“Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 28 dekabr tarixli 1181 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq Mingəçevir şəhərinin, Yevlax və Ağdaş rayonlarının inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqinə dair pilot layihənin həyata keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. “Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 28 dekabr tarixli 1181 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 12, maddə 2099) aşağıdakı dəyişikliklər edilsin:
1.1. adında, preambulasında, 2-ci və 3-cü hissələrdə “və Yevlax rayonunun” sözləri “, Yevlax və Ağdaş rayonlarının” sözləri ilə əvəz edilsin;
1.2. 1-ci hissə aşağıdakı redaksiyada verilsin:
“1. Mingəçevir şəhərinin, Yevlax və Ağdaş rayonlarının inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqinə dair pilot layihə” təsdiq edilsin (əlavə olunur)”;
1.3. 4-cü hissədə “və Yevlax rayonunun” sözləri “, Yevlax və Ağdaş rayonlarının” sözləri ilə əvəz edilsin və həmin hissədən “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında” sözləri çıxarılsın;
1.4. 5-ci hissədən “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında” sözləri çıxarılsın;
1.5. 5.2-ci bənddə “və Yevlax rayonunun” sözləri “, Yevlax və Ağdaş rayonlarının” sözləri ilə əvəz edilsin və həmin bənddən “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında” sözləri çıxarılsın;
1.6. həmin fərmanla təsdiq edilmiş “Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqinə dair pilot layihə” üzrə:
1.6.1. adında və 1-ci hissənin mətnində “və Yevlax rayonunun” sözləri “, Yevlax və Ağdaş rayonlarının” sözləri ilə əvəz edilsin;
1.6.2. 2.1.2-ci yarımbənddə (hər iki halda) “və ya Yevlax rayonunda” sözləri “, Yevlax və Ağdaş rayonlarında” sözləri ilə əvəz edilsin;
1.6.3. 2.1.7-ci yarımbənddə “Mingəçevir şəhəri və ya Yevlax rayonu ərazisində” sözləri “Mingəçevir şəhərinin, Yevlax və Ağdaş rayonlarının inzibati ərazilərində” sözləri ilə əvəz edilsin;
1.6.4. 3.1-ci bənddə “Mingəçevir şəhəri və Yevlax rayonunun ərazisinə” sözləri “Mingəçevir şəhərinin, Yevlax və Ağdaş rayonlarının inzibati ərazilərinə” sözləri ilə əvəz edilsin;
1.6.5. 3.2-ci bənd aşağıdakı redaksiyada verilsin:
“3.2. Pilot layihə Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərinə münasibətdə 2017-ci il yanvarın 1-də, Ağdaş rayonunun inzibati ərazisinə münasibətdə isə bu fərman qüvvəyə mindiyi gündən başlayır və 2019-cu il fevralın 1-də başa çatır.”;
1.6.6. həmin fərmanla təsdiq edilmiş “Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində icbari tibbi sığortanın baza zərfinə daxil olan tibbi xidmətlərin siyahısı və tarifləri”nin və “Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində icbari tibbi sığortanın baza zərfi ilə əhatə olunmayan tibbi xidmətlərin siyahısı və tarifləri”nin adlarında “və Yevlax rayonunun” sözləri “, Yevlax və Ağdaş rayonlarının” sözləri ilə əvəz edilsin;
1.6.7. həmin fərmanla təsdiq edilmiş “Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin tabeliyinə verilmiş dövlət səhiyyə sisteminə daxil olan qurumlar (Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin şöbələri, sanitariya və epidemioloji xidmət, əczaçılıq və tibbi təhsil müəssisələri, habelə psixonevroloji və narkoloji dispanserlər istisna olmaqla) tərəfindən həyata keçirilməsi mümkün olmayan icbari tibbi sığortanın baza zərfinə daxil olan tibbi xidmətlərin siyahısı”nın adında “Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında” sözləri “Mingəçevir şəhərinin, Yevlax və Ağdaş rayonlarının inzibati ərazilərində” sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.4. bu fərmandan irəli gələn digər məsələləri həll etsin.
3. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bu fərmandan irəli gələn məsələləri həll etsin.
