24 Aprel 2024 12:41
171
CƏMİYYƏT
A- A+

Mirhəsən Həsənov: Metsamor Atom Elektrik Stansiyası region dövlətləri üçün böyük təhlükə mənbəyidir

 

Ermənistanın paytaxtı İrəvanın 36 kilometr qərbində yerləşən Metsamor Atom Elektrik Stansiyası ən köhnə nüvə texnologiyası ilə inşa edilib və dünyada ən təhlükəli AES hesab edilir. Müəssisənin istismar müddəti artıq çoxdan başa çatıb. İstismara verilərkən 30 il ərzində istifadə edilməsi nəzərdə tutulsa da, stansiyanın istismar müddəti artıq 40 ili keçib. Ona görə də onun fəaliyyəti dayandırılmalıdır!

AZƏRTAC xəbər verir ki, bunu “Azərbaycan Çernobıl Əlilləri İttifaqı” İctimai Birliyinin sədri Mirhəsən Həsənov jurnalistlərə açıqlamasında söyləyib.

İctimai Birliyin sədri deyib: “Ermənistanda Atom Elektrik Stansiyasının tikintisi barədə qərar 1967-ci ildə qəbul olunub. Onun tikintisinə 1969-cu ildə başlanılıb və 1976-cı ilin dekabrında istismara verilib. Bu bir faktdır ki, təhlükəsizlik meyarlarına cavab verməyən nüvə reaktorları daim fəlakətlərə səbəb olub. Bizimlə bərabər Azərbaycanda vətəndaş cəmiyyətinin nümayəndələri, bir neçə qeyri-hökumət təşkilatları Nüvə Enerjisi Sammitinə həmin atom stansiyasının fəaliyyətinin dayandırılması ilə bağlı müraciət ünvanlamışıq. Çünki bu, region dövlətləri üçün böyük təhlükə mənbəyidir, bəşəriyyət üçün çox dəhşətli faciəyə səbəb ola bilər”.

M.Həsənov əlavə edib ki, Metsamor Atom Elektrik Stansiyasında Çernobıldakı kimi qəza hadisəsi baş verərsə bütün bəşəriyyət üçün fəlakəti nəticələrə səbəb ola bilər və heç bir halda onun ağır nəticələrindən qoruya bilməz: “ Üstündən neçə illər ötsə də, Çernobıl Atom stansiyasında baş verən qəzadan bu gün çoxlu insanlar əziyyət çəkir. Bu təhlükə Demokl qılıncı kimi başımız üzərindədir. Üstəlik stansiya seysmik fəal zonada yerləşir. Mütəxəssislər Metsamor AES-də qəza baş verəcəyi təqdirdə fəlakətin səviyyəsinin Çernobıl AES-dəki partlayışdan geri qalmayacağı barədə dəfələrlə xəbərdarlıq ediblər. Belə dəhşətli təhlükə mənbəyinin öz fəaliyyətini dayandırması üçün başqa hansı şərtlər olmalıdır?”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video