarlar sklerozlaşır, sıradan çıxır. Bu zaman özləri öz bud venasına, hətta bud arteriyasına iynəni yeridirlər. Bir müddətdən sonra bud arteriyası və ya venası dağılır, onun ətrafında hematoma və irinləmiş hematomadan qanaxma baş verir. Təcili yardım üçün onlar Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə gətirilir. Əməliyyat arteriyanın, venanın bağlanması, hətta aşağı ətrafın amputasiyası ilə də nəticələnir. Bax, belə bir bəladır narkomaniya...”
Həkimin fikrincə, xüsusi narahatedici hal isə, əsasən, hər gün narkomanın bud venasına iynə vurarkən damarın cırılması, qanaxma ilə klinikaya müraciət edənlərin sayının artmasıdır: “...Bakıda, Nərimanov rayonunda narkodispanser var. Onların müayinə və müalicəsi orada mümkündür...”
Acınacaqlı hal odur ki, həbsxanada cəza çəkənlərin də əksəriyyəti narkomaniya və oğurluq maddəsi ilə “yatanlar”dır. Vaxtilə aministiyaya düşənlərdən və ya əfv olunan keçmiş məhbuslardan hansı maddə ilə cəza çəkdiyini soruşduqda, az qala, əksəriyyətinin cavabından “adamın başına hava gəlirdi”.
Əgər rəsmi rəqəmlərə istinad etsək, dəhşətli mənzərə alınar. Bir vaxtlar bu bəlanın güdazına gedən, damarlarına qəsd edən, həbsxana divarları arasında belə onun həsrətini çəkən keçmiş məhbus Vladimir Morozov deyir ki, həbsxanada olanların 30-40 faizi narkomaniya ittihamı ilə cəza çəkir: “...Cəzaçəkmə müəssisələrində ən çox rast gəlinən iki ittiham var - narkotik və oğurluq. Amma narkotik ittihamı lap çoxluq təşkil edir. Bir sözlə, bütün cəzaçəkmə müəssisələrində saxlanılanlara irəli sürülən ittihamlar arasında birinci yerdə olanlar narkotiklərdir”.
Narkotik ittihamı ilə həbsxanada çoxsaylı süni tərkibli narkotikdən istifadə edənlərin də olduğunu deyən V.Morozov əlləri əsə-əsə ağlında qalanları xatırlamağa çalışır: “...Mən azadlıqda olanda heç vaxt eşitmədiyim şüşə, patı, heroin, kokos (kokain) adını ilk dəfə orada eşitdim. Bu cür narkotiklər insan orqanizminə çox ciddi ziyan vurur. İnsanlar var idi ki, ayaqları çox şişmişdi. Ayaqlarında dərin yaralar var idi. Elə-belə yara demirəm ey. Elə yaralar yaranır ki, ayaqlarının sümükləri görünür. Həbsdə olduğum dövrdə narkotikin təsirindən yaranan dəhşətli xəstəliklər də gördüm...”
Narkomanlıq müasir dövrdə bütün bəşəriyyəti narahat edən ən ciddi sosial bəlalardan biridir. Görülən qabaqlayıcı tədbirlərə baxmayaraq, narkomaniyanın miqyasının genişlənməsi dövlətləri daha sərt addımlar atmağa məcbur edir. Narkomanlığa qarşı qətiyyətlə mübarizə aparan ölkələrdən biri kimi Azərbaycanda bu istiqamətdə atılan addımlar nəticəsində son illər narkomaniyaya qarşı müəyyən qədər dönüş var. Lakin bütün bunlar hələ də istənilən nəticə deyil...
Məhəmməd NƏRİMANOĞLU,
“Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar...
04 May
Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb...
04 May
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub...
04 May
Bütün dünyada jurnalistlərin işi daha təhlükəli olur
04 May
“Qızıl əlcək” sahibini tapdı
04 May
“Philips”in yeni oyun monitoru təqdim edilib
04 May
Əfsanəvi avtomobil elektromobil kimi geri dönür
04 May
ABŞ dövlət katibi: Fələstin və İsrailin birgə yaşayışını mümkün hesab edirik
04 May
--Sürü halında uçan robot arılar istehsal edilib
04 May
UEFA həftənin ən yaxşılarını açıqlayıb
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!