Milli Məclisin səhiyyə komitəsinin 2017-ci ilin payız sessiyasında ilk iclası keçirilib
Sentyabrın 14-də Milli Məclisin səhiyyə komitəsinin 2017-ci ilin payız sessiyasında ilk iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclası açan komitə sədri Əhliman Əmiraslanov əvvəlcə yaz sessiyası müddətində görülən işlər barədə məlumat verdi. Qeyd edildi ki, hesabat dövründə komitənin 7 iclası keçirilib, 14 məsələnin müzakirəsi olub. Bunlardan 13 qanun layihəsi Milli Məclisin plenar iclasına təqdim olunub, müzakirələrdən sonra sənədlər qəbul edilib. Əhliman Əmiraslanov bu qanun layihələrinin çox önəmli sənədlər olduğunu vurğuladı. Bildirdi ki, hesabat dövründə komitənin ünvanına vətəndaşlardan 200-dən artıq ərizə və müraciət daxil olub. Komitə üzvləri müraciətlərdə qeyd olunan məsələlərin həlli üçün əllərindən gələni əsirgəməyiblər. Millət vəkilləri bölgələrdə mütəmadi olaraq seçiciləri ilə görüşlər keçirib, onlara qayğı və problemlərinin həllində lazimi köməkliklər göstəriblər. Komitənin 2017-ci ilin yaz sessiyası dövründə görülən işlər barədə hesabat məqbul hesab edildi.
Sonra Əhliman Əmiraslanov 2017-ci ilin payız sessiyanın qanunvericilik işləri planı barədə danışdı. Bildirildi ki, Azərbaycanda gözün buynuz qişasının ölkəyə gətirilməsi ilə bağlı problemlər var. Gözün buynuz qışası “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı”na daxil edilib. Gələcəkdə bu transplantlar ölkəmizdə ola bilər. Gözün buynuz qişasının bankını yaratmaq və göz qişasını cəsədlərdən götürmək mümkün ola bilər. Payız sessiyası dövründə bu məsələnin həlli üçün müəyyən işlər görüləcəyi qeyd olundu.
Komitə sədri, həmçinin parlamentin payız sessiyası dövründə iki qanun layihəsinin - “Psixoloji yardım haqqında” və “Reproduktiv sağlamlıq haqqında” sənədlərin plenar iclasın gündəliyinə salınacağını diqqətə çatdırdı. Qeyd olundu ki, komitədə “Tibbi optika haqqında” qanun layihəsinin hazırlanması, bununla əlaqədar ictimai dinləmələr nəzərdə tutulur.
Millət vəkilləri Musa Quliyev, Rəşad Mahmudov, Qənirə Paşayeva, Kamilə Əliyeva, Məlahət İbrahimqızı, Sədaqət Vəliyeva, İlham Məmmədov, Rafiq Məmmədhəsənov payız sessiyasında komitənin gündəliyinə daxil edilən sənədlər barədə fikirlərini bildirdilər. Qanunvericilik işləri planı yekdilliklə təsdiqləndi.
İclasda “Sanitariya-epidemioloji salamatlıq haqqında” Qanuna dəyişikliklər edilməsi barədə sənədə baxıldı. Qeyd edildi ki, qanuna təklif edilən əlavəyə əsasən, əhalinin sanitariya-epidemioloji sağlamlığının təmin edilməsi sahəsində elmi tədqiqatların qiymətləndirilməsini və əlaqələndirilməsini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilat həyata keçirəcək. Əhalinin sanitariya-epidemioloji sağlamlığının təmin edilməsi sahəsində elmi tədqiqatlar “Elm haqqında” Qanunla müəyyən edilən qaydada həyata keçiriləcək.
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olundu.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Qlobal əməkdaşlığın Bakı platforması
05 May
Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında
05 May
"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əmə...
05 May
"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilər...
05 May
“Elektrik gücü çatmadıqda, sistemin dayanıqlılığını təmin etmək üçün elektrik enerjisinin təminatına...
05 May
“Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyasının tərkibi haqqı...
05 May
`"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti balansında olan gəmilər üçün müxtəlif...
05 May
Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb
04 May
IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb...
04 May
İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb ...
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!