4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 fevral 2018-ci il
Mingəçevir şəhərinin, Ağdaş və Yevlax rayonlarının inzibati ərazilərində icbari tibbi sığortanın pilot layihə olaraq tətbiqinə dair tədbirlər planı
Sıra №-si |
Tədbirin adı |
İcraçılar |
İcra müddəti |
Mingəçevir şəhərinin, Yevlax və Ağdaş rayonlarının inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqinə dair pilot layihənin həyata keçirilməsi üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə (bundan sonra – Agentlik) ayrılmış maliyyə vəsaitləri nəzərə alınmaqla pilot layihənin büdcəsinin təsdiq edilməsi |
Agentlik |
1 mart 2018-ci il tarixinədək |
|
Ağdaş rayonunun inzibati ərazisində Agentliyin tabeliyində olan tibb təchizatçılarının icbari tibbi sığortanın tələblərinə əsasən maliyyələşdirilməsinə keçid |
Agentlik |
1 aprel 2018-ci il tarixinədək |
|
Mingəçevir şəhəri, Yevlax və Ağdaş rayonlarının inzibati ərazilərində Agentliyin tabeliyində olan tibb təchizatçılarının icbari tibbi sığortanın tələblərinə əsasən maliyyələşdirilməsi |
Agentlik |
pilot layihə müddəti ərzində |
|
Ağdaş rayonunun inzibati ərazisində Agentliyin tabeliyində olan tibb təchizatçılarının nizamnamələrinin təsdiq edilməsi, publik hüquqi şəxs kimi qeydiyyatdan keçirilməsi, onların strukturunun optimallaşdırılması, fəaliyyətlərinin və idarəetmə prinsiplərinin icbari tibbi sığortanın tələblərinə uyğunlaşdırılması, yenidən təşkili (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə, əsasında yaradılması və s.), müasir tələblər nəzərə alınmaqla səlahiyyətlərinin genişləndirilməsi |
Agentlik, Vergilər Nazirliyi |
1 mart 2018-ci il tarixinədək |
|
Ağdaş rayonunun inzibati ərazisində ilkin səhiyyə xidmətləri göstərən tibb təchizatçılarının fəaliyyətinin təkmilləşdirilməsi, həmin tibb təchizatçılarının maddi-texniki və kadr potensialının gücləndirilməsi, Mingəçevir şəhəri və Yevlax rayonu üzrə bu işin davam etdirilməsi
|
Agentlik |
1 iyun 2018-ci il tarixinədək |
|
Ağdaş rayonunun inzibati ərazisində təcili və təxirəsalınmaz tibbi yardımın (bundan sonra – TTTY) gücləndirilməsi, o cümlədən maddi-texniki bazasının yaxşılaşdırılması, TTTY postlarının ərazi üzrə yerləşməsinin optimallaşdırılması, habelə Agentliyin tabeliyində olan tibb təchizatçısının ərazisində stasionar TTTY xidmətinin təkmilləşdirilməsi, Mingəçevir şəhəri və Yevlax rayonu üzrə bu işin davam etdirilməsi |
Agentlik |
1 iyun 2018-ci il tarixinədək |
|
Ağdaş rayonunun inzibati ərazisində Agentliyin tabeliyində olan tibb təchizatçıları üçün elektron informasiya sistemlərinin (proqram təminatı, rabitə və təhlükəsizlik sistemlərinin) qurulması, Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində həmin sistemlərin təkmilləşdirilməsi |
Agentlik |
1 iyun 2018-ci il tarixinədək |
|
Ağdaş rayonunun inzibati ərazisində icbari tibbi sığortanın pilot layihə çərçivəsində elektron qaydada həyata keçirilməsini təmin etmək məqsədi ilə elektron portalın yaradılması |
Agentlik, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi |
1 iyun 2018-ci il tarixinədək |
|
Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində elektron portalın fəaliyyətinin təmin olunması üçün işlərin davam etdirilməsi |
Agentlik, Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Vergilər Nazirliyi, Daxili İşlər Nazirliyi, Təhsil Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Miqrasiya Xidməti, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi |
pilot layihə müddəti ərzində |
|
10. |
Mingəçevir şəhərinin, Yevlax və Ağdaş rayonlarının inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqinə dair pilot layihə üzrə maliyyə xərclərinin təhlili və bu barədə Azərbaycan Respublikasının Səhiyyə və Maliyyə nazirliklərinə məlumat verilməsi
|
Agentlik |
hər rüb üzrə
|
11. |
Mingəçevir şəhərinin, Yevlax və Ağdaş rayonlarının inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqinə dair pilot layihənin nəticə və göstəricilərinə əsasən icbari tibbi sığortanın 2019-cu ildə ölkə miqyasında tətbiqi ilə bağlı təkliflərin Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi |
Agentlik, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
|
1 sentyabr 2018-ci il tarixinədək |
12. |
Mingəçevir şəhərinin, Yevlax və Ağdaş rayonlarının inzibati ərazilərində Agentliyin tabeliyində olan tibb təchizatçılarının hesabatlılığının gücləndirilməsi və tibbi statistik məlumatların tamlığının təmin edilməsi |
Agentlik |
pilot layihə müddəti ərzində |
13. |
Mingəçevir şəhərinin, Yevlax və Ağdaş rayonlarının inzibati ərazilərində Agentliyin tabeliyində olan tibb təchizatçıları tərəfindən göstərilən tibbi xidmətlərin keyfiyyətinin ölçülməsi məqsədilə beynəlxalq təcrübəyə uyğun keyfiyyət indikatorlarının tətbiq edilməsi və tibbi statistik məlumatların həmin indikatorlara uyğun işlənilməsi |
Agentlik |
pilot layihə müddəti ərzində |
14. |
Mingəçevir şəhərinin, Yevlax və Ağdaş rayonlarının inzibati ərazilərində əhali məmnuniyyətinin ölçülməsi məqsədilə sorğuların keçirilməsi |
Agentlik |
pilot layihə müddəti ərzində |
15. |
Pilot layihənin yekunlarına dair hesabatın Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi |
Agentlik |
1 mart 2019-cu il tarixinədək |
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Fernando Lottenberq: Azərbaycanda antisemitizmin baş verməməsi tolerantlığın parlaq nümunələrindəndi...
04 May
Dövlət Xidməti: Bir sıra bank və müəssisələrə aid çoxsaylı konfidensial məlumatlar ödənişsiz platfor...
04 May
Argentinanın etiqad işləri üzrə katibi Azərbaycanda tolerantlığın qorunub saxlanılmasını yüksək qiym...
04 May
Xankəndidə bir həftə ərzində xeyli sayda silah-sursat və partlayıcı maddələr aşkarlanıb
04 May
Norveçli səyyahlar qrupu Xudafərin körpüsü ilə tanış olublar
04 May
“Azeri Light” markalı neft ucuzlaşıb
04 May
Dünyanın mərkəzi bankları ümumi qızıl ehtiyatlarını mart ayında 15 tondan çox artırıblar...
04 May
İlon Mask ABŞ dollarının dəyərsizləşəcəyi ilə bağlı xəbərdarlıq edib
04 May
ABŞ prezidentliyinə namizəd NATO-nun genişlənməsinə qarşıdır
04 May
Prezident İlham Əliyevin COP29 tədbiri ilə bağlı dəvət məktubları BMT-dəki daimi nümayəndələrə çatdı...
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!