24 Noyabr 2025 15:40
5249
PARLAMENT
A- A+
Milli Məclisin sədri Sahibə Qafarova Slovakiyanın ölkəmizdəki səfirini qəbul edib

Milli Məclisin sədri Sahibə Qafarova Slovakiyanın ölkəmizdəki səfirini qəbul edib


Milli Məclisin sədri Sahibə Qafarova noyabrın 24-də Slovakiya Respublikasının ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri Elçin Qasımov ilə görüşüb. 

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə,  spiker Sahibə Qafarova bu vəzifədə fəaliyyətə başlaması münasibətilə səfiri təbrik edərək, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsindən məmnunluq ifadə olunaraq, xüsusilə Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun ölkəmizə səfəri çərçivəsində imzalanmış “Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə”nin əlaqələrimizi keyfiyyətcə yeni mərhələyə qaldırdığı qeyd edilib.

Söhbət zamanı ölkələrimiz arasında qarşılıqlı səfərlərin intensivliyi müsbət qiymətləndirilərək, bu təmasların münasibətlərə töhfə verdiyi vurğulanıb.

Səfir Slovakiya Respublikası Milli Şurasının sədri Riçard Rasinin salamlarını Azərbaycan parlamentinin sədrinə çatdırıb. Diplomat həmçinin, 8 noyabr – Zəfər günü münasibətilə təbriklərini ifadə edib.

Görüşdə qanunvericilik orqanları arasında da əlaqələrin inkişafı qeyd olunaraq, bu əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğu vurğulanıb. Bu mənada, parlament sədrlərinin, o cümlədən deputatların qarşılıqlı səfərlərinin qanunvericilik orqanları arasında əlaqələrin daha da genişlənməsinə müsbət  təsirləri vurğulanıb. 

Söhbət zamanı, həmçinin parlamentlərimiz arasında bütün istiqamətlərdə, o cümlədən parlament komitələri arasında əməkdaşlığın yaradılması imkanları nəzərdən keçirilib.




Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ABŞ Prezidenti: Biz İrandakı bütün qüvvələri tamamilə məhv etdik

09:24
10 Mart

NYT: İran ABŞ-nin gözlədiyindən daha çox hərbi əməliyyata hazırdır

09:22
10 Mart

Donald Tramp Rusiya Prezidentinə zəng edib YENİLƏNİB

09:14
10 Mart

Tramp: İranla müharibə demək olar ki, başa çatıb

23:39
09 Mart

Prezident Ərdoğan: İranın qardaş ölkələrimizi hədəf almasını dəstəkləmirik  

22:48
09 Mart

Misli Premyer Liqası: "Neftçi" "Turan Tovuz"a məğlub olub

22:47
09 Mart

Komitə sədri: Qadın və qızların hüquqları insan hüquqları və fundamental azadlıqların ayrılmaz hissəsidir  

22:47
09 Mart

Qətər Silahlı Qüvvələri İranın 17 raket və 6 pilotsuz uçuş aparatını ələ keçirib

22:45
09 Mart

Bahar Muradova: TDT-yə üzv ölkələr əsas insan hüquqlarına sadiq olduqlarını bir daha təsdiqləyirlər  

22:36
09 Mart

Putin neftin qiymətləri və Hörmüz boğazındakı risklər barədə danışıb

22:34
09 Mart

BƏƏ-də helikopterin qəzaya uğraması nəticəsində ölənlər var

22:21
09 Mart

Ukrayna-Rusiya-ABŞ üçtərəfli görüşü növbəti dəfə təxirə salınıb

22:19
09 Mart

Qafqaz Müsəlmanları İdarəsinin sədri Vatikan Apostol Kitabxanası ilə tanış olub

22:16
09 Mart

JIVA-nın “Avroviziya 2026” üçün “Just Go” mahnısı təqdim olunub 

22:01
09 Mart

İran səfiri Türkiyə XİN-ə çağırılıb

21:53
09 Mart

Dünya bazarında neft 25 faiz bahalaşdı - "Böyük yeddilik" təcili toplanır

21:37
09 Mart

Naxçıvana səfər edən sərnişin: Muxtar respublikaya hava yolu Prezidentimizin sayəsində açıldı

21:08
09 Mart

Misli Premyer Liqası: "Kəpəz" "Zirə"dən xal alıb

20:59
09 Mart

“JP Morgan”: ABŞ və İsrail Xarq adasını ələ keçirsə, neft böhranı dərinləşəcək

20:56
09 Mart

Bakı-Naxçıvan aviareysinin sərnişini: Prezidentimizə Naxçıvana göstərdiyi diqqət və qayğıya görə sonsuz minnətdarıq

20:33
09 Mart

Prezident Ərdoğan: Qardaş ölkələrlə, xüsusən də Azərbaycanla həmrəyik  

20:25
09 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!