Milyon illər boyu informasiya daşıya biləcək disk yaradılıb
İnformasiyanın toplanması və uzun müddət ərzində saxlanması üçün vasitələrin təkmilləşdirilməsi istiqamətində axtarışlar davam etməkdədir. Belə ki, elm və texnikanın sürətli inkişafı fonunda məlumat bazalarının uzun müddət qorunmasına imkan verən texnologiya mövcud deyil.
Fransalı alimlər konkret məqsəd naminə ən azı milyon il keyfiyyətini itirməyəcək bərk disk yaratmaq fikrini reallaşdırmaq üzrədirlər. Layihə Fransanın radioaktiv tullantıların basdırılması ilə məşğul olan "Andra" agentliyinin sifarişi ilə həyata keçirilir. Niyyət radioaktiv tullantılar basdırılmış ərazilər haqqında məlumatı gələcək nəsillərə ötürmək üçün uzunmüddətli istifadəyə yararlı disk yaratmaqdır. İlk prototip artıq hazırdır. Yaqutdan düzəldilmiş iki laydan (plastindən) ibarət diskin diametri 20 santimetrdir. Xatırladaq ki, yaqut yüksək davamlılığı ilə seçilən qiymətli daşdır - mineraloji 12 ballıq cədvəl üzrə 9-cu dərəcəyə aiddir. İnformasiya plastinin üzərinə platin alət vasitəsilə oyma üsulu ilə həkk edilir və daha sonra hər iki plastin molekulyar əsasda birləşdirilir. Disk-prototip 25 min avroya başa gəlib.
Layihə müəlliflərinin bildirdiyinə görə, bir belə diskdə 40 min səhifə məlumat saxlamaq mümkündür. Diskdəki informasiyanı oxumaq üçünsə mikroskopdan istifadə olunmalıdır. Bu məlumat daşıyıcısı laboratoriya şəraitində testdən də keçirilib. Modelləşdirmə yolu ilə diskin dözümlük müddəti hesablanıb. Alimlər yaqut diskin 10 milyon ilə qədər "yaşaya" biləcəyini iddia edirlər.
Diskin hazırlanmasında iştirak edən işçi qrupun tərkibinə mühəndislərlə yanaşı, antropoloqlar, arxeoloqlar, rəssamlar, arxivçilər və linqvistlər də daxildir.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Argentinanın etiqad işləri üzrə katibi Azərbaycanda tolerantlığın qorunub saxlanılmasını yüksək qiym...
04 May
Xankəndidə bir həftə ərzində xeyli sayda silah-sursat və partlayıcı maddələr aşkarlanıb
04 May
Norveçli səyyahlar qrupu Xudafərin körpüsü ilə tanış olublar
04 May
“Azeri Light” markalı neft ucuzlaşıb
04 May
Dünyanın mərkəzi bankları ümumi qızıl ehtiyatlarını mart ayında 15 tondan çox artırıblar...
04 May
İlon Mask ABŞ dollarının dəyərsizləşəcəyi ilə bağlı xəbərdarlıq edib
04 May
ABŞ prezidentliyinə namizəd NATO-nun genişlənməsinə qarşıdır
04 May
Prezident İlham Əliyevin COP29 tədbiri ilə bağlı dəvət məktubları BMT-dəki daimi nümayəndələrə çatdı...
04 May
Təhlükəsizlik təmin olunacaqmı?
04 May
Ölkəmizdə ilk dəfə Milli Xalça Festivalı keçiriləcək
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!